0
Saturday 18 February 2012 - 01:03

Mossadla əməkdaşlıq davam edəcək

Story Code : 138563
Mossadla əməkdaşlıq davam edəcək
Mossadla əməkdaşlıq davam edəcək
www.Islam times.org/az/ - Fevralın 12-də Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Notanın tam mətni mətbuata açıqlanmasa da məğzi ondan ibarət olub ki, Azərbaycan öz ərazisini Mossadın əməkdaşlarına rahat istifade yolu verir, onlar isə İran ərazisində nüvə fizikası üzrə olan alimlərin qətlini həyata keçirir.

Notada İran, Azərbaycandan tələb edib ki, İsrailin kəşfiyyat xidməti olan “Mossad” təşkilatının ölkə ərazisində İslam Respublikasının əleyhinə fəaliyyət göstərməsinə mane olsun. Notada İslam Respublikası Azərbaycandan qonşu Ölkəyə qarşı bu cür addımlara son qoymağı tələb edir.

Azərbaycanın XİN-nin də cavabı özünü çox gözlətmədi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata verdiyi açıqlamada deyib : “Azərbaycan səfirinin çağırılıb ona nota təqdim olunması Azərbaycanın ölkə ərazisində İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin terror aktı törətməsinin qarşısının alınması ilə bağlı notasına İran tərəfinin verdiyi absurd reaksiyadır.

Azərbaycanın İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddia həqiqətə uyğun deyil və iftiradır. Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz”.

Budan sonra Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov də məsələyə münasibət bildirərək deyib : “Azərbaycan heç bir terror təşkilatı və insanlığa qarşı hər hansı hərəkətləri olan təşkilatlarla heç bir əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bu bəyanatın heç bir əsası yoxdur. Düşünürük ki, İran dövləti hazırkı durumda qonşu ölkələrlə bir az ehtiyatlı olmalı, ikitərəfli münasibətlərə uyğun hərəkət etməlidir. İranla Avropa və Amerikanın münasibətlərinin kəskinləşməsi Azərbaycana da təsir göstərəcək. Bölgədə konfliktin yaranması şübhəsiz ki, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə də təsirsiz ötüşməyəcək”.

Əslində Azərbaycanın rəsmi şəxslərinin verdiyi bəyanatların elə bu mətndə olacağını təxmin etmək olardı. Onlar deyəndə ki, Azərbaycan heç bir terror təşkilatı ilə əlaqəyə malik deyil, müəyyən mənada haqlıdırlar. Çünki Azərbaycan rəsmi surətdə nə Əl Qaidə ilə nə də başqa təşkilatla rəsmi surətdə əməkdaşlıq etmir.

Mossadı isə birincisi Azərbaycan hakimiyyəti terror təşkilatı kimi tanımır, ikincisi bu təşkilatla Azərbaycan qeyri rəsmi və çox yüksək səviyyədə əməkdaşlıq edir, üçüncüsü isə Azərbaycan rəsmilərindən durub belə məzmunlu bəyanat gözləmək “bəli biz Mossadla əməkdaşlıq edirik buna görə üzr istəyirik” çox sadəlöhvlük
və özünü aldadan avamlıq olardı.

İran nüvə fizikası üzrə alimlərini elə də asanlıqla yetişdirməyib, onların yetişdirilməsi üçün İslam Respublikası külli miqdarda pul xərcləyib və min bir əziyyətə qatlaşıb. İranın nüvə fizikləri əsasən Sankt Peterburqda yerləşən, D.F.Ustinov adına Baltik Dövlət Texniki Universitetində (http://www.voenmeh.ru/) təhsil alıb sonra öz vətənlərində nüvə quruculuğu ilə məşğul olurlar.

Təxminən 13-15 ildir ki, İslam Respublikası min bir maneəyə baxmayaraq gənclərini bu universitetdə oxutdurub özü üçün mütəxəssis yetişdirilməsinə nail olur. Bu alimlər də İranın tanımadığı İsrailin ən konsperativ və geniş resursları olan Mossad təşkilatının hədəflərindədir.

Mossad haqqında qısaca onu deyim ki, dünyada ən effektiv və güclü xüsusi xidmət orqanı sayılır və başqa ölkələrin analoji orqanlarından bəzi xüsusiyyətlərinə görə onunla fərqlənir : heç bir halda heç kim qarşısında hesabat vermək öhdəliyi yoxdur, təşkilati forması mülkidir, təşkilata məxsusluğa görə hərbi rütbə verilməsə də əksər əməkdaşlar hərbi rütbəyə malikdir, əməliyyatlarında nailiyyət əldə etmək üçün istənilən vasitəni məqbul hesab edə bilər, əməkdaşlar yalnız ideoloji motivasiya əsasında təşkilatın fəaliyyətinə cəlb olunur.

Təşkilat prioritet dərəcəsinə görə dünyanı 6 dərəcəyə bölüb və İran 1-ci dərəcədə yerləşir. Nüvə fiziklərinin qətlə yetirilməsi adi qətl hadisəsi deyil, bu bir neçə mənanı daşıyan mesajdır. Amma Mossadın İran ərazisində ən önəmli əməliyyatları, İslam Respublikasının nüvə, hərbi baza və digər strateji obyektlərində xüsusi mayak qurğularının yerləşdirilməsidir ki, bu barədə qismət olarsa gələcək yazılarımda bəhs edərəm.

İranın verdiyi notaya Azərbaycan rəsmilərinin cavabına gəlincə. Bu cavabın ən yaxşı şərhini Mossadın keçmiş rəhbəri Efraim Halevinin fevralın 14-də israilli təhqiqatçı Meir Lernerə verdiyi müsahibəsində görmək olar. Azərbaycanla İran arasında baş verən cəsus qalmaqalına münasibət bildirən Halevi deyib : “Mossadın Azərbaycanla əməkdaşlıq etməsi üçün az əsas yoxdur.

1. İsrail Azərbaycana “SPYDER” mobil zenit raket kompleksi, Delilah hava yer tipli raketlər, pilotsuz təyyarə texnologiyaları verib və hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir.

2. Azərbaycan ərazisində yəhudilər min illərdir kompakt şəkildə yaşayır və sabit ölkədir.

3. Prezident Əliyevin hakimiyyətinin dünyada dəstək qazanmasında yəhudi diasporu azərbaycan diasporundan daha çox çalışıb və daha çox uğurlar əldə edib.

4. Azərbaycan təkcə müsəlman ölkəsi deyil, həm də İranla sərhəddə olan ölkədir.

5. Azərbaycan vətəndaşları heç bir mane olmadan, çox asanlıqla, avtomobillə, bir neçə saat ərzində İran ərazisinə tam sərbəst keçə bilirlər.

6. İran Mossadın konsepsiyasında birinci dərəcəli zonaya aid olan ölkədir. Əməkdaşlıq etmək üçün sadalanan bu 6 faktorlarla xarakterizə olunan Azərbaycan kimi ikinci bir ölkə yoxdur.

Bu faktorlar olduğu halda Mossadın Azərbaycanla əməkdaşlığının olmamasını təsəvvür etmək belə mümkün deyil. İranın Azərbaycana hansı mətndə nota verməsindən aslı olmayaraq, Azərbaycanda olan hakimiyyət Mossadla əməkdaşlıq etməkdə maraqlıdır və əməkdaşlığı davam edəcək”. Deməli, Azərbaycan rəsmilərinin İranın notasına verdiyi cavabı elə cavab xətrinə olan cavabdır.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : islamtimes
Comment