0
Thursday 30 March 2023 - 11:21

Fazil Mustafa olayı

Story Code : 1049545
Fazil Mustafa olayı

Ötən gün Sabunçu rayon Zabrat qəsəbəsində millət vəkili Fazil Mustada evinin qarşısında silahlı hücuma məruz qalıb. Onun üzərinə “Kalaşnikov” avtomatından çoxsaylı atəş açıldığı deyilir ancaq hücumun binanın özü də deputatın yaşadığı binanın qarşısında baş verməsinə baxmayaraq ortada hadisəni əks etdirən heç bir video yoxdu.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin başlanıldığı deyilir.
Dövlət Təhlükəsizliyi Xidməti bu gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahl hücumun terror aktı olduğunu bildirib. 
Hücum baş verən kimi Bakı mediyası deputata qarşı hücumda İranı ittiham etmək üçün gülünc təhlillər dərc etməyə başlayıb, bunu Azərbaycan Respublikasının işğal olunmuş Fələstində səfirlik açması ilə əlaqələndirməyə çalışıblar.
İşğalçı sionist rejimin çənginə keçən Əliyev ailəsi sionist rejim nəzdindəki səfirliyinin “təntənəli” açılışı ərəfəsində 27 mart tarixində həbs etdiyi bir qrup şəxsdən “televiziya etirafları” yaydı. Həmin videosujetdə saxlanılan şəxslər bildirir ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Bir gün sonra isə bir deputat öz qapısı ağzında silahlı hücuma məruz qalır. Sual olunur: Az qala İrana casusluq niyyətində olanları belə müəyyənləşdirmək bacarlğına malik olan və “təxribatlar”ın baş verəcəyindən də xəbərdar olan və bunun qarşısını almaq üçün də az qala hər gün onlarla vətəndaşı həbs edən DTX nədən deputata qarşı plandan tam bixəbər qalıb?
Sionistlərlə qol-boyun olduğuna görə özündən şübhələnən ailə rejimi bir deputata qarşı hücum planlaşdırmaq və onu İranın boynuna yıxmaqla öz aləmində İranın hansısa reaksiyalarını önləmək, müsəlman düşməni olan qəsbkar sionist rejimlə əlaqələri tənqid edənləri daha “tutarlı faktlar”-la yaxalamaqmı istəyir?
Heç şübhəsiz ki, zaman küçdikcə planın müəlliflərinin niyyətləri bir-bir üzə çıxacaqdır.
 
Source : Sahartv
Comment