0
Tuesday 3 January 2012 - 00:20

Aşura və Məhdəviyyət

Story Code : 127170
Aşura və Məhdəviyyət
Aşura və Məhdəviyyət
Bismillahir Rəhmanir Rəhim

“Aşura və Məhdəviyyət”

“Əgər Kərbəlada olsaydıq, sizcə İmamın yanında olardıq ya Yezidin?”
Olabilər bəziləri mənimkimi əvvəlcə bu suala “Şübhəsizki İmamın yanında olardım”-deyə cavab versin. Çünki haqq ilə batil arasında olan fərq aydın və aşkar olaraq görünür. Lakin tarixə nəzər salanda görürük ki, imama neçə minlərlə məktub yazanlar oldu, bəs niyə imama sadəcə “72 nəfər” qoşuldu? Və Bəziləri aşuradan bir neçə gün öncə niyə imamı tərk etdilər? məgər onlar imamın haqqlıliğını görmürdülərmi? 0 “72 nəfərin” hansı xüsusiyyətləri səbəb olduki onlar imamın yanında qalabilsin?

Biz bu suallara cavab verməliyik ki, imamımızı qeybət dövründə çağırıb, zühur dövründə Həzrətdən qaçanlardan olmayaq. İmam Hüseyn(ə)ə qoşulmayıb peşman olanlar, sonradan tövbə edib “Təvvabin” hərəkatını yaradıb öz günahlarını bəlkədə yudular lakin bizim belə bir haqqımız və imkanımız olmayacaq.

Hədislərdə İmam Hüseyn (ə) ilə İmam Məhdi (ə), onların səhabələri və hədəfləri bir-birinə çox bənzədilir, Hətta Məsihiyyət dininin alimlərindən biri belə deyir: “Şiəçiliyin əsas 2 görüşü var. qırmızı və yaşıl, yəni “Aşura” və “Zuhur”. Birindən ilham alaraq çevriliş və inqilab edir, digəri ilə onu davam etdirir.”
O iki imamın səhabələrinin, bəzi oxşar sifətləri bunlardır:

1.“Aşiqanə itaət etmək”:

Bəziləri belə guman edirlərki, məsumları sevmək kifayətdi, vacibata əməl etmiyib haramdan qaçmasanda olar. “əsas qəlbin təmiz olsun.” Lakin Allah bu sözlərin cavabını, öncədən öz kitabında verərək onların bəhanələrini puç edib. Ali İmran 31: “De: Əgər Allahı sevirsinizsə, onda mənə(peygəmbərə) tabe olun, Allahda sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır.”

Bəzən insan itaət edir amma ona əleyhinə və ya ziyanına olan məsələlərdə, daxilən narahat olur. Qur`an bu barədə belə buyurur: “Sənin Rəbbinə and olsunki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heçbir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.”(Nisa` 65)

2. “Cihadi əkbər və Əsğərdə müvəffəqiyyət”:

Hər iki İmamın səhabələri, Qur’anın Ənkəbut surəsinin 69-cu ayəsində vurğulanan mətləbə şamildirlər:
“Bizim yolumuzda (öz nəfsi ilə və bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdaki məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir.”
Onlar həyatlarında sadəcə yaxşı iş görüb, Allahın buyurduğu hər iki cihadla məşqul olarlar.

3. “Hərşeydən qırılıb Allaha tutunmaq”:

Onlar nəfsin, şeytanın, dünyanın hiylələrinə aldanmayıb düz yoldan azmadılar. Qur’anın buyurduğu kimi:
“kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə doğurdanda heçvaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.”(bəqərə 256)
Onlar sözün əsl mənasında özlərini Allaha təslim etmişdirlər.
“Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz möhkəm bir dəstəkdən yapışmış olur.”
Əgər bu 3 sifət kimdəs varsa, xoş o kəsin halına. Yox əgər biz “imamı gözləyirəm” deyib bu sifətlərə malik olmasaq, şübhəsiz bizdə İmam Hüseyni Kərbəlada tək qoyanlarkimi zəmanəmizin İmamını düşmənlər müqabilində tək qoyacağıq.

Zühur yaxında görüləsi iş isə çox..

İSLAMTİMES - ƏLİ RAMAZANZADƏ
Source : islamtimes
Comment