0
Saturday 26 July 2014 - 18:23

Nardaran meydanda (Qüds günü)

Story Code : 401645
  • Nardaran meydanda (Qüds günü)

    Nardaran meydanda (Qüds günü)

  • Nardaran meydanda (Qüds günü)

    Nardaran meydanda (Qüds günü)

  • Nardaran meydanda (Qüds günü)

    Nardaran meydanda (Qüds günü)

  • Nardaran meydanda (Qüds günü)

    Nardaran meydanda (Qüds günü)

  • Nardaran meydanda (Qüds günü)

    Nardaran meydanda (Qüds günü)

  • Nardaran meydanda (Qüds günü)

    Nardaran meydanda (Qüds günü)

Bildiyimiz kimi, bugün Müqəddəs Ramazan ayının son cümə günü 25 iyul 2014-cü il Beynəlxalq Qüds günüdür. Beynəlxalq Qüds günü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində, şəhərlərində konfranslar, tədbirlər, aksiyalar keçrilmişdir. Dünya müsəlmanları bugün Ümumdünya Qüds günü mərasimlərində iştirak edərək bir daha Sionist İsrail rejiminin Fələstin xalqına qarşı vəhşi hücümlarını pisləyərək məzlum Fələstin xalqına dəstək verdiklərini nümayiş etdirmişlər.

Bu gün Bakının Nardaramn qəsəbəsində də, Ümumdünya Qüds günü ilə əlaqədar etiraz aksiyası keçrilmişdir. İmam Hüseyn (ə) adına meydanda saat 19:00-da başlanan aksiyada ölkəmizin müxtəlif məntəqələrindən gəlmiş yüzlərlə müsəlman iştirak etmişdir.

Aksiyada Nardaran kəndinin ilahiyyatçı alimləri Hüccətul islam vəl muslimin Hacı Əli Nur, Hacı Şeyx Fədai, ağsaqallar Hacı Mehrab, Hacı Feyyaz və kənd sakinləri Məşədi Natiq, Hacı Hikmət və başqaları çıxışlar edərək sionist rejimə qarşı öz etirazlarını bildirmiş, məzlum Fələstin xalqı ilə öz həmrəyliklərini nümayiş etdirmişlər.
Çıxış edənlər torpaqlarının 20%-i işğal olunmuş hər bir azərbaycan vətəndaşının, Qarabağ kimi dərdi olan, Xocalı soyqırımı yaşamış hər bir həmvətənimizin bu məsələyə laqeyd yanaşmamalarını xüsusi olaraq qeyd etmişlər. Bununla yanaşı insanlığa qənim kəsilən dünya hegemonlarının himayə etdiyi vəhhabi terrorçularının Suriyada, Misirdə, İraqda,Bəhreyndə və digər ölkələrdə insanlığa qarşı törətdikləri cinayətləri kəskin şəkildə pisləmişlər.
Bütün həqiqət və haqq tələb edən insanlar kimi Nardaran camaatı da, nəinki təkcə bu müqəddəs gündə, hər gün zülm və ədalətsizliklərə qarşı öz haqq səsini azaltmayacağını və həmişə haqq və ədalətin bərpası üçün mübarizə aparacaqlarını qeyd etmişlər.(nardaranpiri)
Source : Hicab.org
Comment