0
Monday 20 October 2014 - 00:48

Cihad

Story Code : 415444
Cihad
“Bəqərə” surəsinin 216-cı ayəsində buyurulur: “(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz. ” Uyğun surənin 218-ci ayəsində oxuyuruq: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!”

Hər bir yaranmış öz varlığını qorumaqdadır. İnsan da öz növbəsində onu məhv etmək fikrində olan düşmənlə mübarizədədir. Varlığın və mənafelərin qorunması fitri bir istəkdir.
İslam ictimai bir din olaraq həqiqətə təslim olmayan bütün qüvvələri bəşəriyyətə düşmən bilir. İşi dünyada məzlum qanı axıtmaqdan ibarət olan imperialistlər İslamı “qılınc dini” adlandırmaqla öz əsil sifətlərini gizlətməyə cəhd edirlər. Hansı ki, şüarı “nisa” surəsinin 128-ci ayəsində buyurulduğu kimi “sülh daha xeyirlidir” olan İslam başəriyyəti bir ovuc zalıma yox, həqiqətə təslim olmağa çağırır. İslam insan əməyinin yox, insan könlünün müştərisidir.

İslam Peyğəmbərinin (s) həyatı dövründə mühüm və çətin müharibələr baş verir. Bütün bu müharibələrdə müsəlmanlar iki yüz nəfərə qədər, kafirlər isə min nəfərə qədər itki vermişdir. Bu rəqəm bir daha İslamın sülhə, mərhəmətə olan bağlılığını göstərir. Amma bir atom bombası atmaqla 200 min insanı bir anda məhv edən Amerika İslamı terrorizmdə suçlayır.
Dünyada həqiqətdən müqəddəs dəyər yoxdur. Allah-Taala həqiqətə təslim olmağa, onu müdafiə etməyə, onun uğrunda silaha sarılmağa çağırır. İslam dini bir həqiqət olaraq batilə, zülmə, istismara, küfrə cihad elan edir!/nur-az/
Source : Nur.az
Comment