0
Tuesday 21 October 2014 - 11:40

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi repressiyaların dayandırılmasını tələb etdi

Story Code : 415705
İslamçıların Hüquqlarını Müdafiə Komitəsi repressiyaların dayandırılmasını tələb etdi
İslamçıların Hüquqlarını Müdafiə Komitəsi repressiyaların dayandırılmasını tələb etdi
Komitədən Azadxeber.az-a daxil olan bəyanatda deyilir:

“Ölkə həbsxanalarında siyasi məhbuslara, xüsusilə də islamçı siyasi məhbuslara qarşı hakimiyyət yetkililərinin münasibəti və rəftarı heç kimə sirr deyil. Hansı ki, bu da, onları qondarma ittihamlarla azadlıqdan məhrum edənlərin öz məqsədlərinə – onları öz yollarından, amallarından döndərməyə və nəhayətdə onları günahsız yerə həbs edənlərin “mərhəmət”inə sığınaraq əfv diləmələrinə – nail ola bilməmələrindən xəbər verir.

Əgər belə olmasaydı, son bir ay ərzində AİP sədri Mövsüm Səmədov 3 dəfə ard-arda “kars”a salınmaz, həmçinin Abgül Süleymanov və Tale Bağırov vaxtaşırı heç bir səbəb göstərilmədən cərimə kamerasına salınmaz və malik olduqları digər hüquqlardan məhrum edilməzdilər.

Əfsuslar olsun ki, özlərinin, vəkillərinin və bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının haqlı tələb və qanuni müraciətlərinə baxmayaraq bu sahədə vəziyyət günü-gündən pisləşməkdə və onlara qarşı münasibət daha da amansızlaşmaqdadır. Nəticəsi də göz qabağındadır. Bir neçə həftə əvvəl üzləşdiyi haqsızlıqlar, qanun pozuntuları ilə gündəmə gələn Tale Bağırov 2 gün öncə yenidən heç bir əsas göstərilmədən 7 günlük “kars” cəzasına məhkum edilib.

Çox ziddiyyətli bir durumdur. Bir yandan, cinayət əməli törətmiş bəzi məhbuslar guya “humanizm” prinsipləri əsas götürülərək vaxtından əvvəl azadlığa buraxılır, digər yandan isə heç bir cinayət əməli törətməmiş, saxta ittihamlar və siyasi sifarişlə həbs olunmuş məhbuslara qarşı qeyri-qanuni hərəkətlər edilir, cəzalar verilir və amansız rəftar və fiziki işgəncələrə məruz qoyulurlar.

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi bütün bu əməlləri kobud qanun pozuntusu, insan hüquq və azadlıqlarının tapdanması və sözügedən şəxslərə qarşı fiziki və mənəvi terror olaraq dəyərləndirir. Eyni zamanda, cəmiyyətə “humanizm aktı” kimi təlqin edilən bu siyasi şou göstərilərinin yerinə, yuxarıda adları çəkilən, habelə digər siyasi məhbuslara qarşı həyata keçirilən repressiya və işgəncələrə son qoyulmasını, qanunun aliliyinin təmin olunaraq təcili surətdə azadlığa buraxılmasını tələb edir.

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi,

20.10.2014
Source : Azadxeber
Comment