0
Friday 6 January 2012 - 19:56

Seçkidənkənar vəziyyət

Story Code : 128110
Seçkidənkənar vəziyyət
Seçkidənkənar vəziyyət
Islam times.org/az/ - Ötən yazımda rus irqçiləri barədəki arayışdan sonra “ПарНаС” partiyasının funksionerlərinin (Nemsov, Milov, Rıjkov, Kasyanov. Onlar özlərini və bir çox ekspert və KİV onları Kremlin nəzarətində olmayan, müstəqil və əsl müxalifət adlandırır) sosial bazanı genişlədirmək üçün yeni siyasi taktikya üstünlük verməsi bardə yazdım.

“Parnas”çılar seçkiqabağı ərəfədə, Putinə qarşı əllərində çox saylı kompromatlarla Moskvanın Kalujskiy, Puşkinskiy, Triumfalnıy meydanlarında keçirdikləri kütləvi etiraz tədbirlərində 500 nəfərdən çox adam yığa bilmədikləri halda, irqçi Belov və Demuşkinin təşkil etdiyi mitinqdə 5-6 min nəfər narazının iştirak etdiyini görüb çıxışlarında başladılar qafqazlılara və orta asiyalılara döşəməyə.

Təxminən 7-8 gün KİV-də Nemsov, Milov, Rıjkov, Kasyanov irqçilərin fikirlərini səsləndirdikdən sonra reytinqləri xeyli dərəcədə artmağa başladı. Bu arada ixtisasca hüquqşünas olan, ictimai xadim, antikorrupsiya fəaliyyəti ilə populyar portalın (http://rospil.info) sahibi və ideoloqu Aleksey Navalnıy da gördü ki, sosial baza qazanmaq üçün irqçi çıxışlar onun çox zəhmət tələb edən antikorrupsiya fəaliyətindən daha effektivdir. Navalnıy haqqında kiçik bir arayış. 35 yaşlı bu gənc bir çox təşkilatlarla əməkdaşlıq etsə də, mediada Onu daha çox yəhudi üçlüyünün (Yevqeniya Albats, Leonid Radzixovski və Viktor Şenderoviç) layihəsi kimi adlandırırlar.
Mediumların iddiası yersiz deyil də, çünki bu üçlüyün hər birinin ayrı ayrılıqda belə intellekti, istedadı və imkanı Navalını kimisini ərsəyə gətirməyə yetərlidir. Sosial jurnalistikanın aparıcı simalarından biri, savadlı Aleksey Navalnı həm də çox yaxşı hazırlanmış natiqdir. Navalnı da cəmiyyətin nəbzini tutan kimi çıxışlarında daha çox millətçi fikirlərə yer verdi. Araşdırmasının nəticəsində mediya dövriyyəsinə belə bir fikir atdı ki, Qafqaz respublikalarına, xüsusilə Çeçenistana federal büdcədən külli miqdarda vəsait ayrılır nəticədə isə bu pullar korrupsiyanın güdazına gedir.

Bu fikir dərhal çox geniş miqyasda yayıldı. Rusiya mətbuatında ictimai xadim və jurnalist Maksim Şevçenkodan başqa heç kim demədi ki, bəs bu Çeçenistan uzun illərin müharibəsi nəticəsində viran qalıb axı, respublikanın şəhər və kəndləri xarabalqlardan ibrət olub, ona görə federal büdcədən ora ayrılan milyardlarla vəsaitin böyüklüyü heç kimi təəcübləndirməməlidir. Amma Navalnı burda ayıqlğını göstərdi və Şevçenkonun bu fikirinə cavab olaraq bildirdi ki, Çeçenistana gedən milyardlarla vəsaitə baxmayaraq respublikanın əhalisi əvvəlki kimi işsiz qalır, kəskin məşğulluq problemi səbəbindən Rusiyanın digər şəhərlərinə, ənənəvi rus vilayyətlərinə işləmək və yaşamaq üçün üz tuturlar,
amzan Kadırov kimi respublikanın rəhbərləri isə büdcə vəsaitlərini mənimsəyib üstündə rəqs edir, qızıl tapança düzəltdirir, özlərinə və ətraflarına əyləncə üçün xərcləməklə məşğuldurlar.

Bax burda Navalnının haqlı olmasını göstərən mənbə və dəlil az deyil misalən ikisi bunlar ola bilər : (http://nnm.ru/blogs/ashkaa777/stepashin_sobstvennost_kadyrova_vsya_chechnya_a_ne_tolko_vaz-2153_foto/, http://www.youtube.com/watch?v=9tVbI7r64uE). Sonra Navalnı bu kontekstdəki çıxışın davam etdirərək “хватит кормить кавказ” (qafqazı yedirtmək bəsdir) şüarını ortaya atdı və bu şüar da cəmiyyətdə dərhal geniş yayıldı ağızdan ağıza gəzdi.

Nemsov, Milov, Rıjkov və Kasyanov da ictimaiyyət qarşısındakı çıxışlarında “долой партию жуликов и воров” (kələkbaz və oğruların partiyası istefaya (burda “единая россия” partiyası nəzərdə tutulur)) şüarını “хватит кормить кавказ” şüarı ilə əvəzlədilər. “Parnas”-çılar iddia edir ki, Putin Rusiyanın bütün resurslarını özü və yaxın ətrafı üçün istismar edir, varlanır, dövlətə, xalqa məxsus sərvəti oğurlayır.

Sərvətini Putinlə bölüşməyən oliqarxlar ya Berezovski (yəhudi əsilli) kimi didərgin düşür, ya da Xodorkovski (yəhudi əsilli) kimi həsdə qalır. Sərvətini Putinlə bölüşən Roman Abramoviç (yəhudi əsilli), Araz Ağalarov (azərbacan əsilli və İlahm Əliyevin qudası) kimi oliqarxlar isə bizneslərini genişləndirir.

Maraqlı məqam burasındadır ki, Araz Ağalarovu hələ çoxdan Aleksandr Belov rus xalqının qanını sovuran oliqarx adladırmışdı. Ancaq məncə burda məsələ bir qədər şəxsi xarakter daşıyır. Aleksandr Belov inşşat sektorunda fəaliyyət göstərən şirkətə sahiblik edir. Onun Moskva şəhərində almaq istədiyi torpaq sahlərinə və qalib gəlmək istədiyi inşaat tenderlərinə Ağalarovun sahib çıxması Belovu bərk qəzəbləndirib. Amma ədalət naminə demək lazımdır ki, layihə müəllifi kimi, malik oldğu maddi və texniki resurslarına görə biznes adamı Ağalarovla Belovun özünü müqayisə etməsi çaqqalın özünü fillə müqayisə etməsi kimi bir şeydir. Ağalarov prezident Əliyevin qudası olmamışdan əvvəl də çox güclü və qüdrətli dəstəyi vardı və Forbes jurnalının siyahısında adı hallanırdı.

Nemsovun Putinə qarşı iradlarından biri də o idi ki, federal büdcədən Qafqaza ayırdığı milyardlar qarşılığında ordan təkcə işsiz gənclərin Rusiyanın digər regionlarına axını deyil, həm də vəhabi terrorçularının terror aktları gəlir.

Parnas partiyasının qeydiyyatdan keçməməsi Nemsov və silhadaşlarının seçkilərə qatılmasını mümkünsüz etdi. Müxalifət adı ilə seçkilərə qatılan KPRF, LDPR, SR partiyalarını isə nəzarət olunan və qeyri müstəqil müxalifət adlandırır.

Hakimiyyət isə haqlı olaraq Parns-çıları ABŞ-dan maliyyə və təlimat almış siyasətçi adlandırırdı. Putin hakimiyyəti də burda haqlıdır. Parnas-çılar məhşur şahmatçı Kasparov və digərləri vasitəsilə ABŞ-dan külli miqdarda pul vəsaiti alır. Dekabrın 4-ü Rusiyada Parlament seçkiləri keçirilir və hakimiyyət irqçiləri seçkidənkənar vəziyyətdə qoyur.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : islamtimes
Comment