0
Monday 12 December 2011 - 19:21

Kərbəla, ya Azərbaycan?

Story Code : 121626
Kərbəla, ya Azərbaycan?
Kərbəla, ya Azərbaycan?
Islam times.org/az/ -  İnsan bir iş görəndə düşünər ki, mənə nə ad verəcəklər və adətəndə yaxşı ad qazanmaq, yaddaşlarda yaxşı xatırlanmaq üçün xeyirli əməllərə çalışırlar ya da əksinə olaraq xalqa zülüm edənlər isə qiyamətə qədər lənətlənərlər.

Buna Azərbaycanı idarə edənlərin əməllərinə görə aldıqları adı qeyd eləmək olar. Azərbaycan hökuməti ümumulikdə "Yezid və ya Muaviyyə" adını almışlar. Bu ad təsadüfən verilməyib. Ölkədə gedən bir tərəfli siyasət, baş verən hadisələr , xalqa qarşı qanundan kənar hərəkətlər, xalqın yaşayışının ağrılaşması və sair bu kimi hərəkətlər bu adın hökumət üçün söylənməsinə şərait yaradıb. Yəni ki, əməllərinə görə ad alıblar.

Zalım hökumətin çirkin qanunları qarşısında illərdir əzilən və bu haqsızlıqlara səbr edən xalq , artıq son olan hadisələrə səbrsizliklə yanaşmaq məcburiyyətindədir. Ölkədə İslam dininə qarşı olan münasibətlər xalq arasında narahatlıqları artırır.

Başqa dinlərə sərbəstlik verildiyi bir ölkədə İslam dininə qaşı və əsasəndə şiə məzhəbindən olanlara pis münasibətlər göstərilir, səbəbsiz yerə incidilir, həbs olunur, bəziləri ciddi tapşırıqlar alaraq nəzarət altında yaşamalı olurlar. Ən dəhşətlisi odur ki, dindar şiələr arasında dövlət əmakdaşları tərəfindən gizlin olaraq evlərindən ya kuçədən ünvanı bilməyən yerlərə aparılırlar. Bu hallarda ağır işgəncələr alan dindarların bəzilərinin sonu ölümlə nəticələnir.

Milli Məclisin aşura mərasiminə qadağalar qoyulması ilə əlaqədar qərar qəbul etməsinə baxmayaraq Məhərrəm ayında İslamın mərkəzi sayılan Qum şəhərində təhsil alan tələbələrdən İslam dinin təbliği, həmvətənlərinin dini maariflənməsinin bir az da
yaxşılaşması məqsədilə ölkəyə səfər etmələri, ölkəni idarə edənlər tərəfindən xoş qarşılanmadı.

Azərbaycan sərhəddində xususi yoxlamalar aparıldı. Qurani Kərimin ölkəyə daxil olmasına icazə olmadığını bildirən kömrük işçiləri ruhani tələbənin çantalarındaki Quranları alıblar, telefonlardakı dini musiqiləri və Quran ayələrinin olduğu halda ölkəyə gedə bilməyəcəklərini xəbərdarlıq ediblər və telefonlarda yoxlama aparıblar.

Azərbaycanda hökumətin aşura mərasiminin saxlanılmsına və bu mərasimdə ruhanilərin xalq arasında söhbətlər aparmasına qarşı çıxılsada , bütün bunlara baxmayaraq ruhanilər güclərını toplayıb bu mərasimin keçirlməsində məqsədli oldular. Tam qarşısını ala bilməyən hökumət adamları öz hörmətsiz qərarlarına əlavə olaraq, aşura günü minbərlərdə və ya kənar məclislərdə söhbət edənlərə xüsusi tapşırıqlar verdilər. Beləki, söhbət zamanı ,əsasəndə Kərbəla hadisələrində Yezid və Müaviyəyə lənət oxunmasın, İmam Hüseyn (ə) adına mərsiyə deyilməsin, kimsə sinə vurmasın.

Son zamanda "Yezid" adını almış dövlət başçısı və bəzi məmurlar ,Yezid davamçısı olduqları üçün oxunan lənəti qəbul edə bilmirlər. Yezid siyasətini işlədərək müslman ölkəyik deyib, İslam dini ilə ölkədə quru savaş aparırlar və açıqcasına İslam dinini aradan qaldırmağa cəhd edirlər.

Bu gün müsəlmanlar bir Yezidlə deyil, yezidlərlə savaşaraq dinini müdafiə edirlər. Azərbaycan Kərbala tarixini yaşatmaq, təkrar etmək astanasındadır. Azərbaycan müsəlmanlarına İamam Hüseyn(ə) əzadarlığını qadağan edənlər, bu müsəlmanların nəinki İmamın matəmindən əl çəkəcəklərini , əksinə olaraq öz Hüseynlərini axtaracaqlarını bilməlidirlər.

Bilməlidirlər ki, Hüseyn (ə) davamçısı olub ölkədə İslamın keşiyində duracaqlar. Lazım olduqda bir can deyil, min can verəcəklər. Həbslərdə deyil, savaş meydanlarında öləcəklər. Hüseyn(ə) çağırıb, Hüseynləri ayağa qaldıracaqlar. Kərbəla, Azərbaycan deyib şüarlar səsləndirəcəklər.

ISLAMTIMES - ZEYNƏB
Source : islamtimes
Comment