0
Sunday 13 April 2014 - 07:44

Kerri və Lavrov bir-birinə xəbərdarlıq ediblər

Story Code : 372316
Kerri və Lavrov bir-birinə xəbərdarlıq ediblər
ABŞ dövlət katibi Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova xəbərdarlıq edib. Kerri bildirib ki, əgər Rusiya Ukraynanın şərqindəki vəziyyət barəsində tədbirlər görməsə Rusiyanı yeni sanksiyaların gözləyəcəyini bildirib. Bu barədə ABŞ-ın Dövlət departamenti məlumat yayıb.
İki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Ukrayna ətrafında böhranı telefon danışığı zamanı müzakirə edib. Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə həyata keçirilib.
Con Kerri Ukraynanın şərqində hərbçilərin bir neçə şəhərdə inzibati binalara hücum etməsindən narahatlığını bildirib. " Hərbçilər Rusiya silahları ilə silahlanıb, Krımı işğal edən Rusiya hərbçilərinin hərbi geyimlərində idilər",- deyə dövlət departamenti vurğulayıb.
Lavrov da öz növbəsində Kerriyə xəbərdarlıq edərək bildirb ki, əgər Ukraynanın cənub-şərqində əhaliyə güc tətbiq edilsə, Ukrayna böhranının nizamlanması üçün aprelin 17-ə planlaşdırılan dördtərəfli görüş baş tutmayacaq.
Qeyd edək ki, aprelin 17-də Cenevrədə Rusiya, ABŞ, Ukrayna və AB nümayəndələri arasında görüş baş tutmalıdır. Amma, görüşün formatı hələ də təsdiq olunmayıb.
Comment