0
Thursday 10 November 2011 - 19:13
Məntəqədə gərginlik və ABŞ-da iqtisadi böhran

İrana hücum bəyanatı Obama üçün kabus olub

Story Code : 112957
İrana hücum bəyanatı Obama üçün kabus olub
İrana hücum bəyanatı Obama üçün kabus olub
Bəzi mətbuat orqanları isə bu mövzunun əsas məqsədi kimi Fələstinin rəsmi tanınması məsələsinin gündəmdən çıxarılmasını göstərir. Başqa bir nəticə İrana qarşı sanksiyaların gücləndirilməsi ola bilər. "IslamTimes" "FarsNews"-a istinadən bildirir ki, İranın nüvə təsisatlarına hücum mövzusu sionist mətbuatın təlaşları sayəsində gündəmə gəlib.

Sionist kəşfiyyat idarəsinin sabiq başçısı Meyer Daqan növbəti dəfə İrana hücum fikrini axmaq fikir adlandırıb və ehtimali hücumun məğlubiyyətlə sonuclanacağını bildirib.

Əs-Səfir qəzeti yazır: “Sən İrana hücum etmək istəyirsən? Növbə tut və sıraya dur!” Amerikanın "Time" həftəliyinin yazarı Toni Karun öz məqaləsinə bundan gözəl başlıq tapa bilməyib. Hazırda ABŞ və
İsrail öz manevrləri ilə belə bir fikir yaradır ki, İrana hücum ciddi qərardır. Soruşan yox ki, İranın qolları bağlıdırmı? Bəyanatlar davam edir və bundan sonra da davam edəcəyi gözlənilir - Britaniyanın Guardian qəzetinin yazarı İvn Makaşel belə düşünür.

Qəzetçi bu fikirdədir ki, İrana hücum Barak Obamanın növbəti il prezident seçkilərində ehtiyac duyduğu son şeydir. Hansı ki bu gün Amerika böyük maliyyə böhranında məhv olur. Amma Obama sonuncu 10 ildə dördüncü müharibəyə başlamağa acizdir.

Obama zahirən hərbi müdaxilə fikrindən kənarda dayanır və iqtisadi sanksiyalara dəstək verir.

Əldə olunan məlumatlara əsasən, virtual müharibə, maliyyə sanksiyaları ilə kifayətlənməyən kiçik bir ifratçı qrupun müharibə tələbi Obama üçün
kabusa çevirib. Obama üçün çox çətindir ki, İraq, Əfqanıstan və Liviyaya təcavüzdən sonra İrana hücuma ictimai dəstək qazansın.

Karnegi araşdırma mərkəzinin şərhçisi Kərim Səccadipur bu barədə deyir: “Nə qədər ki, Obama hakimiyyətdədir, İrana qarşı müharibə olmayacaq. Obamanın yerinə olan hər bir şəxs Amerika iqtisadiyyatını xilas etmək istəyirsə, İranla qarşıdurmadan çəkinməlidir. İranla müharibə iki mühüm məqsədi arxa plana keçirir, eləcə də neftin qiyməti fantastik səviyyəyə qalxır."

Əs-Səfir yazır: Bəzi ərəb mənbələrinin nəzərincə Amerikada Səudiyyə səfirinin İran tərəfindən terror ssenarisi İrana hərbi hücumdan qaçmaq üçündür. Bu hücum daha çox Vaşinqton üçün problem yaradacaq.
Amerika terror ssenarisini ortaya qoydu ki, İsrailin istəklərindən yayına bilsin. Ağ Ev elan etdi ki, ABŞ dövlətinin reaksiyası hərbi müdaxilə variantı, təyyarədaşıyanların Fars körfəzinə göndərilməsi, hətta məntəqədə hərbi təlimlərdən imtinadan ibarətdir.

Bu məlumata əsasən, Obama İrana qarşı MAQATE-nin hesabatı ilə kifayətlənir. Uydurma hesabatda məqsəd İrana təzyiqləri artırmaqdır.

Əs-Səfir yazır ki, bu arada sionistlər, yəhudi analitiklər İrana nüvə təzyiqi mövzusunu davam etdirir. "Washington Times" yazır ki, bu informasiya hay-küyü nə üçündür? İsrailin İrana hücumu yaxın zamanda mümkündürmü? Hansı ki, İran atom silahı hazırlamadığını bildirir. Hətta Tehran bu işi görmək qərarındadırsa, İsrail və Qərb mütəxəssislərinin
nəzərincə ona bir ildən artıq vaxt lazımdır.

"Washington Times" əlavə edir ki, İrana qarşı mətbuat hay-küyü İsrailin həqiqi məqsədlərini pərdələməyə kömək edir. Aydın məsələdir ki, Tel-Əviv Vaşinqtonun dəstəyi olmadan İrana hücum edə bilməz. Bütün bu kampaniyada məqsəd Fələstinin rəsmi tanınmamasına nail olmaqdır. Bu məqsədlə də İrana qarşı sanksiyaları gücləndirmək nəzərdə tutulur.

Atlantik nəşriyyəsi də İsrailin İrana qarşı informasiya hücumlarına münasibət bildirərək yazır: Əgər Obama İsrailə rədd cavabı versə, İsrail Londona üz tutacaqmı? Bu nəşriyyənin şərhçisi Cefri Qoldberg sualı belə cavablandırır ki, Britaniya İsrailə müsbət cavab versə, ərəb şahzadələri şad olacaq.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment