0
Saturday 30 July 2022 - 10:50
Moskva ilə Təl-Əviv arasında “soyuq müharibə” - AKTUAL ŞƏRH

İsrail Rusiyanın qəzəbinə tuş gəldi, Azərbaycan çətin vəziyyətə düşə bilər

Story Code : 1006742
İsrail Rusiyanın qəzəbinə tuş gəldi, Azərbaycan çətin vəziyyətə düşə bilər

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya tərəfindən verilən açıqlamada bildirilir ki, ölkədə 1980-ci illərin sonlarından fəaliyyət göstərən “Soxnut” Agentliyi Rusiyanın qanunlarını pozur.
Xatırladaq ki, hələ iyulun 5-də Rusiya hakimiyyət orqanları təşkilata fəaliyyətini dayandırmaq tələbi ilə məktub göndərmişdi. Məhz bu məktubdan sonra Rusiya hakimiyyət dairələri “Soxnut” yəhudi təşkilatının bağlanması ilə bağlı hərəkətə keçib.
Kemlin bu həmləsi İsrail tərəfindən sərt tənqid olunmaqdadır. İsrailin baş naziri Yair Lapid bildirib ki, Moskvanın bu addımına qarşı tutarlı cavab veriləcək. Bəzi analitiklər hesab edirlər ki, gərginliyin böyüməsi Suriyada İsrail-Rusiya qarşıdurmasına səbəb ola bilər.
Politoloq Xəyal Bəşirov yəhudi təşkilatının Rusiyada bağlanması ilə bağlı keçirilən məhkəmə prosesini Poliqon portalına şərh edərkən deyib ki, Moskva Yaxın Şərqdə Qərbin müttəfiqlərinə qarşı mübarizə aparmaq niyyətindədir.
Təl-Əvivin Qərbin, xüsusən də ABŞ-ın əsas strateji müttəfiqi olmasını Rusiya tərəfindən diqqətdə saxlanıldığını vurğulayan politoloq bildirib ki, Rusiyanın İsrailə qarşı hansısa addımlarının atılması gözlənilən idi.
Bu arada Rusiyanın İsrailə yönəlik həmləsinin ardınca sionist rejimin baş naziri Yair Lapid Kremli inandırmağa çalışır ki, Təl-Əviv ona xəyanət etmir və Rusiya ilə münasibətlər İsrail üçün vacibdir.
Onun sözlərinə görə, Rusiyadakı böyük yəhudi icmasının Moskva administrasiyası ilə bütün diplomatik təmasları əhəmiyyətlidir.
İsrailin Baş naziri bildirib ki, Rusiyada "Soxnut" agentliyinin bağlanması iki ölkə arasındakı münasibətlər üçün ciddi nəticələr verəcək.
Bununla belə sionist rejimin Suriyaya qarşı hava hücumları və Rusiyanın maraqlarına zidd davranması rusların səbir kasasını daşırdıb və onlar İsraili cəzalandırmaq qərarına gəliblər.
Bura mühüm bir nüans gərginliyin Azərbaycan-İsrail münasibətlərinə olan neqativ təsiridir. Rusiyanın İsrail rejimi ilə ziddiyyətləri dərinləşərsə, rəsmi Bakı sionistlərdən məsafə saxlamalı olacaq və 22 fevral 2022-ci il razılaşmasına əməl etməli olacaqdır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 6-cı bəndində deyilir: Rusiya və Azərbaycan tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələr aparmalıdırlar.
 
Source : SaharTv
Tagged
israil rusiya
Comment