0
Monday 9 January 2012 - 07:19

Xaricdə təhsil

Story Code : 128797
Xaricdə təhsil
Xaricdə təhsil
Islam times.org/az/ - Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalayıb. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub.

(http://xaricdetehsil.edu.gov.az/default.html) Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu təhsil proqramı çərçivəsində artıq 5 ildir ki, azərbaycan gənclərinin əsasən Avropa və ABŞ elm ocaqlarında təhsil alması reallaşdırılır.

Hökumət nümayəndələri mediada proqramın uğurla həyata keçirilməsindən danışdığı zaman, proqramın monitorinqin həyata keçirən ekspertlər isə eyni müsbət tonu bölüşmür və müşahidələri zamanı qeydə aldıqları neqativ halların da az olmadığını bildirir.

Proqram qəbul edilən 2007-ci ilin aprel tarixinə qədər də min nəfər Azərbaycanlı tələbələrin pərakəndə şəkildə xaricə göndərilməsi baş verib və rəsmi statistikaya əsasən tələbələr Türkiyə və Rusiya təhsil müəssisələrində oxumaq üçün yollanıb.

Proqram qəbul edildikdən sonra müəyyən qanunvericilik bazası hazırlanıb. Nazirlər Kabineti ölkələrin, universitetlərin, ixtisasların siyahısını tərtib edib, proqramda iştirak qaydalarını müəyyənləşdirib. Qaydalara görə 29 yaşa qədər olan vətəndaşlar bakalavr təhsili üçün, 35 yaşa qədər olan vətəndaşlar isə maqistr, elmlər doktoru təhsili üçün müraciət edə bilərlər.

Ekspertlərin keçirdiyi monitorinq zamanı bəzi məqamlar üzə çıxıb. 4 universitet paytaxda, 2 universitet Respublikanın regionlarında olmaq şərti ilə aparılan sorğuda məlum olub ki, nəinki tələbələrin heç müəllimlərin belə bu proqramdan xəbəri yoxdur, cəmiyyət məlumatsızdır.

Monitorinqin gedişi zamanı Təhsil Nazirliyinin proqram haqqında cəmiyyətin məlumatlı olmamasında maraqlı olduğu üzə çıxıb. Buna nə ad vermək olar ?

Prezident vətəndaşların prestij universitetlərdə təhsil alması üçün imkanlar meydana gətirən sərəncam imzalayır, təhsil nazirliyinin isə proqram haqqında məlumatın tələbələr arasında geniş yayılmamasında maraqlı olduğu aşkar edilir.

Xaricdə təhsil almaq arzusunda olan tələbələrin seçim prosesinin şəffaflığı da sual altındadır. Xaricdə bakalavr pilləsində təhsil almaq üçün mütləq TQDK keçirdiyi qəbul imtahanlarında iştirak edib, texniki fənlərdən 550-dən, digər fənlərdən isə 600-dən yüksək bal toplamaq lazımdır. Maqistr və daha yuxarı təhsil pillələrində təhsil almaq üçün isə arzu edən tələbə özü sərbəst şəkildə xarici universitetə qəbul oluna bilər.

Əgər onun qəbul olunduğu ixtisas və universitet Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda (siyahıda 30 ölkənin 500-ə qədər universiteti qeyd edilib) varsa, müsabiqəyə qəbul olunur. Müsabiqənin birinci seçim prosesi psixoloqların da iştirakı ilə açıq keçirilir və hamının yanında seçim komissiyası birinci turda kim keçdiyini bəyan edirlər.

Sonra gəlir ikinci seçim turu. Bu mərhələdə şəffaflıqdan danışmağa belə dəyməz. Birinci turu keçən namizədlər ikinci turda iştirak üçün Prezident yanında Təhsil üzrə Komissiyasına göndərilir. Komissiya isə iştirakçıların siyahısına baxır və ikinci turun qalibi qismində kimlərisə təsdiq edir, kimlərisə etmir.

Komissiyanın seçimi aparması üçün hər hansı bir məlum müəyyən meyarları yoxdur. Birinci turda iştirakçı hansı suallara cavab verdiyi və ya vermədiyin üçün seçimin məntiqi nəticəsini anlaya bilir. İkinci turda isə iştirakı hansı intellektual göstəricilərinə seçimin qalibi və ya məğlubu olmasını anlamır.

Ekspertlərin fikrincə bu Komissiyanın birinci tərkibi zamanı şəffaflıqdan danışmaq olardı. Birinci tərkibdə akademik Hamlet İsaxanlı, professor Cəmil Həsənli, BDU-nun müəllimi Elmira Kazımzadə və b. yer alıb. Maraqlıdır ki, Elmira Kazımzadə “Müasir təhsilə və tədrisə yardım” mərkəzinin proqram rəhbəri qismində, vətəndaş cəmiyyəti institutunun nümayəndəsi kimi Komissiyada iştirak edib. Yəni birinci tərkibdə Komissiyanın şəffaf olması üçün and içməyə bir əl yerisi var idi.

2011-ci ilin fevralın 7-də Komissiyanın tərkibi dəyişdirilməsi barədə Prezident 1306 saylı sərəncamı imzalayıb. Bu dəfə Komissiyanın tərkibi Baş nazirinin müavini Elçin Əfəndiyev, Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, gənclər və idman naziri Azad Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə kimi nazirlər və dövlət məmurlarından ibarət olub.

Komissiyanın sədri də əvvəlki kimi yenə də Ramiz Mehdiyev qalıb. Yəni indi Komissiyanın tərkibində universitetlərin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri yer almayıb. Ekspertlərin fikrincə Dövlət Proqramında 3 dəfə şəffaflıq və hesabatlılıqla bağlı tələblər qeyd edilib.

Tələblərə görə Komissiya ildə bir dəfə müvafiq dövlət qurumları və ictimaiyyət qarşısında hesabat verməlidir, nailiyyət qazanan namizələr barədə rəqəmlər açıqlanmalıdır. Buna baxmyaraq ekspertlər faktlarla bağlı, iştirakçıların sayı və nailiyyət qazananların sayı ilə bağlı sorğularla təhsil nazirliyinə müraciət edərkən, qarşı tərəf onlara rəsmi cavablarında bildirirdi ki, qanunvericilikdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq nəzərdə tutulmayıb. Komissiyanın tərkibinə daxil olan digər qurumlar da təhsil nazirliyi kimi şəffaflığa əməl etməyib.

Islam times - Julian Assange
wikileaks.az@mail.ru

Source : islamtimes
Comment