0
Saturday 12 November 2011 - 23:57

İranın nüvə proqramının Rusiya və Çin tərəfindən himayəsi

Story Code : 113483
İranın nüvə proqramının Rusiya və Çin tərəfindən himayəsi
İranın nüvə proqramının Rusiya və Çin tərəfindən himayəsi
“IslamTimes” “Əşraf” mənbəsinə istinadən bildirir ki, Hritic mərkəzi öz saytında belə bir başlıqla məqalə dərc edib: “Rusiya İranın diplomatik atalığıdırmı?” Məqalədə yazılır ki, Moskva növbəti dəfə İranın nüvə proqramına tərəfdar olduğunu ortaya qoydu.

Rusiya və Çin rəhbərliyi MAQATE baş katibi Yukio Amanodan tələb edib ki, İranın nüvə proqramına qarşı sənədin icrasını dayandırsın. Diplomatik səviyyədə ötürülmüş bu tələb Associated Press agentliyinin əlinə düşüb.

MAQATE hesabatından görünür ki, Moskva və Pekinin İran nüvə proqramına dəstəyi arzu olunmur və ruslar bunu daha yaxşı bilir. Rusiyanın MAQATE hesabatına münasibətdə tutduğu mövqe Moskva ilə Vaşinqton arasında gərginlik yaradır.

Hritic mərkəzi
dəfələrlə xəbərdarlıq edib ki, Moskvanın bu siyasəti beynəlxalq təzyiqlərə mane olur. Putinin varisi olan Dmitri Medvedev Vaşinqtonu dostluq şuarları ilə aldadıb. Putinin yenidən prezident olaraq Kremlə qayıdışı Moskvanın hazırkı münasibətini möhkəmləndirə bilər. Bu halda Rusiya İranla əməkdaşlığını daha geniş surətdə davam etdirəcək. Demək, Ağ Evin Medvedevlə bu günədək olan münasibətləri əsassız olub. Rusiya və Çinin Amanoya diplomatik xəbərdarlığı Təhlükəsizlik Şurasında da özünü göstərəsidir. ABŞ, Britaniya və Fransa İranla bağlı hesabatın nəşrini tələb edir. Onlar bu hesabatın son təfərrüatlarınadək MAQATE hakimlər şurasında 35 ölkədən olan nümayəndələrə çatdırılmasını istəyir.

Rusiya və Çin var qüvvəsi ilə
çalışır ki, hesabat açıqlanmasın. Moskva və Pekin bu istiqamətdə müştərək bəyanat da verib. Onların nəzərincə hesabatın yayılması İran xalqına təzyiq olacaq və İranın həmkarlığa meylinə zərbə vuracaq.

Rusiyanın qədim dövrdən Tehranla iqtisadi və diplomatik əlaqələri var. Moskva altı tərəfli danışqlarda vasitəçi rolunda çıxış edir. Amerika, Çin, Rusiya, Britaniya, Fransa və Almaniyanın daxil olduğu 5+1 formatında müzakirələrdə Rusiya fərqli mövqe tutur.

Ötən il də müşahidə edildi ki, Kreml İran məsələsi ilə bağlı Ağ Evlə eyni mövqe tutmur. Rusiya Təhlükəsizlik Şurasının qətnaməsi əsasında İrana S300 RƏM qurğularının satışını dayandırsa da, bu münasibətlər geridə qalıb.

Rusiya Tehranı diplomatik baxımdan müdafiə edir
və bu iki ölkə arasında hərbi əməkdaşlıq var. Moskva ABŞ və onun müttəfiqlərinə qarşı Tehranın münasibətindən də faydalanır.

Moskvanın nüvə proqramları sahəsində İranı müdafiə etməsi nüvə silahlarının yayılmaması barədə razılaşmanı da (NPT) arxa plana keçirir. Hansı ki, NPT Rusiya və Qərb arasında həmkarlıq vasitəsidir. Moskva SSRİ zamanında nüvə silahının məhdudlaşdırılması sahəsində Təhlükəsizlik Şurasında fəallıq göstərirdi. O hətta Çin istisna olmaqla nüvə enerjisi sahəsində biliklərin yayılmasına qarşı idi. Moskva ötən il Təhlükəsizlik Şurasının sanksiyalarına qoşulsa da öz nüvə texnologiyalarını inkişaf etdirib.

Kremlin İranın nüvə proqramlarına qarşı hər hansı addımı riski artırır və Tehranı daha sərt
mövqe tutmağa sövq edir. Bu mövzu məntəqədə sabitliyin pozulması və neftin qiymətinin artması ilə sonuclana bilər.

Hritic öz saytında yazır ki, Rusiyanın İranı himayəsi əslində müharibə ehtimalını gücləndirir, buna görə də ABŞ və müttəfiqləri Moskvaya İrana diplomatik atalıq rolu oynamaq imkanı verməməlidir. Mərkəz belə bir fikir yaradır ki, nüvə silahının yayılmasının qarşısının alınması super dövlətlərin əsas məsuliyyətlərindəndir. Rusiya bir zaman bunu dərk etsə də, hazırda başqa mövqe tutub. Məqalədə bildirilir ki, Vaşinqton İran mövzusu ilə bağlı Rusiya ilə sərt danışmalıdır. Bununla da İran nüvə proqramının təhlükəsinin qarşısı alınmalı, guya sabitlik qorunmalıdır.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment