QR CodeQR Code

İslamın irqi xurafatlara baxışı

2 Feb 2023 10:17

İslamtimes - Quranda millətçilik və təəssübkeşlik pislənir.


Quranda millətçilik və təəssübkeşlik pislənir.(Baxın)Məryəm surəsində: 73, 81 ayələrə,Möminun surəsində: 33, 34 ayələrə,Şüəra surəsində: 111-ci ayə,Əl-Zuxruf surəsində: 52, 53 ayələrə,Əl-Hucurat surəsində: 14-cü ayə.
إذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهُمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجاهِليَّةِ فَأنْزَلَ اللّه ُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَ عَلَى الْمُؤْمِنِينَ وَ ألْزَمَهُمْ كَلِمَةَ التَّقْوَى وَ كانُوا أحَقَّ بِها وَ أهْلَها وَ كانَ اللّه ُ بِكُلِّ شَيْءٍ عَلِيما».[1]“Kafirlər cəhalət təəssübünü ürəklərinə saldıqda, Allah da Öz Peyğəmbərinin və möminlərin qəlblərinə salam göndərdi və onları təqva ilə müşayiət etdi, çünki onlar təqvaya daha layiq idilər və Allah hər şeyi bilir”.
Millətin, tayfanın, irqin, ölkələrin ifrat dərəcədə müdafiəsi tarix boyu bir çox müharibələrin qaynağı olmuş, adət-ənənə, tayfa və irq adı altında xurafat və çirkinliklərin başqa xalqlara ötürülməsi faktoruna çevrilmişdir.
Bu hədsiz müdafiə və tərəfkeşlik bəzən elə bir həddə çatır ki, ölkənin ən pis adamları onun gözündə gözəl, digər ölkələrin ən yaxşı üzvləri isə onun gözündə çirkin və pis görünür, həmçinin çirkin və gözəl adət və ənənələrdir.
ya belə demk olar ki, irqi təəssübkeşlik insan düşüncəsi, idrak və zəkasının üzərinə qoyulan, düzgün mühakiməni sıradan çıxaran eqoizm və cəhalət pərdəsidir.
Həzrət Peyğəmbərdən (sallallahu aleyhi və alihi və səlləm) bir hədisdə oxuyuruq:
مَنْ کَانَ فِی قَلْبِهِ حَبَّةٌ مِنْ خَرْدَل مِنْ عَصَبِیَّة بَعَثَهُ اللَّهُ یَوْمَ الْقِیَامَةِ مَعَ أَعْرَابِ الْجَاهِلِیَّةِ:[2]“Kimin qəlbində xardal dənəsi qədər əsəbilik olarsa, Allah onu Qiyamət günü cahiliyyə ərəbləri ilə bir yerə toplayacaq”.
İmam Sadiqdən (ə) başqa bir hədisdə oxuyuruq:مَنْ تَعَصَّبَ أَوْ تُعُصِّبَ لَهُ فَقَدْ خَلَعَ رِبْقَةَ الإِیمَانِ مِنْ عُنُقِهِ:[3]“Hər kim təəssübkeşlik etsə və ya ona qarşı təəssübkeşlik edilsə, onun boynundan iman bağını çıxarmış olar”. yəni onun İmanı təhlükədədir.
İslam ənənələrindən də istifadə olunur ki:İblis təəssübkeşlik göstərən ilk şəxsdir.
İmam Əli (əleyhissalam) - "Nəhcül-bəlağə"də deyildiyi kimi - "Qasiə" xütbəsində təəssüb mövzusu ilə bağlı uca, bəlağətli və maraqlı bir bəhs etmişdir ki, onun bir hissəsinə yazırıq:
أَمَّا إِبْلِیسُ فَتَعَصَّبَ عَلَى آدَمَ لاِ َصْلِهِ وَ طَعَنَ عَلَیْهِ فِی خِلْقَتِهِ، فَقَالَ: أَنَا نَارِیٌّ وَ أَنْتَ طِینِیٌّ:[4]“İblis, mənşəyinə görə Adəmə qarşı qərəzli oldu və Adəmə istehza edərək dedi: Mən oddanam, sən isə torpaqdansan”!(necə ki pantürklər deyirlər: Haray haray mən türkəm)
Sonra əlavə edir:فَإِنْ کَانَ لا بُدَّ مِنَ الْعَصَبِیَّةِ فَلْیَکُنْ تَعَصُّبُکُمْ لِمَکَارِمِ الْخِصَالِ وَ مَحَامِدِ الأَفْعَالِ وَ مَحَاسِنِ الأُمُورِ:[5]“Əgər təəssübkeş olacaqsansa, bu təəssüb gözəl əxlaqdan, gözəl əməllərdən və yaxşı əməllərdən qaynaqlanmalıdır”.
(کانَ رَسُولَ اللّهِ(صلى الله علیه وآله) یَتَعَوَّذُ فِى کُلِّ یَوْم مِنْ سِتٍّ مِنَ الشَّکِّ وَ الشِّرْکِ وَ الْحَمِیَّةِ وَ الْغَضَبِ وَ الْبَغْىِ وَ الْحَسَدِ)[6]
“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hər gün altı şeydən Allaha sığanırdır:şübhədən, şirkdən, təəssübkeşlikdən, qəzəbdən, zülm və paxıllıqdan”
qeyd etməliyik ki, Bu gün sionist rejimi şeytan kimi Azərbaycan millətinin düşüncə və ağlı ilə oynayır.Gəlin diqqətli olaq ki, bu sionist sui-qəsdi bizi qardaş qırğına aparmasın.Mən şiələrin bir-birinin qanını tökdüyünü çoxda uzaq görmürəm, fitnədə vəliyi-fəqihin hökmünə itaət etməyə çalışın ki, imanınız və axirətiniz əmin-amanlıqda olsun.Allah bu sionist təlxəkinə və şeytanın əlinin alətinə çevrilmiş, qan içən tayfa rejiminə lənət eləsin, onun son oyunudur, lakin Allahın izni ilə bu xam arzusunu özü ilə qəbrə aparacaq.
[1]. Fəth surəsinin 26-cı ayəsi.[2]. Əl-Kafi: 2/308/3.[3]. Əl-Kafi, 2-ci cild, səh.308.[4]. Nəhcül-bəlağinin 192-ci xütbəsi.[5]. Nəhcül-bəlağinin 192-ci xütbəsi.[6]. Biharul-ənvar, cild 70, səh.263.


Story Code: 1039100

News Link :
https://www.islamtimes.org/az/article/1039100/islamın-irqi-xurafatlara-baxışı

Islam Times
  https://www.islamtimes.org