0
Wednesday 21 September 2011 - 15:38

Kafirlərə aldanma ey Muhəmməd (s) ümməti

Story Code : 100401
Kafirlərə aldanma ey Muhəmməd (s) ümməti
Kafirlərə aldanma ey Muhəmməd (s) ümməti
Islam times.org/az/ - Hər bir kəs, özünü İmamın nümayəndəsi və İmamın tərəfindən boynunda nəyin haqq olmasını bilməlidir. Hər biri ayrılıqda bir lider olmalıdır və özünü İslam üçün xidmətdə tək bilməlidir. Hər an düşünməlidir ki, mənim işlərim dinim üçün vacibdir. Düşünməlidir ki, əgər mən xidmətimdən yayınsam fəsadların artmasına səbəb olaram.

Bizim yolumuz sevgi yoludur və sevgiylə çox qapılar açılar. Bizim yolumuz insanı qurtaracaq yol olan elm yoludur. Müsəlmanın birinci silahı elmdir. İlk işimiz səbr olmalıdır. Qarşımızda qorxduğunu gizlədə bilməyən tağutların qarşısında səbrlə dayanaq. Halımızı pozub özümüzü onlara bərabər etməyək.

İslamı bilməyən insanlar, son sözlərini və ya son görüləcək işi önə çəkərək döyüş niyyiətli olaraq, dini, müsəlmanlığı döyüş dini, qan dini kimi göstərər. Bu isə Avropa qanunudur. Bu bizim, İslamın qanunu, istəyi deyil. Bir- birinizlə əməkdaşlıq edin.

Haqqı sevməyi öyrənin, haqla birlikdə olmaqdan zövq alın, haqla birlikdə olun. İslam dinini ciddi qəbul edin. Din həyatın əsasıdır. Axirət səadətini əldə etmənin aça
ıdır, yoludur. Dinə laqeyid olsanız, dünyanız axirətiniz məhv olar. Axirətin məhv olması demək, əbədi həyatın məhv olması deməkdir. Dini ciddi qəbul etmək lazım, dinə ciddi olaraq əyilmək lazım, dini doğru öyrənmək lazımdır.

Yaşadığımız ölkədə hakimiyyətin başına xainlər gətirilmiş. Ölkəni hakimiyyəti altına almışlar. Müsəlmanları bir- birləri ilə düşmən etməyə çalışırlar. Ruhanilər zərər çəkirlər, həbslərdədirlər, İsalmın qanunlarını yox etməy çalışırlar.

Müsəlmanlarda aciz halda onların qarşısında dayanırlar, ya da ki, iş bilməzlərin sözü ilə hay-küylə dini qorumağa çalışırlar. Ancaq, bilməliyik ki, dinə sıx sarılmaq, Allahın qanunlarını qorumaq səs –küylə olmaz. Ölkə xainlərinin İslam tərfdarlarına qurduqları tələyə düşməməliyik.

Doğrudur ki, bu yolun çətinliyi, məşəqqəti vardır. İslama xidmətin böyük dərdləri vardır. Dünyadan əl götürməyi, aclığı, lazım olsa ölümü vardır. Lakin bunlara baxmayaraq səbr edəcəyik və dinimizə xidməti sevərək edəcəyik.

Mömin olan kəs Allah sevgisi ilə aclığını unudur, dərdlərə sinə gərir. Biz müsəlman olaraq büt
uuml;n müsəlman dövlətlərini sevəcəyik. Onlarda olan sıxıtıları birləşərək həll etməyə çalışacağıq. Bir- birimizdən dəstək alacağıq. Ayrılıqda çalışıb , amma, məqsədimizi bir edəcəyik.

Bu gün əziyyət çəkə bilərik, ancaq, sabahlar üçün İslamı ölkəmizdə qorumaq və möhkəmlətmək üçün lazım işlər görməliyik. Bu gün möminlərin səbri onların zülmkar hökumətə qarşı savaşı deməkdir.

Biz ilk üsyanı qəlbimizdə etməliyik və o zaman nə edəcəyimizi biləcəyik. Gənclərimizi maarifləndirəcəyik, elmi savaşdan üstün tutacağıq ki, cihad zamanı insan qəlbi ilə ayağa qalxacaq. Kimsənin ona gəl deməsinə ehtiyac olmayacaq. İsalmı hər kəsin özünün anlamağına imkanlar yaradılmalı.

İslamda xidmət etmək istəyənlərə yardım edilməlidir . İslam bir nəfərin xidmətiylə qoruna və yaxud da dayana bilməz. Çünki , o nəfəri tezliklə yox edərlər. Amma , ayrı-ayrılıqda xidmətlər olsa və hər nəfərin ətrafında onu dəstəkləyən olsa , bu zaman liderin təkliyi gözə görünməz.

Kimsə təklənə bilməz. Lazım olan zamanlarda qüvvələr birləşər. O zaman müdafiələr asanlaşar. İslam bir yerdə , bir məkanda yox , ölkənin bölgələrində yayılmalı və o yerlərdə xidmətlər artırılmalıdır. İslam təbliğçiləri elmləri ilə bərabər geyimlərinə, davranışlarına diqqət etməlidirlər.

İslamın gözəlliyini həttda öz görkəmləri ilə təbliğ etməlidirlər. İnsanların gözündə xoş görüntü yaratmalıdırlar ki, öncə o yumuşaq görkəm qəlblərdə İslam ocağını yandırsın. Xidmətlər Allahaın qanunlarını icra etsə və İslama yaraşan şəkildə davam etsə ölkə hakimiyyəti müsəlmanlarındır.

İSLAMTİMES - ZƏHRA
Author :
Source : islamtimes
Comment