QR CodeQR Code

“Həzrət Zeynəb (s.ə) səbrin özünü belə, xəcalətli etdi”

deyerler , 13 Jan 2012 16:04

Islamtimes - Allah Quranda Peyğəmbərdən (s) sonra səbir edənlərə xüsusi salam göndərir. Onlar Allahın xüsusi bəndələridir.


Islam alimi Rəfii “Əsirlikdə olan günəş” simpoziumunda demişdir: “Həzrət Zeynəb (s.ə) böyük bir dərəcəyə malik idi. Çünki, o Həzrətin çatdığı məqama tarix boyunca çox az xanım çatmışdır. Onun səbirli olduğuna işarə etmək istəyirəm.

Quranda səbrin dörd növü bəyan edilmişdir. Onun biri başqalarının bizim əleyhimizə dediklərinə səbir etməkdir. İlahi övliyaların bu zaman etdikləri rəftar hamı üçün nümunə olmalıdır. Səbrin başqa bir növü isə müsibətlərə səbir etməkdir. Allah Quranda Peyğəmbərdən (s) sonra səbir edənlərə xüsusi salam göndərir. Onlar Allahın xüsusi bəndələridir.

Həzrət Zeynəb (s.ə) də səbrin özünü xəcalətli etdi. O Həzrəti (s.ə) ancaq qadınlar üçün nümunə hesab etmək lazım deyildir, çünki o, bütün dünya insanları üçün nümunədir. Çünki o, həyatın ən çətin şəraitlərində Allahı yada salmaqdan qafil olmamışdır. O, özünü Allahın məzhərində bilib, ona şükür edirdi.

Səbrin başqa bir növü ünsiyyət zamanı edilən səbirdir. İnsanların bir çoxu ünsiyyət zamanı səbirli ola bilmirlər və çox təəssüf ki, çox sayda tələlərə düşürlər. Şəhid Sani övladı öləndən sonra çox narahat idi, ancaq bir qədər fikirləşəndən sonra yadına saldı ki, onun müsibətindən də ağır müsibət olmuşdur. Bundan sonra “Məskənil-fəvad” adlı kitabı yazdı. Bu kitabda ən çox müsibət görən insanlara işarə etdi və sonra rahatlıq tapdı. Başa düşdü ki, çox sayda müsibətlər vardır ki, insan ona düçar olan zaman onun qədrini bilir. Həzrət Zeynəb (s.ə) həya və hicabın kamil nümunəsi idi. Bu böyük xanım bu qədər ağır müsibətdən sonra Yezidin məclisində oldu və ilk işlətdiyi cümlədə mömin qadınların hicabına ədalətsizlik edilməsini və Əhli-beyt (ə) qadınlarının naməhrəm qarşısında qalmasını vurğuladı.

Şücaət Həzrət Zeynəbin (s.ə) başqa bir xüsusiyyəti idi. Onun şücaəti sayəsində Yezid etdiklərinə görə peşman olur və karvanın ehtiramla Mədinəyə göndərilməsini əmr edir. Həzrət Zeynəbin (s.ə) başqa xüsusiyyətlərindən biri də ibadətidir.

İnsanın təslim olması cənnətdə yerini ucaldar”.

“Həvzəh” saytına istinadən


Story Code: 129973

News Link :
https://www.islamtimes.org/az/article/129973/həzrət-zeynəb-s-ə-səbrin-özünü-belə-xəcalətli-etdi

Islam Times
  https://www.islamtimes.org