0
Friday 14 October 2011 - 09:21

Lumond: İran Beynəlxalq hüquqa Qərb ölkələrindən çox hörmət göstərir

Story Code : 106164
İran - Qərb
İran - Qərb
Lumond yazır ki, Fransada İrana qarşı çox heyrətamiz bir antipatiya hökm sürür. Hansı ki, İran Pakistan kimi nüvə texnologiyaları satmır və İranda nüvə silahının terrorçuların əlinə keçməsi təhlükəsi yoxdur. Hansı ki, Tehrana qarşı kompaniya daha güclüdür. Doğrudanmı Qərbin sözünü danışan Şirin İbadinin öz vətəni barədə həyəcan təbili çalmasına yer var?

Lumon Qərbin mövqeyini tənqid edərək yazır: “1953-cü ildə ABŞ Müsəddiqin neftin milliləşməsi proqramını
əngəlləmək üçün dövlət çevrilişi apardı və İranda hakimiyyəti quruldu. Həmin vaxt İranda Fransa tərəfindən hərbi yönə malik nüvə stansiyası layihələndirilirdi. Həmin layihə dayandırıldı Fransa ilə İran arasında 12 il gərginlik yaşandı. Fransa şahın İran xalqının büdcəsindən ödədiyi pulu geri qaytarmaqdan imtina edi.

Lumond Səddamın İrana qarşı müharibədə Qərb tərəfindən himayə olunmasından yazır. Səddam 1979-cı il İran İnqilabından sonra bu ölkəyə qarşı müharibədə bütün Qərb dövlətlərinin
himayəsindən bəhrələndi. Bu himayələr BMT-nin qanunlarının aşkar pozulmasıdır. İrana qarşı embarqolar tətbiq olunduğu bir vaxtda İraq hər tərəfli yardım alırdı. Avropalılar 1982-ci ildə Səddam Hüseyn İrana qarşı kimyəvi silah tətbiq edəndə susmağa üstünlük verdilər. Yüz minlərlə iranlı ölüdürüldü.

Qəzet sözünə belə davam edir: Terrorizmə gəldikdə İran terrorizmdən əziyyət çəkən ölkələrdəndir. 1982-ci ildə bir terror partlayışında İran dövlət heyətinin yarısı, o cümlədən
prezident qətlə yetirildi. Maraqlıdır ki, belə bir vəziyyətdə Fransa İranın hərbi müxaliflərinə sığınacaq verir və onların İrandakı terror əməliyyatlarını dəstəkləyir. Lumond Fransa nüvə proqramına malik olduğundan onun İranın nüvə proqramına qarşı çıxmağa haqlı olmadığını bildirir. Paris hansı əsasla İran xalqını nüvə enerjisindən məhrum etmək istəyir? Məntəqədə nüvə proqramlarının dayandırılması üçün seçilən yol budurmu?

Lumond yazır: İran beynəlxalq səhnədə ona qarşı olan oyunçulara
məntiqlə cavab verib. Tehran sübut edib ki, beynəlxalq öhdəçiliklərə daha sədaqətlidir və bu qanunları Qərb ölkələri daha çox pozurlar. Bu sözləri Amerika haqqında da demək olar. ABŞ bu günə qədər nüvə sınaqlarının dayandırılması haqqında Ottava müqaviləsini imzalamayıb. Bioloji silahların istifadəsini qadağan edən qətnamədə də Ağ Evin imzası yoxdur. Roma konvensiyası beynəlxalq cinayətlər məhkəməsi yaradıb. ABŞ bu konvensiyaya da qoşulmayıb. Ağ Ev Kioto müqaviləsini rəsmən tanımır. Amerika Cenevrə konvensiyasından
da yan keçib.

Məşhur fransız qəzeti yazır: İranlılar heç bir bəhanəni qəbul etmir. Braziliya prezidenti və Türkiyə baş naziri İranla Qərb arasında vasitəçilik etmək istəyəndə məhz Qərb bu missiyanı pozdu. Görən Fransanın əlində İrandakı seçkilərə təsir mexanimzi varmı? Paris həqiqi bir siyasətə ehtiyaclı deyilmi?

İraq və Əfqanıstan bataqlığından çıxmaq üçün Qərbin yeganə yolu İranla əməkdaşlıqdır. Qərb bu imkanı əldən çıxarmamalıdır.
Source : Keyhan qəzeti
Comment