0
Saturday 25 October 2014 - 07:34

Koalisiya qüvvələri “İŞİD”-in Suriya və İraqdakı mövqelərinə növbəti zərbələr endirib

Story Code : 416335
Koalisiya qüvvələri “İŞİD”-in Suriya və İraqdakı mövqelərinə növbəti zərbələr endirib
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Suriya ərazisindəki Kobani şəhəri yaxınlığına  endirilən 6 zərbəni bu dəfə yalnız ABŞ təyyarələri endirib.  Əməliyyat nəticəsində terrorçuların texnikası və canlı qüvvəsi məhv edilib.
İraqda isə ABŞ və onun müttəfiqlərinin hədəfi “İŞİD”-in Mosul bəndi yaxınlığındakı nəqliyyat vasitələri və minaatan heyəti olub. Daha 3 zərbə “İŞİD”-in Bayci şəhərində neftayırma zavodunun  yaxınlığındakı mövqelərinə endirilib. Əl Faluca və Zumar yaxınlığında “İŞİD”-in nəqliyyat vasitələri və nəzarətində olan binalar məhv edilib.
Comment