0
Friday 14 October 2011 - 15:41

ABŞ institutunun nigarançılığı: İsrailin nüvə monopoliyasına son qoyulur!

Story Code : 106197
ABŞ institutunun nigarançılığı
ABŞ institutunun nigarançılığı
"Fars" informasiya agentliyi bildirir ki, ABŞ-ın Brookings İnstitutu sabiq Mossad rəisinin İranın nüvə proqramına münasibətini nəzərdən keçirib. Sabiq rəis düşünür ki, İranın nüvə silahı əldə etməsinə çox qalır. İranın nüvə silahı əldə etməsi İsrailin bu sahədə monopoliyasına son qoyacaq.

Fars informasiya agentliyi Brookings İnstitutunun “ABŞ və
İsrailin əlaqələri” adlı hesabatı haqqında bildirir ki, hesabatda İranın hərbi təsisatlarına havadan zərbələrin ağır xərci diqqət mərkəzində saxlanılır. Mossadın sabiq rəislərindən olan Meyer Daqan 2015-ci ilədək İranın nüvə silahı əldə edə bilməyəcəyini iddia edir. Bununla belə onun nəzərincə ABŞ və İsrailin İranın nüvə təsisatlarına hücumu fantastik xərclər tələb edir.

Brookings-in
hesabatına əsasən, İrana qarşı hərbi güc tətbiqi ən son varyantdır. Çünki İranla müharibənin xərci ağlasığmaz dərəcədə ağırdır.

Hesabatda deyilir: Daqan bu nöqtəyə toxunmayıb ki, İran nüvə silahları əldə etdikdən sonra İsrailin məntəqədə nüvə silahı üzərində 40 illik inhisarına son qoyulacaq.

Hesabatda deyilir: Əgər İsrail Amerikanın himayəsi altında öz
siyasətini davam etdirsə, məntəqədə hərbi tarazlıq pozulmayacaq.

Hesabata əsasən, İran yalnız Suriya tərəfindən himayə edilir və bu rabitə Bəşar Əsəd üçün əsil baş ağrısına çevrilib. Əslində İran nə ABŞ, nə də İsrail üçün təhlükə sayılmır. Brookings İnstitutunun hesabatında bildirilir ki, İran nüvə silahı əldə edərsə, hərbi tarazlıq pozulacaq. İrana
qarşı hücum isə onun nüvə silahına yiyələnmək istəklərini daha da ciddiləşdirə bilər.

Hesabatın sonunda qeyd olunur ki, İran 1998-ci ildə Hindistanın qəfil nüvə sınağı yolunu tutsa dünyanı heyrətə gətirəcək. Əlbəttə ki, belə bir addım yeni embarqolarla cavablandırıla bilər. İran MAQATE-nin hesabatlarına əsaslanaraq onun nüvə proqramına qarşı ittihamları rədd edir.
Comment