0
Saturday 5 November 2011 - 00:57

Əfqanıstanda məğlubiyyətlə bağlı Ksincerin xəbərdarlığı

Story Code : 111765
Əfqanıstanda məğlubiyyətlə bağlı Ksincerin xəbərdarlığı
Əfqanıstanda məğlubiyyətlə bağlı Ksincerin xəbərdarlığı
Fransa informasiya agentliklərinin verdiyi məlumata əsasən, Henri Ksincer Ağ Evin siyasətlərini tənqid edərək deyib: “Vaşinqton öz siyasətləri ilə Əfqanıstanda sülh imkanlarını sıfıra endirib və bu siyasətlərdən biri ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasıdır.”

O Beynəlxalq Vudoro Vilson Mərkəzinin üzvləri qarşısında bildirib: “Mən Talibanla danışıqlara müxalif deyiləm. Amma Əfqanıstanda müharibəni sona çatdırmaq istəyiriksə müzakirələr düzgün istiqamətdə aparılmalıdır.”

Ksincer bildirib
ki, onun nəzərincə ilk növbədə İran, Pakistan və Hindistanla müzakirələrə başlanılmalıdır: “Əgər Amerika qüvvələri Əfqanıstanda sabitlik yaranmamış bu ölkəni tərk edirsə, Ağ Ev problemlərlə üzləşə bilər. Qüvvələrin çıxarıldığı bir zamanda danışıqlar səmərəsiz olacaq. Unutmamalıyıq ki, Əfqanıstan müharibəsində nəzərdə tutulmuş məqsədlərə nail olunmayıb”

Ksincer deyib: “Biz Koreya, Vyetnam, İraq və Əfqanıstanda müharibəyə başlayarkən bu ölkələrdəki qüvvələrə yardım imkanlarımızı
düzgün qiymətləndirməmişik. ABŞ qüvvələrinin Əfqanıstandan çıxması Amerikadan çox Əfqanıstanın qonşularına təsirli olacaq.” Ksincer Əfqanıstan probleminin həlli üçün qonşu ölkələri fəal olmağa çağırıb və deyib: “Əl-Qaidənin regionda və Əfqanıstanda lokallaşdırılması bütün məntəqə ölkələrinin xeyrinədir.”

Ksincer 1974-78-ci illərdə Amerikanın nüfuzlu diplomatlarından olub. O Ağ Evin Vyetnam məğlubiyyətini Əfqanıstanda da yaşayacağı ilə bağlı xəbərdarlıq edib.
Comment