0
Thursday 15 March 2012 - 00:38

Düşməni Qorxuya Salan İslam

Story Code : 145729
Düşməni Qorxuya Salan İslam
Düşməni Qorxuya Salan İslam
Islam times.org/az/ - Gərək bizlər bilək ki, düşmən nəyə əl atırsa onlar bizim üçün çox dəyərlidirlər. Çünki zalımlar həmişə oturub fikirləşib İslamın ruhu, canı sayılan atributları aradan aparmağı hədəfə alırlar.

Qorxacaq yerləri nədirsə həmişə ona qarşı hücuma keçirlər. Odurki, gərək bizlər bu məsələlərdə çox diqqətli olaq. Məbadə bu məsələlərə biganə yanaşaraq düşmənin dəyirmanına su tökmüş olaq.

Tam səmimiyyətlə, dəqiq faktlarla deyə bilərəm ki, bugün dünyada hər gün milyonlarla pul İslamın əleyhinə xərclənir. Bəs görəsən bizlər bunun müqabilində nə edirik? Dinimizi can və malımızla müdafiə edə bilirikmi?

Heç şübhəsiz Allah öz dinini qoruyacağına vəd verib. Ancaq nə gözəl olardı ki, Allah bu dini sənin, mənim əlimlə qorumuş olardı. Odurki, hər bir məsələlərə gərək diqqətlə yanaşaq.

Bəs görəsən bugün düşmənin ən çox hədəf aldığı və bizim də ən çox diqqət etməli olduğumuz məsələlər hansılardır? Bu məsələlərdən birincisi məscidlərdir. Tarix boyu məscidlər müsəlmanların pənəhgahı, dərd və problemlərin həll olunduğu bir yer olmuşdur.

Məscid dini-mənəvi dəyərlərin qorunmasını‚ idarəçiliyini və əməl olunmasını təmin edən müqəddəs məkandır. Məscid müsəlman ümmətinin döyünən ürəyi və dini‚ mədəni-ictimai sahədəki islami fəali
yətləri idarə edən dayaq nöqtəsidir. Elə buna görə də‚ hədislərimizdə yüksək mənalı təbirlərlə – «Allahın evi»‚ «peyğəmbərlərin məkanı»‚ «hər təqvalı insanın sarayı» və «cənnət bağı», müsəlmanların könüllərinin qibləsi olacaq bu gözəl məkanla əlaqə saxlamağa çağırılır‚ maddi və mənəvi xeyir-bərəkətlərindən bəhrələnməyə doğru həvəsləndirilir.


Məscid insanların tərbiyəsi üçün ən önəmli bir məkandır və onun kimi heç bir yer bu qədər əhəmiyyətli ola bilməz . İnsan tərbiyəsi ailə, təhsil ocaqları və məscid kimi 3 əsas məkandan başlayır. Məscidin insan həyatında rolu isə çox böyükdür. Bu tərbiyə ocağı düzgün fəaliyyət göstərərsə, ailə və təhsil ocaqları da onun qoyduğu yolla öz vəzifələrini lazımınca yerinə yetirə bilə.

Düşmənin daim qorxduğu, haqq sözlərin deyildiyi, inqilabi ruhiyyənin qəlblərdə işıqlanmasına rəvac verən məhz məscidlərdir. Düşməni də narahat edən məhz məscidlərin bu keyfiyyətlərə malik olmasıdır. Allah evi sayılan məscidləri gərək göz bəbyimiz kimi qoruyağın.

Məscid həmişə müsəlmanların səngəri olmuş və olacaqdır. Bugün düşmən müsəlmanların məscidə get-gəl etməsindən qorxuya düşmüş və bu səbəblədə məscidləri bağlayaraq və yaxud sökərək müsəlmanların bir yerə yığılmasının qarşısını almaq
hədəfləyib.

Düşmənin bu planına qarşı gərək bizlər vücudlarımızla məscidləri zinətləndirək. Bununla həm düşmənin planını boşa çıxarmış olarıq, həm də savab qazanmış olarıq. Məscidə get-gəl etməyin nə dərəcədə əhəmiyyətli və dəyərli olmasına sadəcə bu kifayət edər ki, mövlamız Həzrəti Əli (ə) buyurmuşdur: “Məsciddə oturmaq mənim üçün cənnətdə oturmaqdan daha da üstündür.”

Allahın evinə xidmət göstərmək böyük fəxir və çox bəyənilən bir əməldir. İbrahim (ə)‚ İsmayıl (ə) və Məryəm (s.ə) məscidə xidmət etmək şərəfinə və iftixarına sahib olmuşlar. Peyğəmbərdən (s) rəvayət olunmuş bir hədisdə buyurulur: «Həqiqətən, Allah-Təala sevdiyi bəndəsini məscidə xidmətçi təyin edər.» Deməli‚ İslam dininə görə məscidə dəyərli və ləyaqətli şəxslər xidmət etməlidir.

Ancaq çox təəssüflər olsun ki, bugün əksər məscidlərimizə dinlərini dünyalarına satmış, məscidə yalnız qazanc yeri kimi yanaşan, birbaşa məsciddə olan hadisələri düşmənə çatdıran, axund adının onlara heç yaraşmadığı şəxslər rəhbərlik edir.

Məscidlərə qarşı aparılan bu düşmən siyasəti tək Azərbaycanla məhdudlaşmır. Bugün dünyada məscidləri sökmək, dağıtmaq və bağlamaq üçün çoxlu planlar və hiylələr hazırlanır. Bugün ölkəmizdə məscidləri özünə təhlükə görən mövcud hakimiyyət məsciddə fəal olan dindarları gülünc və böhtan olan min bir bəhanə ilə şərləyərək həbs edir və bununlada məscidə get-gəl edənlərin gözünü qorxutmaq istəyirlər.

Məscid ilahi nurdur! Bu dəyərli məkan doğru yola yönəltmək və insanın Allah-Təala ilə rabitə saxlamasına ən gözəl yardımçı olduğu halda‚ eyni zamanda İslam müxaliflərinin siyasi‚ mədəni və ictimai hədəflərini də təmin edə bilər. Buna görə də‚ müsəlmanlar qeyri-ilahi‚ təfriqəçilik və fəsadla dolu məqsədlər güdən bəzi şəxslərin hiylələrinə uymamalı və bu sahədə olduqca diqqətli davranmalıdırlar.

Mövzu davam etdiriləcək.

ISLAMTIMES – ƏLİ SADİQLİ
Source : islamtimes
Comment