0
Tuesday 29 November 2022 - 16:08
Paşayevlər Vasif Talıbovu devirmk istəyirlər

Muxtar Respublikada korrupsiyaya qarşı mübarizə bəhanədir - TƏHLİL

Story Code : 1027520
Muxtar Respublikada korrupsiyaya qarşı mübarizə bəhanədir - TƏHLİL

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən Gömrük Komitəsində aparılan əməliyyatın və rəhbər vəzifəsində çalışan şəxslərin, eləcə də maliyyə nazirinin külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilməsinin ardınca, ölkəni öz fərmanları ilə idarə edən İlham Əliyevin fərmanı əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Həmin fərmanla Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb və bu idarə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib, yəni idarə birbaşa Bakının sərəncamına keçib.
Maraqlıdır ki, korrupsiya ittihamı ilə həbslərin davam etdiyi bir vaxtda, Azərbaycan Respublikasını idarə edən tayfa rejiminin Paşayevlər qanadı Vasif Talıbovu hakimiyyətdən devirmək üçün onun komandasının İranla əlaqələrindən də bəhanə kimi istifadə edir.
Bununla əlaqədar Azərbaycan prezidentinin qeyri-rəsmi sözçüsü olan “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Vasif Talebovun İranla xüsusi əlaqələr qurduğu barədə onda guya dəqiq məlumatlar var.  
Həmçinin Azərbaycan Respublikasının Təhlükəsizlik Təşkilatına bağlı jurnalist, Naxçıvan məsələlərini diqqət mərkəzində saxlayan Heydər Oğuz Kanal 13-də Vasif Talıbovun 8 il ərzində İran rəsmiləri ilə 38 dəfə görüşü olduğunu deyib!
O, Naxçıvan Gömrük Komitəsinin sədri və maliyyə nazirinin həbsini, onların Bakı həbsxanasına köçürülməsini də Naxçıvanda Vasif Talıbovun hakimiyyətdən devrilməsi istiqamətində mühüm addım kimi səciyyələndirib.
Siyasi müşahidəçilər hesab edirlər ki, ikinci Qarabağ müharibəsi səbəbindən son iki ildə İsrail və Türkiyədən asılılığını getdikcə daha da gücləndirən, türklərdən və sionistlərdən alınan sifarişləri açıq şəkildə yerinə yetirən iqtidar çalışır ki, Naxçıvanda Vasif Talıbovun başçılığı altında mövcud olan naxçıvanlılar klanını devirsin və bu klanın sərvət və əmlakını öz əlinə keçirsin. Həmin planda Naxçıvanı daha çox Türkiyə və sionist rejimin arxa bağçasına çevirmək və İranın Naxçıvanla normal əlaqələrini minimuma endirmək ehtimallar sırasındadır.
Yeri gəlmişkən bildirək ki, Sovet İttifaqının dağılmasından sonrakı son üç onillikdə İranla əlaqələr naxçıvanlıların güzəranı, Naxçıvanın ərzaq və yanacaq böhranından xilası üçün mühüm mənbə olmuşdur.
Təsadüfi deyil ki, bu günlərdə naxçıvanlılara qarşı zülmə son qoyulması tələbi ilə “İran Naxçıvan Xalq Hərəkatı” adlı bir cərəyan yarandı və onun Telegram kanalındakı fəaliyyəti Bakı rəsmilərini qəzəbləndirdi, hətta DTX tərəfindən bu kimi fəaliyyətlərə rəsmi reaksiya verildi.
Hər halda ola bilsin ki, Paşayevlər hadisələri nəzarətdə saxlamaq üçün önləyici tədbirlərə əl atmışlar. Lakin bu addımın özü hakimiyyət daxilində çəkişmələrin sonu deyil, başlanğıcı ola bilər. Ona görə də DTX-nin muxtar respublikanı korrupsioner məmurlardan təmizləmək məqsədilə hərəkətə keçdiyini düşünmək mənasızdır. Baş verənlər daha çox dövlət çevrilişinə bənzəyir.
 
Source : SaharTv
Tagged
naxçivan
Comment