0
Monday 7 November 2011 - 23:46

ABŞ əsgərləri “Wall Streeti işğal et" aksiyalarına qoşulur

Story Code : 112326
ABŞ əsgərləri “Wall Streeti işğal et" aksiyalarına qoşulur
ABŞ əsgərləri “Wall Streeti işğal et" aksiyalarına qoşulur
Amerikanın veteran əsgərləri Əfqanıstan və İraqda işğalçı müharibələrə etiraz olaraq Buş və Obama dövlətlərinə qarşı "Wall Streeti işğal et" aksiyalarına qatılırlar. Bu qiyam bütün kapitalist quruluşuna qarşı qiyamdır. Veteran əsgərlərin aksiyalarda iştirakı ABŞ-ın İraq və Əfqanıstanda məğlubiyyətini göstərir və aksiyaların daha da genişlənməsinə səbəb olur. Risalət qəzeti yazır ki, Amerika veteran əsgərlər ittifaqının üzvləri ölkəni bürümüş iqtisadi və siyasi böhrana etiraz olaraq Wall Street hərəkatına qoşulublar. Onlar aksiyalarda hərbi geyimdə olurlar. Veteranlar arasında İraq və Əfqanıstan, Vyetnam, hətta ikinci dünya müharibəsində iştirak etmiş insanlar var. Əsgərlərin aksiyaya dəstəyi onun əhəmiyyətini artırır. Hazırda Amerikada 25 milyon veteran əsgər var, onların 1,6 milyonu İraq və Əfqanıstanda xidmət edib.

Amerikada əsgərlərin başqa ölkələrdəki acınacaqlı vəziyyəti xalqdan gizlədilir, konservatorlar və demokratların mətbuat orqanlarında bu mövzuya senzura qoyulub.

Hazırda İraqda xidmətə təzə başlamış əsgərlər də bir müddət sonra eyni ruhiyyədə olacaq. Keçmiş veteranların bugünki durumu hazırda İraqda döyüşənlər üçün yaxşı ibrətdir. İstənilən bir halda veteranların aksiyalara dəstəyi onun hüdudlarını genişləndirir.

Veteranların aksiyada iştirakı bir daha sübut edir ki, amerikalıların problemi təkcə maliyyə böhranı deyil, onlar Ağ Evin işğalçı müharibələrinə qarşıdırlar.

Veteranlar ümid edirlər ki, aksiyalarda xalqın diqqətini hərbi problemlərə yönəldə biləcəklər. Onlar Əfqanıstan və İraqdakı əsgərlərin acınacaqlı durumu ilə bağlı tədbirlərə ümid edilər.

ABŞ ordusunda və veteranlar arasında intiharın davamlı artımı vəziyyətin gərginliyini göstərir. Kaliforniya səhiyyə təşkilatının hesabatında bildirilir ki, veteranlar arasında intihar eyni yaşda olan mülki vətəndaşlar arasında intihardan 4 dəfə artıqdır.

İkinci dünya müharibəsi veteranları arasında intihar Əfqanıstan və İraq əsgərləri arasında intihardan daha çoxdur. 2005-2008-ci illərdə ikinci dünya müharibəsində iştrak etmiş 532 veteran intihar edib. ABŞ veteran əsgərlər təşkilatının sözçüsü Kerri Çilders bildirib ki, ABŞ ordusunda olmuş insanlar ciddi psixoloji problem yaşayır. Eyni problem Britaniyada da müşahidə olunur. Britaniya müdafiə nazirliyinin hesabatına əsasən, 2006-cı ilin sonuna qədər 171 Britaniya əsgəri öldürülüb, onların 10%-i intihara əl atıb. İntihara əl atanlar arasında döyüş əməliyyatlarında iştirak etməyənlər də var.

Görəsən, ABŞ və Britaniya əsgərlərinin taleyi necə olacaq? Nə üçün veteranlar haqqında dəqiq məlumatlar mətbuata çıxmır?

Müəllif: Səid Subhani

"IslamTimes" - Tərcümə şöbəsi
Comment