0
Monday 4 August 2014 - 01:14

İran Təhsil Naziri: 1 Milyon iranlı məktəb tələbəsi Quran hafizidir

Story Code : 402844
İran Təhsil Naziri: 1 Milyon iranlı məktəb tələbəsi Quran hafizidir
İran Təhsil Naziri: 1 Milyon iranlı məktəb tələbəsi Quran hafizidir
Təhsil nazirinin mədəniyyət işləri üzrə müavini Həmid Rza Kəffaş xəbər agentliyinə müsahibəsində deyib ki, Milli Quran Əzbərləmə proqramı sayəsində yüksək sayda tələbə Quranı əzbərləyib.

O əlavə edərək deyib ki, 3 milyon tələbə artıq bu proqramda iştirak etmək üçün qeydiyyatdan keçib və təxminən bir milyon tələbə də Quranın bir və yaxud yarı hissəsini əzbərləməyə müvəffəq olub.

Kəffaş qeyd edərək bildirib ki, “Nur Planı” adlanan milli Quran əzbərləmə proqramı hələ davam edəcək.

Təhsil nazirliyi rəsmisi həmçinin bildirib ki, ölkə ərazisində təmxinən 600 Dar əl Quran mərkəzlərinin yaradılması planlaşdırılır.
Source : Islamtimes
Comment