0
Sunday 25 March 2012 - 22:51

ABŞ və İsrail MAQATE-yə yalan məlumat verir

Story Code : 148085
ABŞ və İsrail MAQATE-yə yalan məlumat verir
ABŞ və İsrail MAQATE-yə yalan məlumat verir
MAQATE-nin sabiq başçılarından olan Hans Bliks MAQATE-nin İranın nüvə proqramı ilə bağlı noyabr hesabatına işarə ilə bildirib ki, MAQATE düzgün məlumatlandırılmır. Şənbə günü xüsusi bir müsahibədə Əl-Cəzirənin suallarını cavablandıran Hans Bliks deyib: “MAQATE daha çox ABŞ və İsraildən informasiya alır. Mənim nəzərimcə bu məlumatlar düzgün qiymətləndirilməlidir. Çünki həmin informasiyalar MAQATE-ni çaşdıra
bilər.”

Bliks deyib: “2002, 2003-cü illərdə baş vermiş bir hadisəni xatırlayıram. Həmin vaxt MAQATE müfəttişləri ABŞ prezidenti Corc Buşun konqresdəki çıxışını əsas götürmüşdülər. Buş İraqla Nigeriya arasında uran mübadiləsi barədə açıqlama vermişdi. Tezliklə məlum oldu ki, sənəd saxtadır. Həmin vaxt MAQATE rəisi olmuş Əl-Baradei sənədin saxtalığını dünyaya elan etdi.

MAQATE-nin hazırkı rəisi Yukio Amano 8 noyabrda
yayılmış hesabatda bildirir ki, İranın nüvə proqramının hərbi məqsədli olması düşünülür. İran həmin hesabatı qeyri-peşəkar, siyasi hesabat adlandırdı. Tehran təkid edir ki, nüvə silahının yayılmaması haqqında razılaşmanı (NPT) imzalamış tərəf olaraq sülh məqsədli nüvə enerjisindən istifadə etmək hüququna malikdir.

MAQATE-nin müfəttişləri dəfələrlə İranın nüvə obyektlərində olmuşlar və heç bir qanunsuzluq
aşkar etməmişlər.

Bliks qeyd edir ki, İran MAQATE-nin əksər təklifləri ilə razılaşmaqla böyük güzəştlərə gedib. Tehranın cənub-şərqində yerləşən nüvə obyektinin müfəttişlərin ixtiyarına verilməsi bunu təsdiqləyir. İran buna icazə verməyə də bilərdi. Amma onlar çox rahatlıqla müfəttişləri obyektə buraxdılar.

Çoxları bu fikirdədir ki, İrana qarşı təzyiqlərin arxasında İsrail dayanıb. Hansı ki, İsrail 200 nüvə başlığına
malikdir. Tel-Əviv bu günə qədər MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmayıb.

Bliks Qərb ölkələrinə müraciətlə bildirib ki, İranın beynəlxalq iqtisadi durumlara qoşulmasına və sülh məqsədli nüvə proqramının genişləndirilməsinə kömək etmək lazımdır. Bliks iranlı nüvə mütəxəssisinin terrorunu pisləyib və bu kimi addımların İranın nüvə proqramını əngəlləməyəcəyinə əmin olduğunu bildirib.
Comment