QR CodeQR Code

NATO-nun uğursuz əməliyyatı

14 Mar 2012 23:35

IslamTimes - Almaniya mətbuatında dərc olunan məqalədə bildirilir ki, NATO-nun Əfqanıstandakı son əməliyyatları məğlubiyyətə uğrayıb. Əfqanlar Qərb hərbi qüvvələrinin ölkədən çıxarılması üçün əllərindən gələni edirlər.


"IslamTimes" Almaniyanın Zudduyçe Saytunq qəzetindəki təhlili nəzərdən keçirir. Müəllif Stefan Kornelyus yazır: “Əfqanıstanda iki çıxış yolu nəzərə gəlir. Onlardan biri NATO-nun bu ölkəni dərhal tərk etməsidir. Çünki artıq NATO bu ölkədə fəaliyyət göstərə bilmir və kimsə onların hüzurunu arzulamır. İkinci yol budur ki, NATO 2014-cü ilədək Əfqanıstanı tərk etsin. Amma həmin dövrdə mümkün xəsarətlərin qarşısı alınmalıdır. Bu iki yol NATO qüvvələrinin Əfqanıstandakı uğursuzluqlarından qaynaqlanır..”

Müəllif sözünün davamında bir ABŞ əskərinin 16 mülki vətəndaşı qətlə yetirməsini yada salır və deyir: “Bu vəhşiliyə əsaslı şəkildə cavab verilməlidir. Əfqan xalqı NATO qüvvələrinin ölkədən çıxmasını böyük intizarla gözləyir. Elə ABŞ-da da bu müharibənin davamına həvəs qalmayıb. Çünki əməliyyatların sonu görünmür. Yeganə nəticə canlı təlafat, psixoloji böhran, xəsarətlərdir.

Alman qəzeti yazır ki, Əfqan hökuməti və NATO Talibana qarşı gücsüz olduğunu başa düşməlidir. Bu qruplaşmanın əsas komandirləri öldürülsə belə bunun heç bir faydası olmadı.

Qəzet Ağ Evin Talibanla müzakirələrinə işarə ilə yazır: “Əfqanıstanda vuruşan qüvvələr arasında Qətər vasitəçilik edir. 5 Taliban döyüşçüsünün Quantanamodan azad edilməsinin və bunun müqabilində ABŞ əsgərinin geri qaytarılması nəzərdə tutulurdu."

Müəllif Talibanla müzakirələri Qərbin strateji addımı sayır və bildirir ki, müvəffəqiyyətə zərrəcə ümid yoxdur. Belə görünür ki, Obama bu strategiya sayəsində NATO-nun Əfqanıstandan çıxma vaxtını tezləşdirmək istəyir.

Qəzet yazır ki, mülki əfqanların qətliamından sonra NATO qüvvələrinin Əfqanıstandan çıxması gündəmdədir. Bununla belə Əfqanıstan üçün ən böyük təhlükə ifratçı Talibandır. Bu problemin hələ də siyasi həlli görünmür.


Story Code: 145628

News Link :
https://www.islamtimes.org/az/article/145628/nato-nun-uğursuz-əməliyyatı

Islam Times
  https://www.islamtimes.org