0
Tuesday 10 January 2012 - 00:54

Qondarma soyqrım

Story Code : 129025
Qondarma soyqrım
Qondarma soyqrım
Islam times.org/az/ - Dekabrın sonuncu dekadasında, yeni il ərəfəsində Fransa Milli Assambleyası Türkiyəyə və ümumiyyətlə türk dünyasına xoşagəlməz sürpriz təqdim etdi.

Erməni soyqrımını 2001-ci ildə qəbul edən Fransada bu dəfə Milli Assambleyada “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutan qanunu qəbul etdi. Görünür erməni diasporu gücünü toplayıb on ildən bir özü də seçki ərəfəsində nəsə bir addım atamağa qərar verir.

Türkiyə ilə “bir millət iki dövlət” və “qardaşdan irəli” prinsipi ilə yaşayan Azərbaycanda Assambleyanın bu qərarına müxtəlif dairələrdən reaksiyalr gəldi. Qardaşlıq öz yerində amma Əliyev hakimiyyəti Assambleyanın bu qərarından bir qədər çətin duruma düşdü. Bu barədə sonra...

Mətbuat bir neçə gün bu mövzunu manşetlərə çıxartdı. Əvvəla Assambleyanın qəbul etdiyi qanun layihəsi parlamentin yuxarı paltası olan Senatda da qəbul edilməlidir ki, prezident Sarkozinin təsdiq üçün imzalanmasına göndərilsin.

KİV verdiyi xəbərə görə “Le Figaro” qəzetinə verdiyi müsahibəsində Xalq Hərəkatı Uğrunda İttifaqından senator Roje Karuçi deyib: “Məndə olan proqrama əsasən deyə bilərəm ki, adı çəkilən qanun layihəsi fevralın əvvəllərinə kimi Senatın gündəliyinə daxil edilməyib. Əgər qanun layihəsi yanvarın sonuna kimi Senatın gündəliyinə daxil edilməsə, qəbul olunmamış sayılacaq. Çünki parlament prezident seçkiləri ilə əlaqədar öz fəaliyyətini fevralın sonu, martın əvvəllərində dayandıracaq”. Yəni yaxşı gələcək üçün hələ ümid var, amma layihə Senata daxil ola da bilər çünki bunu üçün müəyyən qədər zaman var.

Soyqrım məsələsi haqqında qanuna gəlincə onu deyim ki, ermənilərin əzabkeş, soyqrıma məruz qalan millət imici qazanması çoxdankı xülyasdır. Məsələn bir neçə il bundan əvvəl Praqada Vaslav Havelnən görüşən Sarkisyan çex ictimai xadimindən xahiş etmişdi ki, ermənilərin Osmanlı imperiyası tərəfindən soyqrıma məruz qalması barədə Çexiya hakimiyyətinin qərar qəbul etməsinə yardım etsin.

Havel də Sarkisyana gülərək deyib ki, yəhudilər belə bir şeyə yol verməzlər və əgər versələr də bu onlar tərəfindən yol verilmiş kobud səhv ola bilər. Avropa həqiqətən bir soyqrımı birmənalı şəkildə tanıyır və bununla bağlı müvafiq qanun və qərarlar müxtəlif ölkələr tərəfindən qəbul edilib. Bu da yəhudilərin 3-cü reyx tərəfindən qenosidə məruz qalmasıdır.

Holokostun inkar olunmasına görə cəza qanunda təsbit olunub və müxtəlif ölkələrdə müxtəlif cürdür. Avstriyada holokostu inkar edən adam 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Vəyaxud holokostu həqiqiliyini şübhə altına alan tarixçi alimləri revizionist adlandıraraq təqibə məruz qoyurlar. Məsələn, İsveçirəli filoloq publisist Yürqen Qraf (http://juergen-graf.vho.org/) holokostu inkar edən əsərlərinə görə böyük məbləğdə cərimələr ödəyib, bir ildən çox həbsdə yatıb və hal hazırda Moskva şəhərində mühacirətdə yaşamaq məcburiyyətindədir.

İndi özün erməni başbilənləri adlandıran adamlar da iddia edir ki, madam yəhudilərin soyqrımı dünya tərəfindən tanınıb və bunu inkar edənlər cəza ilə üzləşir, eyni qanun və qərarlar erməni soyqrımı haqqında da olmalıdr. Amma bu kökündən yanlış mövqedir. Niyə ?

Ona görə holokost və ermənilərin qondarma soyqrımı tam fərqli şeylərdir. Əvvəlla Avropada 3-cü reyxə qədər də, hələ çox çox qədimlərdə də antisemitizm mövcud olub. İkincisi Nasional Sosialist (Nationalsozialismus) hakimiyyətə gəlməzdən əvvəl öz siysi ideologiyasını rəsmən bəyan edərkən faşizm, rasizm və antisemitizmi 3-cü reyxin əsas məramnaməsi kimi qəbul etdiklərini bildirirdi. Yenə də, hələ hakimiyətə gəlməzdən əvvəl nasional sosialistlər proqramlarında bəyan edirdilər ki, yəhudilər düşməndir, onların məhv edilməsi almanların xoşbəxtliyinə xidmə edir.

1935-ci ildə 3-cü reyxin Nürenberqdə qəbul etdiyi qanunlara görə yəhudi əsilli vətəndaş 2-ci sortdur, yəhudi əsilli vətəndaş ictimai nəqliyyatdan istifadə edə bilməz, alman frauları ilə nigah və intim əlaqədə ola bilməz, dövlətin (3-cü reyxin) bayrağına toxuna, gəzdirə və ya evindən asa bilməz, ariyalılara tərbiyə vermək, tədris etmək və müalicə etmək hüququndan mərhum olurlar.

Evində ariyalı frauları qulluqçu kimi işlədə bilməz. Və s. Bundan başqa yəhudilərin kütləvi məhv edilməsi qərarı da dərhal baş verməyib bu qərar 1942-ci ildə verilib. Erməni xalqı isə heç bir zaman, heç bir dövlətdə milli mənsubiyyətinə görə belə bir diskriminasiyaya məruz qalmayıb.

İndi gələk Əliyev hakimiyyətinin Fransa parlamentindəki olaylara “reaksiya”sına. Əvvəla onu deyim ki, dünyanın müxtəlif parlamentlərində belə məsələlər ortaya çıxanda “bir millət iki dövlət” deyib, hakimiyyət nümayəndələri sinəni verir qabağa, bu dəfə məsələ başqa cür oldu.

Dekabrın 22-də Vaşinqtonda səfərdə olan xarici işlər nazirinin müavini Araz Əzimov bəyan etdi ki, Azərbaycan Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən razıdır. Hansı ki, bu qanundan sonra Fransanın həmsədrliyi artıq sual altına düşməlid idi.

Dekabrın 23-də, Assambleyanın qanunu qəbul etdiyindən bir gün sonra Milli Məclisdə bəzi deputatlar məsələyə münasibət bildirdi. Hakim partiyanın funksioneri Siyavuş Novruzov çıxışında məsələyə münasibət bildirərkən deyir ki, Azərbaycan müxalifətinin nümayəndələri və ailə üzvləri belə bir qanunu qəbul edən Fransada sığınacaq tapır.

Eyni tonda da digər YAP-çı deputatlar çıxış etdi. Amma nəyə görəsən bu deputatlar demədi ki, bəzi hakimiyyət nümayəndələri ilə yanaşı prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da Fransanın Fəxri Legion ordeni ilə təltif edilib. (http://www.video.az/ru/video/14242/mehriban-eliyevanin-fexri-legion-ordeni-ile-teltif-olunmasi). İndi bir çoxları o qənaətdədir ki, Əliyev hakimiyyəti gözləməklə doğru mövqe tutur, çünki layihə Senata gedib çıxmayacaq.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru


Source : islamtimes
Comment