QR CodeQR Code

Amerika haqlıdırmı?

8 Feb 2012 16:14

IslamTimes - Bir neçə gün öncə Amerika və Kanadanın 80 şəhərində dövlətin siyastlərinə etiraz olaraq əzəmətli nümayişlər keçirildi.


Bir neçə gün öncə Amerika və Kanadanın 80 şəhərində dövlətin siyastlərinə etiraz olaraq əzəmətli nümayişlər keçirildi. Nümayişlərdəki plakatlarda yazılmışdı: “İran əleyhinə cinayətlərdən əl çəkin”, “Bizim düşmənimiz İran yox, Amerikaya hakimlik edən 1%-dir”, “ABŞ və İsrailin İran alimlərinə qarşı müştərək terroruna son qoyun”, “İrana qarşı müharibələrə, sanksiyalara, müdaxilələrə, cinayətlərə yox deyirik”, “11 sentyabr faciəsi daxili problemlərin nəticəsi idi”, “Lənət olsun sizin baxışlarınıza! Nə üçün İranla müharibə olmalıdır? Əsil müharibə Amerikada xalqın hakim 1%-ə qarşı müharibəsidir”, “İran və Suriyaya qarşı müdaxilədən əl çəkin”, “Nə üçün İranın nüvə alimlərini terror edirsiniz?”, “Bizə qoşulun ki, tarixin dəyişilməsində payınız olsun...” Bütün bu sözlər 80 şəhəri əhatə etmiş plakatlardakı şüarların kiçik bir hissəsidir. Bu plakatlarda iranlı nüvə alimi şəhid Mustafa Rövşənin şəkili gözə dəyirdi. Şəkildə onun azyaşlı məsum körpəsi də əks olmuşdu. Nümayişdəki amerikalılar və kanadalılar Rövşənin şəkili altında yazmışdılar: “İran alimlərinə qarşı ABŞ və İsrailin cinayətlərinə son qoyulsun!” Bu şəkil “Keyhan” qəzetinin ilk səhifəsində yer alıb.

Aşağıdakı fikirə diqqət yetirin: "20-ci əsrin 2-ci yarısının böyük alman şairi və dramaturqu Bertold Breşs yazır: Bir nəfərə daim yalan demək mümkündür. Bir nəfər də həmişə hamıya yalan deyə bilər. Amma hamını həmişəlik aldatmaq mümkünsüzdür!”

ABŞ ordusu İraqdan geri çəkildikdən sonra ABŞ nəşriyyəsi Forbes Avropayadək yayılmış müraciətində ABŞ başçılarına, xüsusi ilə Buş və Obamaya müraciətlə yazır: “İraqa hərbi müdaxilənin sonu acı, amma gülüncdür. 9 il ardıcıl itkilərdən sonra İraqda qazanc nə oldu? Milyard-milyard dollar pul xərcləndi ki, bunun bir hissəsini Pentaqon borc almışdı. ABŞ İraqda 4500 hərbiçi itirdi. Minlərlə yaralı Amerikaya köçürüldü. Sonda İraqı ABŞ-ın düşmənləri, İranın dostlarına təhvil verdik.” Amerikanın başqa bir mətbuat orqanı Vaşinqton Post yazır: “ABŞ İraqdan çıxmaqla bu ölkəni qızıl nimçədə İrana təqdim etdi." Ali-Səud rejiminin təhlükəsizlik qrumunun sabiq rəisi Feysəl bir müsahibədə əsəbiliklə deyir: “İraqı qızıl nimçədə İrana verəcəkdinizsə, nə üçün Səddamı aradan götürdünüz?!”

2011-ci il dekabrın 13-də Vaşinqtonda NATO rəhbərləri bir araya gəldi. Burada ABŞ və Avropanın siyasətçiləri toplanmışdı. ABŞ prezidentinin müşavirləri, ABŞ müdafiə naziri, Britaniya Təhlükəsizlik Xidmətinin rəisi, Fransa və İsrailin kəşfiyyat rəhbərləri bu toplantıda idi. Bu iclas barədə Almaniya mətbuatı xülasə məlumat yaydı. Obamanın müşavirləri Qərbin hazırkı vəziyyətindən narahatlıq bildirdilər. Onlar əsəbiliklə dedilər ki, Avropanın axmaqlıqları səbəbindən 2001-ci ildə yeganə söz sahibi olan ABŞ bugünkü vəziyyətə düşüb. NATO-nun bu iclasında Yaxın Şərq, Afrikadakı vəziyyət də müzakirə olunub. Amma bu məclisdə Wall-Streetdəki amerikalılar yada salınmayıb. Obamanın müşavirlərindən olan Ksincer bildirdi ki, dünya tarixində baş verən dəyişiklikləri qəbul etməliyik.

Böyük rəhbər Ayətullah Xamenei Tehranda son cümə namazında bütün dünyada səs salmış çıxış etdi. ABŞ və Qərb mətbuatı böyük rəhbərin çıxışını dünya imperializminin siyasətinə zərbə adlandırdı. Cənab rəhbər buyurdu: “Bir neçə cümlə Amerikanın hədələrindən danışım. Onlar bizi qorxudurlar ki, bütün variantlar miz üstündədir, hətta müharibə variantı. Bu müharibə Amerikanın zərərinədir. ABŞ bu müharibədən 10 qat artıq zərər çəkəcək.” Rəhbər bu cümləsi ilə Amerikanın “Axilles dabanını” hədəfə aldı. Cənab rəhbər bəyanatının başqa bir hissəsində buyurdu: “Biz İsraillə qarşıdurmalara müdaxilə etdik. Bunun nəticəsi 33 və 22 günlük müharibədə İsrailin məğlubiyyəti oldu.” Cənab rəhbər ABŞ və İsrailə anlatdı ki, İran İslam İnqilabının Livan və Fələstində ortaya qoyduğu güc onun potensial imkanlarının kiçik bir hissəsi idi. Amma İsrail məğlub oldu. Cənab rəhbər mesaj verdi ki, axmaqlıq edib hücum variantına əl atsalar onun acısını indidən gözləri qabağına alsınlar.

Ötən gün İsrailin Haartez qəzeti İsraildə səslənən çağırışları ittiham etdi: “2006-cı ildə Hizbullahla 33 günlük müharibə və 2008-ci ildə 22 günlük müharibə İsrailə ağır zərbə oldu.” Haartez məqalənin sonunda Ağ Evin Yaxın Şərq üzrə politoloqu Kent Pulakın sözlərini yada salır: “İsrailin Livan və HƏMAS-la 33 və 22 günlük müharibəsi İrana qarşı ehtimali müharibənin nəticəsini proqnozlaşdırır.”

IslamTimes - Tərcümə şöbəsi


Story Code: 136347

News Link :
https://www.islamtimes.org/az/article/136347/amerika-haqlıdırmı

Islam Times
  https://www.islamtimes.org