0
Friday 6 January 2012 - 23:26

Ali-Səud sülaləsi üçün rüsvayçılıq

Story Code : 128164
Ali-Səud sülaləsi üçün rüsvayçılıq
Ali-Səud sülaləsi üçün rüsvayçılıq
Bu rüsvayçılıqlar Əmir Abdullah və Ali-Səud rejiminin ayağından silinəsi deyil. Ərəbistanın 2011-ci ildə Yaxın Şərqdə baş verən hadisələrə münasibəti onun diktator xislətini bir daha təsdiqlədi. Ali-Səudun ərəb diktatorlarını qeyd-şərtsiz himayə etməsi onun mahiyyətini bütün dünyaya faş etdi. Tunisdə Bin Əli rejimi devrildikdən sonra inqilab dalğası Misir, Liviya, Bəhreyn, Yəməni bürüyəndə Ali-Səud rejimi bir an olsun belə diktatorları himayəsiz qoymadı. Belə ki, Səudiyyə Ərəbistanını çevrilmiş diktatorların sığınacağı adlandırmaq olar. Ali-Səud rejimi özünü məntəqə diktatorlarının dayəsi kimi aparır. Bunun əsas səbəblərindən biri ölkə
başçılarının siyasi hesabatlarda yanılmasıdır.

Əmir Abdullahın Mübarək, Bin Əli ilə yaxın rabitələri kimsəyə gizli deyil. Kiçik siyasi araşdırma ilə dərk etmək olar ki, Tunis və Misirin iki diktatorunu himayə etmək, onların mühakiməsinə qarşı çıxmaq Ərəbistan krallığına heç bir hörmət gətirmir.

Tunisdə 24 illik diktator Bin Əli devrilən zaman avropalı həmkarları onu qəbul etmədilər. Amma Ali-Səud Bin Əliyə qucaq açdı. Avropa ölkələri yaxşı bilirdilər ki, bu inqilab dalğasının aşırdığı heykəllərin himayəsi gələcəkdə neft problemi deməkdir. Ali-Səud rejimi isə bütün bunları nəzərə almadı.

Səudiyyə krallığının ən axmaq hərəkətlərindən
biri Bəhreyn başçısının himayəsi və bu ölkədə aksiyaların vəhşiliklə dağıdılması oldu. Riyaz dəfələrlə elan edib ki, Bəhreynin daxili işləri onun nəzarətindədir. Ərəbistanın Bəhreyndə mövcudluğu onun bu ölkədə Tunis və Misir ssenarilərindən qorxduğunu göstərir. Ali-Səud rejimi yaxşı bilir ki, Bəhreyn şiələri ilə Ərəbistan şiələri arasında dərin bağlılıq var və Bəhreyn şiələrinin müvəffəqiyyəti Ərəbistan şiələrinin qiyamına səbəb ola bilər.

Digər bir tərəfdən Misir inqilabçıları Ali-Səudun həyasız müdaxilələrini yaddan çıxarmayıb. Ali-Səud rejimi Misir xalqının ən vəhşi yolla susdurulmasının tərəfdarı kimi çıxış edib. Misirlilər
bu ölkədə axan qanlara görə Riyazı ittiham edir.

Məlik Abdullah ağır xəstəlik keçirməsinə baxmayaraq regiondakı hadisələri diqqətlə izləyir. O mütəmadi olaraq ABŞ prezidenti Barak Obama ilə ünsiyyət saxlayır və ABŞ-ın ərəb diktatorlarını lazımınca himayə etməməsindən nigarançılığını bildirir.

Ali-Səud gözəl bilirdi ki, Mübarəkdən sonra Misirdə hadisələr gərginləşəcək. Misir diktatorunun devrilməsi bütün ərəb ölkələri üçün inqilab qığılcımı ola bilər. Tunisdəki inqilab dalğası bir neçə həftəyə Misirə çatdı. Qısa bir müddətdə üç onil diktatorluq etmiş Mübarək süquta uğradı.

Ali-Səud Mübarək
və Bin Əliyə söz verdi ki, onların təhlükəsizliyi təmin olunacaq və ailələri rifah içində yaşayacaq. Mübarək Ərəbistana dəvət olundu. Amma hakimiyyəti Bin Əlidən artıq sevən Mübarək Misiri tərk etmədi. Hazırda o 30 illik cinayətlərinə görə cavab verməlidir.

Əlbəttə ki, Mübarək Ali-Səudla yanaşı sionist rejimə bel bağlayırdı.

Ali-Səud rejiminin diktator sevgisi hazırda Yəməndə özünü göstərir. Yəmənin 30 illik diktatoru Əli Abdullah Saleh 1001 hiylə ilə hakimiyyətdə qalmağa çalışır. Ərəbistan da bu istiqamətdə himayələrini davam etdirməkdədir.

Müəllif: Nisa Əmiri Nəsrəbadi 

IslamTimes - Tərcümə şöbəsi
Comment