QR CodeQR Code

Zilləti yad bilənlər

islamtimes , 5 Dec 2011 08:27

Islamtimes - İmam Quranın ayələri əsasında beyət etmədi, “Zillət bizdən uzaqdır” deyib Allah yolunda hər şeyini qurban vermək, şəhid olmağı üstün tutdu.


islamtimes.org/az/ - Artıq müsəlmanlar üçün əhəmiyyətli, önəmli olan Aşura günü gəlib çatdı. 1331 il öncə baş vermiş bir hadisənin bəşəriyyət üçün Qiyamət gününə qədər buraxdığı bir izin yaşanmasını şərtləndirən Aşura nədən önəmlidir ? Azərbaycanda özünü ağıllı, savadlı göstərməyə çalışan bəzi bəsit düşüncə sahibləri deyir ki, bu konflikt iki ərəbin, Əməvi və Haşimi olmaqla iki tayfa arasında baş veribsə nədən müsəlmanlar üçün önəm daşımalıdır?

Tarixdə ərəblər arasında çox müharibələr olub, bir gecədə 5 min adamın başı kəsilən konfliktlər olub, heç uzağa getməyək gözümüzün önündə Suriya böyük bir qəbirstanlığa çevrilir. Kərbəlada isə cəmi 72 şəhid olub, amma önəmli, niyə?

Burada məsələ iki ərəbin məsələsi deyil, özünü əmirəl möminin bəyan edən şeytan köləsi ilə Allahı yolunda canını fəda edən, haqqı deyən, əmirəl mömininliyə haqqı olan məsum İmamla müharibədən söhbət gedir.

Gəlin bir qədər əvvələ gedib, məsələyə ilahiyyatçı alim cənab Ocaq Nejadın izahı çərçivəsində baxaq. Onun izahına görə Peyğəmbər (s) vəfatından əvvəl müsəlmanlar üçün iki əmanəti vəsiyyət etmişdi. Biri Quran digəri Əhli Beyt. Quranı anladıq, Əhli beyti niyə vəsiyyət etdi?

Quran Allah tərəfindən nazil olmuş müqəddəs kitabdır ki, 23 il ərzində Peyğəmbər (s) isanlara təqdim etmişdi. Cox önəmli məsələ bundadır ki, Peyğəmbər (s) Quranı 3 surətdə təqdim etmişdi. Birinci surət Kitab şəklində, ikincisi nitq şəklində, üçüncüsü insanın həyat tərzi və davranışında.

Birincisi aydındır, gördüyümüz, oxuduğumuz Quran kitabı. Səssiz Kitab. Nəhcül Bələğədə səssiz Kitabla bağlı Əli əlyehissəlamın bir cümləsi var: “Danışdırın Onu, əgər siz Onu danışdırmasanız O, heç vaxt sizinlə danışmaz”. Yəni müsəlmanlar Quranı oxumasa, rəfdə saxlayıb nə qədər əzizləsə də Kitab danışmaz, gərək oxuyasan ki, danışsın.

İkincisi nitq şəklində Quran, yəni danışan Quran. Burda Peyğəmbər (s) özünü nəzərdə tuturdu. Çünki insanlar birinci surətdə olan səssiz Quranı oxuyur amma anlamadıqları ayələr olurdu və anlamadıqlarını gəlib Peyğəmbərin (s) özündən soruşub cavablarını alırdılar. Deməli Peyğəmbər özü danışan Qurandır.

Üçüncüsü Peyğəmbər (s) özü mücəssəm Qurandır. O, davranışı, həyat tərzi ilə canlı insanların Quran çərçivəsində yaşaması üçün misilsiz nümunə, örnək nümayiş etdirirdi ki, insanlar, Qurandan öyrəndiklərinin praktik tətbiqini uğurla bacarsın.

İndi Peyğəmbər (s) vəfat edir amma Quranı 3 surətdə əmanət olaraq vəsiyyət edir. Biri Kitab, digər ikisi isə (nitqli və praktik) Əhli beyti. Yəni Peyğəmbərdən sonra insanlar oxuduqları Quranda anlamadıqları ayələri vəsiyyətə görə Əhli beytdən soruşmalı, müqəddəs ayələrin praktik tətbiqini isə Əhli beytin həyat tərzində nümunə kimi görə bilər.

İndi gəlirik 680-ci illərin əvvəllərinə. İmam Hüseyn (ə) və Yezid ibn Müaviyyə. İmam Hüseyn (ə) hansı səbəbdən Yezidə beyət etmədi ? Nə üçün onun hakimiyyətinin leqitimliyini qəbul etmədi ? Hansı səbəbdən Yezidi uzurpasiyada ittiham etdi ? Bir tək səbəbə görə. Yezid özünü əmirəl möminin, İslam xilafətinin xəlifəsi elan etmişdi. Məsələn, əgər Yezid uzurpasiyaya, qeyri-leqitimliyə baxmayaraq, özünü sekulyar bir xəlifə elan etsəydi, o zaman konflikt yaranmazdı. Zənnimcə sadəcə deyəcəkdilər ki, İslam xəlifəsinin hakimiyyətini qeyri müsəlman biri zəbt edib və burda məsələ ayrı bir səciyyə alacaqdır.

Amma Yezid müsəlmançılığa, İslama tamamilə zidd olan, əyyaş bir həyat tərzi yaşayıb, daima sərxoş olub şərab hovuzunda çimib, özünə aid məhrəm qadınlarına sutnyorluq edirdi. Belə bir adamın əmirəl möminin adını daşımasına necə etiraz etməmək olar ? Müaviyyəinin təşkil etdiyi toplantılarının birində bin Əbu Süfyan oğlu Yezidi iclas iştirakçılarına təqdim edən zaman tərifləyərkən İmam Hüseyn (ə) onun çıxşına etiraz edərək Yezidin İslama və müsəlmançılığa tamamilə zidd olan davranışlarını sadalayır və qeyd edir ki, İslam xəlifəsi vəzifəsində, əmirəl möminin adından bin Müaviyyənin çıxış etmək haqqı yoxdur.

Amma Yezid çirkin əməllərindən əl çəkmir azmış kimi hələ bir əmirəl möminin adından İmam Hüseyndən (ə) beyət tələb etdi. İmam isə bəyan etdi ki, beyət edəcəyi halda, belə bir xəlifəyə etiraz etməyəcəyi halda İslamdan, müsəlmançılıqdan, Allah yolundan əsər əlamət qalmayacaq. Nəticədə İslam Peyğəmbərin (s) nitqində və praktikasında deyil, əyyaş və məhrəmlərinə sutnyorluq edən birisinin nitqi və praktikasında yaşaycaq. Ona görə İmam Quranın ayələri əsasında beyət etmədi, “Zillət bizdən uzaqdır” deyib Allah yolunda hər şeyini qurban vermək, şəhid olmağı üstün tutdu.

İmam bilirdi ki, etiraz etməsi şəhidliklə nəticələnəcək amma Allah yolunda şəhidliyi sevə sevə qəbul etdi. Yezid müharibəni də bütün əxlaq normalarını aşaraq apardı. Biz qərbin Allahsız düyüşçülərinin mühribələri haqqında çəkdiyi tarixi filmlərə baxanda belə görürük ki, silahsız adamlar düşmən belə olsa qarşı tərəfi qətlə yetirmir əsir götürüb mühakimə edir, uşaqları və qadınları qılıncdan keçirmir. Amma Yezid nəinki silahsız adamların üzərinə ordu ilə getdi, hətta onlara bütün əxlaq normalarını aşan işgəncələr verdi.

Qızmar səhrada İmamın (ə) adamlarını, körpələrini susuz saxlayıb, diri diri atlrın ayaqları altında əzib öldürdü, 6 aylıq uşağı oxlatdırdı. Qadınların örtüklərini cırıb qızmar səhrada ağır zəncirlərlə qandallayıb əsir aldı. Bütün bunları İmam (ə) İslamın bir din kimi yaşaması və gələcək nəsillərə gəlib çatması üçün qəbul etdi.

Bu gün də İmamın (ə) və Yezidin yolunu davam edənlər var. İmamın yolunu Xamneyi, Sistani kimi şəxsiyyətlər davam etdirir, Yezidin yolunu isə kral Abdulla ibn Abdul Aziz Al Saud və onun kimi bir neçə fitnə fəsad aşiqləri davam etdirir. Al Saudun o kürsüdə oturmaq haqqı yoxdur amma oturub. Bir gün gələcək dünyanın harasında isə zilləti yad bilən, gücü imkanı olan bir qüvvə meydana gəlib Al Saud kimilərini paketləyib torpağın yeddi qat altına tullantı kimi basdıracaq.

Islamtimes - Julian Assange
wikileaks.az@mail.ru


Story Code: 119846

News Link :
https://www.islamtimes.org/az/article/119846/zilləti-yad-bilənlər

Islam Times
  https://www.islamtimes.org