QR CodeQR Code

İran neftinə qadağa dolları zəiflədəcək

26 Jan 2012 12:23

IslamTimes - Amerikanın iqtisadi ekspertlərindən olan Martin Katusa neft qadağası ilə İranı təslim etməyin mümkünsüz olduğunu bildirib.


Amerikanın iqtisadi ekspertlərindən olan Martin Katusa neft qadağası ilə İranı təslim etməyin mümkünsüz olduğunu bildirib. İqtisadi ekspert qeyd edib ki, İran neftinə qoyulan sanksiyaların əsas nəticələrindən biri dolların zəifləməsi olacaq. Ekspert əlavə edib: “İran neftinin əsas müştərilərindən olan Hindistan İran nefti müqabilində dollar ödəməkdən vaz keçməyi planlaşdırır. Belə çıxır ki, dünya boyu neft alış verişində dolların inhisarına son qoyulur. Bu isə Amerikanın zərərinədir.”

Mütəxəssis dünya bazarında qızılın bahalaşmasını dolların öz funksiyasını itirməsi ilə əlaqələndirib. O deyib: “Əgər dollar beynəlxalq valyuta funksiyasını itirsə, Amerika faciəli problemlərlə üzləşəcək.”

Amerikalı mütəxəssis bildirib ki, 70-ci illərdə ABŞ dolları neft alış-verişində yeganə rəsmi valyuta olub. Dolların mövqeyini dünyada gücləndirən də elə bu olub.

Öz söhbətində dolların beynəlxalq valyutaya çevrilməsi tarixçəsini, bu işdə Səudiyyə Ərəbistanı və OPEK üzvlərinin köməyini dilə gətirən mütəxəssis deyib: “Neft müamilələrinin dollarla aparılması Ağ Evə böyük gəlirlər gətirib. Başqa ölkələr bundan zərər görsə də ABŞ sərmayədarları böyük qazanc əldə edib.”

Mütəxəssis Ağ Evin dolların mövqeyini qorumağa çalışdığını bildirib. Onun nəzərincə ABŞ dünyanın neft ehtiyatlarına nəzarət məqsədi ilə işğalçı müharibələr aparır.

Katusa dünya ölkələrinin dollardan qaçmaq cəhdinə dəlillər göstərərək deyib: “Amerika bu prosesə ciddi müqavimət göstərir. İraqa hücumun əsas səbəbi də bu ölkənin nefti avroya satmaq planları olub.”

Mütəxəssis ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edərək deyib: “Ağ Evin sanksiyaları Hindistan, Yunanıstan, Cənubi Koreya, Yaponiya, Rusiya, Çin şirkətləri tərəfindən qəbul edilmir.”

Mütəxəssis bu fikirdədir ki, fars körfəzində vəziyyətin gərginləşməsinin əsas səbəblərindən biri neft müamilələrində dolların öz funksiyasını itirməsidir. ABŞ hər vasitə ilə dolların mövqeyini qorumağa çalışır. 

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 133269

News Link :
https://www.islamtimes.org/az/article/133269/iran-neftinə-qadağa-dolları-zəiflədəcək

Islam Times
  https://www.islamtimes.org