0
Sunday 22 January 2012 - 21:11

Səudiyyə kralının İran haqqında məhrəmanə etirafları

Story Code : 132290
Saudi Arabia
Saudi Arabia
Səudiyyə kralı İraqda gedən proseslərə şəxsən nəzarət edir. Son məlumata əsasən, Ali Milli Təhlükəsizlik Şurasının katibi və xarici işlər nazirindən tələb edib ki, bütün imkanlar İrana qarşı səfərbər olunsun.

Fars İnformasiya Agentliyinin İraqın “Əl-Bəyyinə” qəzetinin son sayına istinadən verdiyi məlumata əsasən, Səudiyyə kralı Məlik Abdullah İraqda gedən proseslərə bilavasitə rəhbərlik edir. Son məlumata əsasən, Təhlükəsizlik Şurasının katibi Əmir Bəndər ibn Sultan və xarici işlər
naziri Səud əl-Feysəldən tələb edib ki, İran İslam Respublikasına qarşı bütün imkanlardan istifadə edilsin. Bu göstərişdə Livan və İraq da prioritet mövzu kimi qeyd olunub.

Səudiyyənin daxilindən mötəbər mənbələrin verdiyi məlumata görə kral Məlik Abdullah ölkə rəsmiləri ilə gizli görüşdə deyib: “Səudiyyə Ərəbistanı İran-İraq müharibəsində Səddama 20 milyard dollar kömək etdi. Əgər Riyazın maliyyə yardımları olmasaydı 1982-ci və ya 1991-ci ildə şiələr hakimiyyətə
gələrdi.”

Riyaz Fars körfəzi müharibəsində və Küveytin işğalının sona çatdırılmasında 40 milyard dollar xərcləyib. Kral Abdullah məhrəmanə məclisdə deyib: “Mən 250 milyard dollar xərcləməyə hazıram ki, İraqda şiələrin hakimiyyətdə qalması təhlükəsi aradan qalxsın.”

Bu məlumata əsasən, Məlik Abdullah İran və İraqla bağlı aşağıdakı proqramları həyata keçirməkdə israrlıdır:

- Bəzi siyasi qrupları silahlandırıb mövcud hakimiyyətlərə təzyiq göstərmək
- İraqda müxalifəti,
o cümlədən ABŞ-la yaxşı rabitədə olan Əl-İraqiyyəni dəstəkləmək
- İran İslam Cümhuriyyətinə zidd qüvvələrə, münafiqlərə maliyyə yardımları
- Tayfa və məzhəb təəssübü çəkən qruplara maliyyə yardımı
- Şiə məzhəbinə qarşı təbliğat, məzhəblər arasında qarşıdurma yaratmaq

Regionun politoloqları belə düşünür ki, Səudiyyə Ərəbistanı bu günədək məğlubiyyətə uğramışdır. Hazırda Səudiyyə kralı İslami oyanış dalğasının bu ölkəni bürüyəcəyindən
qorxur.

Doğrudan da Tunis xalqının qəzəb alovu Bin Əlinin diktatura rejimini oda çəkəndə, bu alov Misir, Liviya, Bəhreyn, Yəməni bürüyəndə Ali-Səud rejimi bir an olsun sakit dayanmayıb. Bu rejim 2011-ci ildə diktatorların sığınacağı adını qazanıb.

Səudiyyə Ərəbistanı Bəhreynə qoşun yeritməklə bu ölkədəki xalq inqilabını yatıra bilmədi. Müsəlman xalq hələ də ayaq üstədir.

Yəməndə diktatura rejiminin qorunması üçün ərəb padşahları nə qədər çalışsalar da xalq tutduğu
yolda israrlıdır.

Səudiyyə Ərəbistanının uğursuzluqları bununla başa çatmır. Bu ölkənin böyük imkanları Livanın sabiq baş naziri Həririni qoruya bilmədi və Həriri hökuməti hərtərəfli himayədarlıqlara baxmayaraq süquta uğradı.

Riyazın sülh danışıqlarında Mahmud Abbasa verdiyi dəstək də fayda vermədi. İsrail və ABŞ-la müzakirələr nəticəsiz qaldı. Fələstin xalqı HƏMAS-a dəstək verir və sosioloji sorğularda HƏMAS liderləri böyük reytinqə malikdir.
Comment