QR CodeQR Code

Avropanın qərarı məntiqsizdir və məhkum olunmalıdır

24 Jan 2012 19:43

IslamTimes - İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Avropa Birliyinin Tehrana qarşı son qərarını qeyri-məntiqi və qərəzli qərar adlandırıb.


İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Avropa Birliyinin Tehrana qarşı son qərarını qeyri-məntiqi və qərəzli qərar adlandırıb. Nazirlik bu bəyanatla 23 yanvar günü çıxış edib:

“Tehran Avropa Birliyinin bu qərarını məhkum etməklə bir daha dünya ölkələri ilə beynəlxalq normalar çərçivəsində əlaqələrə tərəfdar olduğunu vurğulayıb. Tehran bu fikirdədir ki, AB-nin qərarı Avropa xalqları və başqaları üçün acı nəticələr verəcək.”

Bəyanatda bildirilir ki, İran İslam Respublikası dəfələrlə öz nüvə proqramının sülhməramlı olduğunu bildirib, MAQATE ilə həmkarlığı davam etdirməkdə maraqlı olub. Tehran nüvə proqramının şəffaf olduğunu bildirir və bu istiqamətdə fəaliyyətlərini dayandırmır.

Xarici İşlər Nazirliyi vurğulayıb:

“Belə görünür ki, Avropa Birliyi ABŞ məntiqsiz siyasətlərini izləyərək öz iqtisadi və sosial problemlərini ört-bastır etməyə çalışır, ictimai fikiri cəmiyyətdəki problemlərdən yayındırmağa cəhd göstərir. Avropadakı irqi ayrı-seçkilik maliyyə böhranı daha öndə yer alır.”

Bəyanatın davamında deyilir: “İran xalqı dəfələrlə sübut edib ki, heç bir ədalətsiz qərar və təzyiqlər onu qanuni hüquqlarından əl çəkməyə vadar edə bilməz. İran xalqı ədalətsevərdir, sülhməramlıdır, beynəlxalq normalara hörmətlə yanaşır. Avropa rəhbərlərinin nəzərinə çatdırılır ki, müstəqil dövlətlərin inkişafına qarşı atılan addımlar onlar üçün ciddi problemlər yaradacaq, düşünülməmiş siyasətlər AB-də böhranı daha da gücləndirəcək.”

Avropa Birliyinin xarici siyasət qrumu bazar ertəsi günü İrandan xam neftin ixracını və mərkəzi bankın əməliyyatlarını məhdudlaşdırmaqla bağlı qərara gəlib. AB-nin xarici siyasət işləri üzrə məsulu Katrin Eşton müxbirlərə deyib ki, bu qadağalar İranı nüvə mövzusunda danışıqlara məcbur etmək məqsədi daşıyır. Britaniya xarici işlər naziri Uilyam Heyq bu qadağaları misli görünməmiş qadağalar adlandırıb.

Almaniyanın xarici işlər naziri Qido Vestervelle iddia edib ki, bu qadağaların məqsədi dünyada təhlükəsizliyin qorunmasıdır.

AB elə bir zamanda İran neftinə qadağa qoyub ki, İran neftinin 3-də biri Yunanıstana, 15 faizi İspaniyaya, 12 faizi İtaliyaya satılır. AB almaz, qızıl və digər qiymətli metalların satışına da qadağa qoyub.

Rusiya xarici işlər nazirliyi Lavrov İrana qarşı qadağalara etiraz edərək bu addımı səmərəsiz adlandırıb. Lavrov bildirib ki, heç bir qadağa İranın nüvə proqramını dayandırmayacaq.

Tehran xəbərdarlıq edib ki, sanksiyalar dünyada neftin qiymətini görünməmiş qiymətə qaldıracaq.


Story Code: 132769

News Link :
https://www.islamtimes.org/az/article/132769/avropanın-qərarı-məntiqsizdir-və-məhkum-olunmalıdır

Islam Times
  https://www.islamtimes.org