0
Saturday 3 December 2011 - 21:15

Peşəkar qatil üçün sürpriz!

Story Code : 119490
Peşəkar qatil üçün sürpriz!
Peşəkar qatil üçün sürpriz!
Bu bəyanat elə bir vaxtda verilib ki, vəhşi qətliamla bağlı heç bir açıqlama nəşr olunmurdu. Norveç dövlətinin bu addımını Breyviki cəzadan qurtarmaq üçün bir bəhanə saymaq olar. Hansı ki, Norveç əhalisi qatilin mühakiməsini gözləyirdi. Breyvik hazırda Norveç məhkəməsi tərəfindən ruhi xəstəxanada yerləşdirilmişdir.

Norveç ali məhkəməsi elan edib ki, bu günlərdə qətliamı törətmiş məhkum tibbi müayinədən keçiriləcək. 77 nəfəri qətlə yetirmiş Breyvik ruhi xəstə kimi tanınarsa cəzadan yaxa qurtaracaq.

22 iyulda baş vermiş bu terror hadisəsi Norveç tarixinin ən amansız qətllərindədir. Anders Breyvikin tibbi müayinəsini iki psixoloq və professional heyət aparır. Psixoloqlar
Breyviklə 36 saat ünsiyyətdə olmuşlar. Breyvikin azad edilməsi xəbəri dünyanı şoka salıb. Amma mütəxəssislər bu fikirdədir ki, Breyvikin ruhi xəstə sayılması ehtimalı azdır.

Bununla belə məhkəmədən verilən məlumatda Breyvikin xəyali bir dünyada yaşadığı bildirilir. Bu insanın paranoid nəticəsində real həyatdan ayrıldığı qeyd olunur. 32 yaşlı Breyvik 8 nəfərin ölümünə səbəb olmuş bomba partlayışını həyata keçirdikdən sonra bir düşərgəyə gedərək 69 nəfəri odlu silahla qətlə yetirmişdir. Norveç qanunlarına əsasən qatil hadisəni törədən zaman ruhi böhran vəziyyətində olarsa törətdiyi əməllərə görə cavabdeh deyil.

Müsəlmanlara qarşı dözülməzlik nümayiş etdirən
Anders Breyvikin haqqında 243 səhifəlik məlumat hazırlanmışdır. Məlumat iki psixoloqun qatillə 13 görüşündən sonra ortaya qoyulmuşdur. Məlumatı tibbi ekspertiza təsdiqləməlidir.

Araşdırma qrupunun rəhbəri əldə olunmuş nəticələrin maraqlı olduğunu söyləyib. O qeyd edib ki, ruhi xəstə avtomobili idarə etməkdə də çətinlik çəkir. Hansı ki, Anders Breyvik qətli törədərkən peşəkarcasına hərəkət edib.

Ruhi xəstənin durumunu dəqiq dəyərləndirmək üçün ətraflı araşdırmalara ehtiyac var. Breyvik barədə məlumatlar hələ ki, son qərar üçün bəs etmir. Məhkəmənin qərarı bu amansız qətlin qurbanlarının ailələrində və cəmiyyətdə böyük etiraz yaradıb. Breyvikin məhkəməsi aprel ayında
başlayacaq. Əgər o psixoloji baxımdan sağlam sayılarsa, terror ittihamı ilə 21 il azadlıqdan məhrum ediləcək. Amma ruhi xəstə kimi tanınacağı təqdirdə 3 il xüsusi xəstəxanada müalicə olunacaq və həmin müddət uzadıla bilər.

Breyvik hal-hazırda həbsxanadadır və onun etirafları ilə bağlı ətraflı məlumat verilmir. Dövlətə bağlı rəsmi saytlar və Norveç polisi Breyvikin həbsi ilə məsələnin bağlanması təəssüratı yaradır. Hüquq-mühafizə orqanları bu cinayət işinin mətbuatda işıqlandırılmasını münasib saymır.

Eyni zamanda bəzi mətbuat orqanları bu cinayət işinin pərdəarxasından yazırlar. NRK televiziya şəbəkəsi bildirib ki, Norveç gömrük idarəsi Breyvik haqqında terrorla mübarizə idarəsini
məlumatlandırıb. Amma polis bu məlumata ciddi yanaşmayıb. Anders Breyvikin partlayıcı maddələr toplaması gömrük işçilərində şübhə yaradıbmış. Breyvik həmin maddələri İsveçdən gətiribmiş. Hazırda yaxınlarını itirmiş ailələr qatilin istintaqı, onun xaricdəki qruplaşmalarla əlaqəsi ilə maraqlanırlar.

Cinayət işi ilə bağlı cəmiyyətə məhdud məlumat verilir. Hadisə ilə bağlı detallar aydın olsa da Norveç polisi Breyvikin ilin sonunadək məhkum olunmasını mümkünsüz sayır.

Norveçin baş naziri hökumətin bu cinayət işini nəzarətdə saxladığını bildirib. Nazir Norveç hüquq-mühafizə orqanlarının öz xarici həmkarları ilə əlaqə saxladığını bildirib. Müəyyənləşdirilməlidir
ki, bu terror hadisəsində beynəlxalq şəbəkələrin rolu var, yoxsa yox. Avropanın başqa ölkələrindəki ifratçı qrupların da bu hadisədə iştirakı mümkündür. Amma məlum deyil ki, bütün istintaq materialları cəmiyyətə çatdırılacaq. NRK Breyvikin sağçı ekstremist qruplarla əlaqəsini inkar etmir. Bununla belə onu beynəlxalq terror şəbəkəsindən ayırmaq cəhdi var. Bu televiziya şəbəkəsi Breyvikin həbsi ilə bağlı deyir: Breyvik əvvəllər də özünü internet şəbəkəsində İslama müxalif, müsəlmanların mühacirətinə zidd insan kimi təqdim edib. Amma şəbəkə iddia edir ki, Breyvikin şəxsi təqdimatı onun törətdiyi qətlin əqidəsi ilə bağlı olduğunu göstərmir.
Comment