QR CodeQR Code

Azadlığa qarşı

Islamtimes , 23 Mar 2012 10:06

Islamtimes -Xədicə İsmayılovanın fəaliyyəti hesabına ərsəyə gələn yazılar heç sözsüz ki, hakimiyyətin xoşuna getmədi.


www.islamtimes.org/az/ - Azad Avropa və Azadlıq Radioları Korporasiyasının prezidenti Steven Korn martın 12-də Bakıya gəlib. Korn tez tez Azərbaycana səfər edən birisi deyil. Bu səfərinin əsas səbəbi Steven Korn çətin zamanlarda öz əməkdaşlarının yanında olmasıdır. Nə baş verir ?

Desəm ki, Azərbaycanda yaxşı şeylər baş vermir, deyəcəksiniz ki, yenə başladı zarıldamağa, ancaq həqiqət axı bundan ibarətdir. Martın 7-də Azadlıq Radiosunun jurnalisti və aparıcısı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub göndərilib.

Məktubda deyilib ki, əgər jurnalist susmasa, fəaliyyətindən əl çəkməsə onun intim xarakterli şəkilləri internetdə yayımlanacaq. Xədicə İsmayılova Azadlıq radiosunun aparıcısı olmaqdan başqa həm də jurnalist təhqiqatı ilə məşğul olan və bu sahədə Ölkənin ən qabaqcıl adamdır. Mən “ən qabaqcıl” ifadəsini təsadüfən yazmadım.

Bircə onu deyim ki, xanım İsmayılovanın jurnalist araşdırmaları nəticəsində ərsəyə gələn media məhsullarının verdiyi effekt, cəlb etdiyi auditoruya, qazandığı populayrlıq və dəstəyə müxalifət liderləri partiyaları da daxil olmaqla əməlli başlı paxıllıq edə bilərlər. Çünki bu müxalifətin son 19 ildə bacarmadığı, amma eləməsi vacib olduğu işləri Xədicə İsmayılova bir neçə ayda yüksək peşəkarlıqla edib. Xədicə siyasətlə məşğul olmur, sadəcə jurnalistika peşəsi ilə məşğuldur, ancaq müxalifət liderləri jurnalistlərdən fərqli olaraq bu qədər resurslara malik olmalarına rəğmən gördükləri belə bir effektiv iş yoxdur. Nə isə. Mövzumuz ayrıdır. Xədicə deyir ki, “The Washington Post” qəzetində prezident Əliyevin Dubay mülkləri barədə təhqiqat yazısı dərc edildikdən (www.washingtonpost.com/wp-dyn/content/article/2011/02/18/AR2011021805487.html) sonra qərar gəldi ki, milli jurnalistlərimiz də bu mövzulara toxuna bilər və başladı bu istiqamətdə təhqiqat aparmağa.

Fəaliyyəti nəticəsində bir neçə rezonans doğuran, Əliyev ailəsinin biznesinə aid sənədli sübütlü yazılar ərsəyə gətirdi. Onu da qeyd etmək vacibdir ki, Xədicənin bu yazılarından sonra Azərbaycan jurnalistikasına yeni bir təkan gəldi və araşdırma jurnalistikası dəbə mindi, əslində isə bu jurnalistika janrına dəbsiz filansız çoxdan ehtiyac vardı.

Xədicə İsmayılovanın fəaliyyəti hesabına ərsəyə gələn yazılar heç sözsüz ki, hakimiyyətin xoşuna getmədi. Daha bir vacib məqam var. Oxucu fikirləşə bilər ki, zatən bəzi qəzetlər (“Yeni müsavat”, “Azadlıq” və s.) Əliyev hakimiyyəti haqqında yazır, ancaq heç birisi Xədicə İsmayılov kimi yazısında sənədə, sübüta, dəlilə istinad etmir axı.

Bax bu məqam səbəb oldu ki, hakimiyyət narahat olsun, korrupsiya əməllərini sübut etdirən materialların mətbuata gətirilməsi onları üçün başağrıya çevrildi. Biləndə ki, xanım İsmayılova araşdırma jurnalist kimi fəaliyyətini davam etdirir martın 7-də çirkin bir təhdidə əl atdılar. Azərbaycan jurnalistikası çox təzyiqlərlə üzləşib, döyülənlər olub, oğurlananlar olub, şərlənərək həbsə atılanlar olub, hətta qətlə yetirilənlər də olub.

Əksəriyyətində kişi jurnalistlər təzyiqlərə məruz qalıb. İntim çəklişlərlə də şantaj edilənlər olub (məsələn, Qənimət Zahid), ancaq qadın jurnalistlərin bu vaxta qədər üzləşdiyi təzyiq əsasən kobud rəftar və ya kameralarının sındırılması və əlindən alınması olub. Azərbaycan jurnalistikasında ilk dəfədir ki, qadın jurnallistə qarşı təzyiq kimi onun intim şəkilləri ilə şantaj xarakterli təhdidə yol verilir.

Bu artıq nəinki sadəcə cinayətdir həm də mənəviyyat və əxlaq qüsurudur. Təhdiddən sonra çox sayda yerli və xarici təşkilatllar və ictimai fəallar Xədicə İsmayılovanın müdafiəsinə qalxdı, iş o yerə gəldi ki, radiokorporasiyanın prezidenti Steven Korn Bakıya gəldi və görüşmək istədiyi hakimiyyət nümayəndələrindən görüşü üçün imtina cavabı aldı. Müdafiəyə qalxanlar arasında Nardaran Ağsaqqallar Şurası da var (deyerler.org/119289-nardaran-adsaqqallar-eurasd-xjdicj-dsmaydlovandn-mgdafijsinj-qalxdd.html).

Xədicə İsmayılovanın özünün mətbuata verdiyi açıqlamalara görə və elə oxucuların da oxuduqlarına görə, jurnalist əsasən Azərbaycanda korrupsiyanın ən yüksək pilləsini araşdırır, prezident İlahm Əliyevin ailəsinə məxsus biznes subyektləri haqqında məlumatları sənədlərlə, dəlillərlə ictimaiyyətin nəzərinə çatdırır.

Xədicə İsmayılovanın sözlərinə görə hal hazırda üzəridə işlədiyi, təhqiqatını apardığı mövzu, hökumətin vətənpərvərlik adı altında təqdim etdiyi dövlət bayrağı meydanında Prezidentin ailəsinə məxsus ola biləcək bir şirkətin pul qazanması ilə bağlıdır. Yəni Bayraq Meydanını tikən şirkət Prezidentin ailəsinə məxsusdur. Hakimiyyət isə jurnalistən susmağı tələb edir. Jurnalist xanım isə bəyan etdi ki, öz peşə fəaliyyətindən və araşdırmalarından hər hansı bir təhdidin qarşılığında əl çəkməyəcək.

Martın 14-də mətbuatın verdiyi xəbərə görə hakimiyyət təhdiddən hərəkətə keçdi və jurnalistə aid olduğunu iddia etdiyi görüntüləri internetdə yayımladı. Heç bir mətbuat orqanı bu şantajın hansı internet ünvanda yayımlanmasını yazmayıb və mən bilmirəm, amma açığı bilsəm belə o səhifələrə heç baxmayacağam çünki, ən azı şəxsən öz tərəfimdən bu çirkin kampaniyanı baykot edib, bu şantajçıların mənim şəxsimdə (yəni bir izləyici kimi) öz məqsədlərinə çatmasına imkan verməyəcəyəm.

Mən o səhifəyə baxmamqla bu çirkin şantajçılar ən azı bir tamaşaçı itirirlər. Amma sevindirici bir məsələ də budur ki, şükür Allaha Azərbaycan savadlı, bir neçə dili səlist bilən, Xədicə İsmayılova kimi peşəkar jurnalistlər yetişdirə bilir. Ona qarşı bu çirkin təzyiqlər təkcə söz azadlığına qarşı deyil, xalq azadlığına qarşı aparılan təhlükəli kampaniyalardır.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru


Story Code: 147667

News Link :
https://www.islamtimes.org/az/article/147667/azadlığa-qarşı

Islam Times
  https://www.islamtimes.org