0
Monday 2 December 2013 - 00:01

Nə səbəb olur ?

Story Code : 326515
Nə səbəb olur ?
Nə səbəb olur ?
Allahın adı ilə

İslam dininin qadın üçün zəruri və vacib bildiyi məslələrdən biri də hicabdır.Eyni zamanda da hicab din alimlərinin ixtilaf nəzəri olmadığı yeganə vacibatlar sırasındadır.Lakin,bu gün əks təbliğatlar nəticəsində müsəlmanlar arasında hicabla bağlı düzgün olmayan fikirlər formalaşmışdır.


Bəli! Acı da olsa qəbul etməliyik ki,dünyada olduğu kimi Azərbaycanda da dinimizin bu vacibatıyla ciddi şəkildə mübarizə aparılmaqdadır.Ölkəmizdə son illər ərzində baş verən qanunsuz hicab qadağası,baş örtüsü üzündən təhsilsiz qalan azyaşlı qız uşaqları,inanclı olub örtündüyü üçün işindən məhrum olan xanımlarımız və buna bənzər problemlər həll olmayaraq qalır.Ola bilsin ki,paytaxtdan kənar bəzi şəhərlərdə hicabla bağlı heç bir problem olmasın.Lakin,bu heç də problemin həll olduğunun göstəricisi deyil.

Hicab məsələsinə əsrlər boyu müxtəlif yanaşmalar olmuşdur.Azərbaycan hakimiyyəti tərəfindən hicaba qarşı olan təzyiqləri onların hansı rejimə tabe olduqlarını bildiyimiz üçün anlamaq elə də çətin deyil.Lakin,nə səbəb olur ki,müsəlman olduqları halda cəmiyyətimizdə də hicaba və onu daşıyan xanımlara bir o qədər də ürəkaçan münasibət(müsbət) bəslənmir?!

Maraqlı və nəzərdən qaçan nöqtə də elə burasıdır.Buna bir çox səbəblər saymaq olar:İnsanlarımızın hicabın mahiyyətini və onun faydalarını tam anlamaması? Cəhalət və nadanlıq? Sovet ittifaqı sayəsində uzun müddət dinimizdən uzaq düşməyimiz? Yoxsa nə?Deyərdim ki,bütün bu bilinən səbəblərlə bərabər işin pərdə arxası da var.Ən başlıca səbəblərdən biri hicaba qarşı hiyləgərcəsinə tuşlanan zəhərli oxlar və bu zəmində görulən işlərdir!

Doğrudur mənfur İsrail rejiminin tarix boyu müsəlman qadınının hicabı ilə düşmənçiliyi müxtəlif formalarda öz əksini tapmışdır.Lakin,mən gün keçdikcə şiddətlənməkdə olan bu ədavətin yeni nişanələrini oxucuların nəzərinə çatdırmaq istərdim. Nəzərə alsaq ki,bir çox çirkin işlər cəmiyyətimizə (planlı şəkildə) hicab geydirilmiş qadınlar tərəfindən təqdim olunur o zaman insanlar tərəfindən hicablıya olan mənfi münasibətlərin hardan qaynaqlandığını da anlamış olarıq.

Diqqətlə nəzər yetirsək görərik ki, əgər dünən metro və parklarda dilənən dilənçilər adi geyimdə gəzirdilərsə bu gün bu işdə çalışmalarının(dövlət orqanları tərəfindən qoyulan) şərtlərindən biri də işlərini hicab geyimində yerinə yetirmələridir.

Şəhərlərimizdə ötən illərdə əxlaqsız qadınlar yarıçılpaq gəzirdilərsə bu gün öz əxlaqsızlıqlarını məqsədli şəkildə çadra və hicabda icra etməyə belə başlayıblar.Hətta,paytax şəhərimizdəki bəzi əxlaqsızlıq yuvaları fəaliyyət göstərir ki, hicab geyimində olan qadınlar tərəfindən idarə olunmaqdadır.

Hələ üstəlik təzəlikcə hicab geydirilmiş əxlaqsız qadınlar tərəfindən pornoqrafik filmlər belə lentə alınıb yayılmaqdadır.
Digər tərəfdən isə məxsus öyrədilmiş şəxslər tərəfindən ifrat dərəcədə dar, cəlbedici geyimlər geyilib və başa örpək örtülərək hicabı gözdən salmağa çalışan qruplar fəaliyyət göstərir.
Qeyd edim ki, az məlumatlı olduqlarından bəzi dinə yeni gəlmiş gənc xanımlara təbliğ edilən” qərbsayağı” hicab geyimi modellərinin özü də həqiqi hicabın aradan aparılması zəminində görülən işlər sırasındadır.

Bu cür əks təbliğatların nəticəsində insanların xəbərsizliyi üzündən onlarda yanlış düşüncələr yaranır.Elə bu üzdən də alim və ruhanilər çalışmalıdırlar ki,islami hicabın həqiqətlərini,onun fəlsəfəsi və faydalarını insanlara çatdırıb əks təbliğatlara qarşı mübarizə aparsınlar.Ta ki,xanımlarımıza həqiqi azadlığı bəxş edən bu vacibat(hicab) aradan getməsin.

İslamtimes - Kövsər Nağıyeva
Source : Islamtimes
Comment