0
Sunday 4 December 2011 - 22:09

Qatil Buş həbs olunmalıdır

Story Code : 119778
Qatil Buş həbs olunmalıdır
Qatil Buş həbs olunmalıdır
Efiopiya, Tanzaniya, Zambiya hüquq müdafiəçiləri bu günlərdə Afrikaya səfəri planlaşdırılan Corc Buşun hərbi cinayətkar olaraq həbsini tələb edirlər.

Bazar ertəsi günü Corc Buş Afrikaya səfərə çıxmalıdır. Beynəlxalq Amnistiya təşkilatı elan edib ki, bu üç Afrika dövləti beynəlxalq hüquq əsasında Buşu həbs etməyə vəzifəlidir.

Təşkilatın region üzrə amerikalı məsulu Süzan Li bir bəyanatla çıxış edərək bildirib ki, beynəlxalq hüquq normalarını pozan, hər şəkildə işgəncələrə rəvac verən Corc Buşun həbsi zəruridir.


Beynəlxalq Amnistiya təşkilatı elan edib ki, Corc Buş hakimiyyətdə olduğu dövrdə, 2002-2009-cu illər arası hərbi məhbuslara qarşı ağlagəlməz işkəncələrə yol açıb və bu onun həbsi üçün yetərli dəlildir.

Təşkilatın hüquqi müşaviri Met Pulard elan edib ki, Buşun səfər etdiyi istənilən bir ölkə onun həbsini həyata keçirməyə borcludur.

Təşkilat bildirir ki, bəşər əleyhinə işkəncələrə yol açmış və onu icra etmiş insanlar təqib olunmalıdır. Efiopiya, Tanzaniya və Zambiya Buşu həbs etmək fürsətini əldən buraxmamalıdır.

Beynəlxalq
Amnistiya təşkilatı bildirir ki, Corc Buş 2002-2009-cu illərdə həbsxanalarda ən son işkəncə metodlarının tətbiqini göstəriş verib.

Zaman keçdikcə Amerika ordusunun İraq və Əfqanıstanda törətdiyi cinayətlər üzə çıxır. Bu cinayətlər beynəlxalq hüquq təşkilatlarından gizli saxlanılıb. Daha doğrusu bu təşkilatlar həmin cinayətlərə göz yumublar. İraq və Əfqanıstanda baş verənlər ABŞ ordusunun mahiyyətini açır.

Bir çox cinayətlər zaman ötdükcə özünü göstərir və onların təsiri İraq və Əfqanıstanda gələcək nəsillərdən
yan keçməyib. Amerikalılar bu ölkələrdə kimyəvi silahlardan və uran tərkibli mərmilərdən istifadə ediblər. Bu silahlar gələcək nəsillərin də sağlamlığında özünü göstərəcək. ABŞ ordusunun cinayətləri iraqlı analar üçün bir kabusdur. Son araşdırmalara əsasən İraqın Fəllucə şəhərində uşaqların əlil doğulması amerikalıların kimyəvi silahdan istifadə etməsinin nəticəsidir. Bu araşdırmanın nəticələri növbəti həftə səhiyyə təşkilatının jurnalında çap ediləcək. Maraqlıdır ki, beynəlxalq hüquq təşkilatları bu cinayətlərə
necə reaksiya verəcək? Cinayətkarlar ittiham olunacaqmı? Nə üçün beynəlxalq təşkilatlar Fəllucədə baş verən cinayətlərə göz yummalıdır?!

Guardian qəzetinin nəşr etdiyi araşdırmalara görə kimyəvi silahların tətbiqi nəticəsində xərçəng xəstəliyi artmış, anormal doğuşlar çoxalmışdır. Araşdırmada ABŞ-ın kimyəvi silahdan istifadəsi təsdiqlənir. Araşdırmalara əsasən, Fəllucədə doğulan uşaqlar arasında əlillik başqa yerlərdən 11 dəfə artıqdır. Cari ilin ilk 6 ayında bu göstərici qeyri-adi həddə artmaqdadır.

ABŞ ordusunun cinayətləri
İraqda bugünkü cəmiyyət və gələcək nəsillər üçün misilsiz faciələr yaradıb. Bu faciələrin məsulu işğalçı ABŞ ordusudur. Amerikanın 2004-cü ilin aprel və noyabr aylarında əməliyyatlarda istifadə etdiyi zəiflədilmiş uran anormal doğuşların sayını artırmışdır. Bunun məsulu ABŞ siyasətçiləri və hərbiçiləridir. İraq müharibəsinin bünövrəsini qoymuş Corc Buş və Dik Çeyni kimi məsullar nə üçün mühakimə olunmur. 

"IslamTimes" - Tərcümə şöbəsi
Source : Risalət qəzeti
Comment