0
Wednesday 28 August 2013 - 19:12

Güləndən ən son “Yəhudi” açıqlaması

Story Code : 297347
Güləndən ən son “Yəhudi” açıqlaması
Güləndən ən son “Yəhudi” açıqlaması
Fəthullah Gülən ABŞ-ın məşhur jurnalı “The Atlantic”ə xüsusi bir müsahibə verdi. Jamie Tarabay imzalı müsahibədə “söz azaldığından” İslamda qadının roluna, Gülənin Türkiyəyə dönməmə səbəbi, yəhudilərə dair fikirlərinə qədər bir çox mövzulara toxunulur.

Keçmişdə yəhudilər və İsrail haqqındakı bəzi ifadələriniz anti-semitist olaraq qəbul edildi. Buna cavabınız nədir?

Fərqli bucaqlardan baxa bilərik bu məsələyə. Birincisi, insanın düşüncələrində dəyişiklik olması hər zaman üçün keçərlidir. Necə ki, illər əvvəl bir yazıda bunu “Sən dünənki “sən”, bəridəki də dünənki “o”durmu? Demək ki, sabahkı sən “sən”, “o” da “o” olaraq qalmayacaq” şəklində ifadə etmişdim.

Xitab etdiklərinizin söz və davranışları sizin o mövzudakı rəylərinizə təsir edə bilər. Xüsusilə 90-cı illərdə girilən dialoq müddətində qarşı tərəfdəkiləri daha yaxşı tanıma imkanı əldə etdim və daha əvvəlki ümumiləşdirilmiş fikirlərimi təshih etmə ehtiyacı hiss etdim.
Kəmali səmimiyyətimlə etiraf etmək lazımdır ki, ayə və hədisləri səhv anlamış və etdiyim izahlarda yanılmış ola bilərəm. Bunu anladım ki, Quranda və ya sünnədə mövcud olan tənqid və lənətlər müəyyən bir inanca bağlı insanlara deyil, hər hansı bir insanda olacaq xarakterə aid edilir. Bəzən sözlərim məqsəddən kənara çıxarılır. Bəzi məqsədli dairələr çıxışın bütövlüyünü pozub, montajlayarak sizin demədiyiniz, deməyi heç bir zaman düşünmədiyiniz şeyləri sizə dedizdirir. Bizim dialoq adına ortaya qoyduğumuz səyləri bəzi kəsimlər “Müsəlmanların yəhudi və xristianlara baxışını yumuşaldırsınız” deyə tənqid etdilər. Peyğəmbər Əfəndimizin (s.ə.s.) sünnəsində olmayan heç bir şeyi etmədim. “O da bir insan idi” deyərək yanlarından keçən bir yəhudi cənazəsi üçün ayağa qalxan Peyğəmbərimizdir (sav). Keçmişdə İsrailin işlərini tənqid etdim doğrudur, amma günahsızların həyatına intihar hücumlarını da lənətlədim.

Niyə Pensilvaniyada qalmağı seçdiniz?
Türkiyəyə dönməmə hüquqi bir maneə yoxdur, ancaq dönüşümün Türkiyədə böyük çətinliklərlə əldə edilən demokratik qazanımları tərsinə çevirmək üçün fürsət gözləyən bəziləri tərəfindən sui-istifadə ediləcəyindən narahatam. Türkiyədəki vəziyyəti mənfi hala gətirmək, idarəçiliyi çətin vəziyyətdə buraxma ehtimalı var. Həm ölkəmiz üçün, həm çox geniş sahəli bir hərəkatın gələcəyi üçün o mövzuda fədakarlıq etmək lazımdır. Vətən həsrətinə dözmək lazımdır. Bu səbəbdən hər nə qədər Türkiyəyə dönməyi çox arzu etsəm də, bu narahatlıqlar aradan qalxana qədər dönməyi düşünmürəm.
Digər bir xüsus da, haqqımda edilən əsassız və səhv nəşrlərdə bir çox böhtan və qaralamalara məruz qaldım, bunların bir çoxunu hüquqi yollarla təkzib və təshih etmək üçün hüquqi yollara müraciət etdim. Burada isə bu cür narahatedici şeylərdən uzaqda olmam səbəbiylə daha az təsirlənirəm deyə bilərəm. Buranı daha yaşamaq üçün asudə hesab edirəm.

Türkiyənin dünyadakı mövcud siyasi əməllərini və yerini necə görürsünüz?
Türkiyə Avropa Birliyi ilə üzvlük müzakirələri edir, bir qismi Avropa sayılır, bir qismi Asiya sayılır, Orta Şərq də hesab edilir. Siyasi olaraq coğrafi vəziyyəti çox əhəmiyyətli bir yerdədir. Məncə Avropalılarla da, öz ətrafında olan ölkələrlə də yaxşı bir münasibət içində olması, elə bir diplomatiya meydana gətirməsi çox əhəmiyyətlidir Türkiyə üçün. Türkiyənin həm öz demokratik qazanclarını qoruyaraq inkişaf etdirməsi, həm də ətrafıyla yaxşı əlaqələrə sahib olması həyatı əhəmiyyətə malikdir. Ayrıca bu mövzuda əsasən bəzi dinamik inkişafları qiymətləndirmək lazımdır. Məsələn, Türkiyəyə qarşı keçmişdən miras edən bir təvəccöhün bir şüuraltı müktəsəbatı varsa bunun zədələnilməməsi lazımdır. Etibarımızı qorumağımız lazımdır. Sevgiyə bağlı, hörmətə bağlı, hüsnü-zənnə bağlı yaxşı əlaqələr məkuliyet ətrafında bir araya gəlməklə mümkün olar. Türkiyə bu gün tam bunu edirmi, edə bilmirm, etmirmi, bu müzakirə mövzusu bir məsələdir. Türkiyə belə bir diplomatik mərhələ başlatsa zənn edirik bu Avropa üçün də, Amerika üçün də, bütün dünya üçün də yaxşı olar. Lakin bu anda belə bir şeyi etdiyimiz, edib də səmərə aldığımız deyilə bilməz.

Qurani-Kərim YƏHUDİLƏR HAQQINDA nə buyurur?
Bəqərə surəsi
(40) Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın. Mənə verdiyiniz sözü yerinə yetirin ki, Mən də sizə verdiyim sözü yerinə yetirim. Yalnız Məndən qorxun.

Bəqərə surəsi
(47) Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və (bir zamanlar) sizi cümlə aləmə üstün etdiyimi xatırlayın.

Bəqərə surəsi
(83) O zaman ki, biz İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edəcəksiniz, hər kəsə gözəl sözlər danışın, namaz qılacaqsınız, zəkat verəcəksiniz" deyə söz almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, üz çevirərək əhdinizdən döndünüz.

Bəqərə surəsi
(122) Ey İsrail oğulları! Sizə verdiyim ne'mətimi və (bir zamanlar) sizi cümlə aləmə üstün etdiyimi xatırlayın.

Bəqərə surəsi
(211) İsrail oğullarından soruş; biz onlara nə qədər aydın dəlillər verdik. Özünə gəldikdən sonra kim Allahın nemətini dəyişdirsə, (bilsin ki) Allah, şiddətli cəza verəndir.

Bəqərə surəsi
(246) Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri görmədinmi (nə etdilər)? O zaman ki, peyğəmbərlərindən birinə, "Bizə bir hökmdar göndər ki, Allah yolunda vuruşaq!" Demişdilər. O, "Üzərinizə döyüş fərz qılındığı halda, vuruşmayasınız?" demişdi. Onlar, "yurdumuzda çıxarıldıq, övladlarımızdan ayrıldıq olduğumuz halda Allah yolunda niyə vuruşmayaq" deyə cavab vermişdilər. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla üz çevirdilər. Allah zalımları biləndir.

Ali-İmran surəsi
(49) Allah onu İsrail oğullarına bir peyğəmbər göndərəcək (və o da onlara deyəcək:) "Şübhəsiz ki, Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Mən palçıqdan quş şəklində bir şey edər, ona üfürərəm. O da Allahın iznilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanı sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö'minsinizsə, bunda sizin üçün bir ibrət vardır. "

Ali-İmran surəsi
(93) Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə'qub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklərin hamısı İsrail övladına halal idi. De ki: "Əgər doğru deyirsinizsə, Tövratı gətirin və onu oxuyun."

Maidə surəsi
(12) And olsun ki, Allah İsrail oğullarından möhkəm söz almışdı. Onlardan on iki nümayəndə-başçı-seçmişdik. Allah belə demişdi: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat verər və peyğəmbərlərimə iman gətirib onlara kömək, (kasıblara könüldən yardım edərək) Allaha gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi, içindən çaylar axan cənnətlərə daxil edərəm. Amma bundan sonra sizdən hər kəs küfr edərsə, mütləq o, düz yoldan azmışdır. "

Maidə surəsi
(32) Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.

Maidə surəsi
(70) Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.

Maidə surəsi
(72) Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” – deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”

Maidə surəsi
(78) İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.

Maidə surəsi
(110) (Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”

Əraf surəsi
(149) İsrail oğulları (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”

Əraf surəsi
(138) Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!

Əraf surəsi
(137) Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.

Əraf surəsi
(134) Onlara əzab gəldikdə dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.

Əraf surəsi
(105) Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!”
Yunus surəsi
(93) İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm (Quran) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin Quran nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!

Yunus surəsi
(90) İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.

İsra surəsi
(2) Biz Musaya kitab (Tövrat) verdik və: “Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)” – deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik.

İsra surəsi
(4) Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!” – deyə bildirdik.

İsra surəsi
(101) Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)”, - demişdi.

İsra surəsi
(104) Və bundan sonra İsrail oğullarına dedik: “Siz (Şam) ərazisində sakin olun. Axirət vədəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Firon əhlini, yaxud möminləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!”

Ta Ha surəsi
(47) Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (möcüzə ilə) gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun!

Ta Ha surəsi
(80) Ey israil oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!

Ta Ha surəsi
(94) (Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum.

ŞUƏRA surəsi
(22) Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)”

ŞUƏRA surəsi
(59) (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.

ŞUƏRA surəsi
(197) Məgər İsrail övladı alimlərinin (Quranın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?

Nəml Surəsi
(76) Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.

Səcdə Surəsi
(23) Biz Musaya kitab (Tövrat) vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam merac gecəsi Musa ilə görüşüb danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.

Ğafir surəsi
(54) Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!

Zuxruf Surəsi
(59) O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.

Duxan Surəsi
(18) (O demişdi: ) “Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!

Duxan Surəsi
(31) And olsun ki, Biz İsrail oğullarını o alçaldıcı əzabdan; Firondan xilas etdik. Çünki o, həddi aşanlardan idi.

Casiyə surəsi
(16) Həqiqətən, Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik verdik. Onları gözəl və təmiz yeməklərlə ruzi vermiş və onları (dövrlərində) aləmlərdən üstün etdik.

Əhqaf surəsi
(10) De: “Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”

Saff surəsi
(6) Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.

(Milligazete.com.tr)
Source : İslamtimes
Comment