0
Thursday 27 March 2014 - 15:42

Baş nazir Ərdoğan seçkidən sonra İsrailə gedəcək?

Story Code : 366412
Baş nazir Ərdoğan seçkidən sonra İsrailə gedəcək?
Baş nazir Ərdoğan seçkidən sonra İsrailə gedəcək?
Sionist rejimin baş naziri Binyamin Netenyahunun enerji və təhlükəsizlikdən məsul nümayəndəsi David Meidanın bazar ertəsi Ankaraya gəldiyi öyrənildi. Median ilə MİT məsləhətçisi Hakan Fidan və bəzi hökumət səlahiyyətliləri arasındakı görüşdə iki ölkə arasında qarşılıqlı olaraq səfirliklərin təkrar açılmasının razılaşdırıldığı və Baş nazir Ərdoğanın seçkidən sonra İsrailə səfərinin də gündəmə gəldiyi ifadə edildi.

Baş nazir Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə son görüşündə İsrail ilə əlaqələrin düzəlməsi üçün əllərindən gələn hər şeyi edəcəyini ifadə etməsindən sonra Türk - İsrail əlaqələrində görüşlər başladı.

Ərdoğan İsrailə gedəcəkmi?
Meidanın Aralıq dənizidəki enerji fəaliyyətləri mövzusunda Türkiyənin asanlaşdırıcı rol oynayacağı ifadə edildi. Digər tərəfdən Baş nazir Ərdoğanın İsrail ziyarəti də gündəmdəki mövzulardan biri idi. Səfərin seçkidən sonrakı ay içərisində keçirilməsi üzərində dayanıldı. Ərdoğanın səfərindən əvvəl iki ölkənin səfirliklərini qarşılıqlı olaraq açması istiqamətində qərar verildi. Görüşdə təhlükəsizlik mövzuları geniş müzakirə olunarkən Suriya və PYD mövzusunda kürd problemi də müzakirə edildi.

Meidan ən kritik adlardan biridir
David Meidan illərcə MOSSAD-ın iki nömrəli şəxslərindən idi. MOSSAD-a rəhbər olması gözlənilən Meidan Netenyahunun Baş nazir olmasından sonra israrlı tələblər üzərinə Netenyahunun yanına keçərək təhlükəsizlik və enerji mövzusundakı ən kritik adlardan biri oldu. Bu mövzularda Netenyahunu birbaşa təmsil etmə səlahiyyəti verildi. Meidanın Baş nazirliyə keçməsindən sonra MOSSAD-ın rəhbəri Tamir Pardo təyin edilmişdi.

David Median eyni gün yenə səssizcə Türkiyədən ayrıldı.

T24
Source : Islamtimes
Comment