0
Tuesday 1 September 2009 - 21:47

ALLAH EVLƏRI SÖKÜLƏRKƏN SƏN NƏ EDIRDIN?!

Story Code : 10934
ALLAH EVLƏRI SÖKÜLƏRKƏN SƏN NƏ EDIRDIN?!
Mübarək Ramazan ayının 10-cu günü. Xanım Fatimeyi-Zəhranın (s.ə.) anası Həzrət Xədiceyi-Kübranın (s.ə.) vəfatı günündə 12 İmam anasının adına olan bir Allah Evinin sökülməsinə qərar vermək...

Əcəba, nə baş verməkdədir?!

Bir il üçün iki məscidin sökülməsi və ardınca da illər boyu tikintisi gedən bir məscidi sökmək qərarını verməyin adı nədir axı?!

Allah gec edər, amma güc edər. Kimlərdir ki, bu müdrik atalar deyimini unudqanlığa vurur?!

Zatən, bu da bir gerçək həqiqətdir ki, bundan artıq nə olasıdır ki?! Bir millətin tarixi vücuduna daha nə ağır bəla üz verməlidir ki?!

Bu günlərdə cənab Hacı Allahşükür Paşazadənin 60 yaşı tamam oldu. 60 yaş çox böyük bir məsuliyyətli dönəm deməkdir. Bu dünyada hamı adama təbrik deyə bilər. Amma əminəm ki, Hacı Allahşükür Paşazadə cənabları bir mühüm həqiqəti bir çoxlarından daha yaxşı bilir. O həqiqət ondan ibarətdir ki, kimlərin nə deməsindən və nə kimi münasibət bəsləməsindən asılı olmayaraq, gerçək sorumluluq hər birimizi gözləyir.

Əziz Peyğəmbərimizin (s) nurani saqqalının təbərrük olaraq irsini daşıyan hər kəs, ağaran saqqalının ağarması artdıqca, bunun qəbir, Qiyamət, axirət sorumluluğunun xəbərdarlılığı olmasını anlamalıdır. Neçə bayram yaşamağımız bəlli olmadığı bir dünyada bunu unutmaqmı olar?!

Cənab Hacı Allahşükür Paşazadə! Həyatımda ilk dəfə olaraq Sizə, müsəlmanların məsuliyyətini üzərində daşımalı olan bir insan kimi xitab edirəm. Bu məscidsökmə rəzilliyinin qarşısına çıxın. Sökülən məscidlər məmləkətinin görəvli bir müsəlman insanı kimi öz tarixi məsuliyyətinizi icra ediniz!

Dar qəbirdə, Qiyamət günündə, axirət aləmində hər birimizdən sorulacaq: “Allah Evləri sökülərkən sən nə edirdin?” sualına nə cavab verəcəyik?!

Allahım! Bu dünyamızın qəbrə, Qiyamətə, axirətə hazırlaşılan bir dünya olmasını qərar ver!

*****

Mübarək Ramzan ayının11-ci gününün duasındakı mövzulara nəzər salaq.

Bizləri yaxsı əməllər etməyə həvəsləndir, ey bütün yaxşılıqların mənbəyi olan Rəbbim!
Bizlərdə günah və əxlaqsızlığa qarşı nifrət oyat, ey təqvalıları sevən Rəbbim!
Bizlərə qəzəb və cəhənnəm atəşini haram edən əməllər nəsib et, ey Qiyamət gününün sahibi olan Rəbbim!

Amin!
Source : Dəyərlər AİN
Comment