QR CodeQR Code

Harold Pinter - “The Daily Telegraph”

Amerika administratiyası qana susamış vəhşi heyvandır

28 Mar 2012 19:30

İslamtimes - Amerika və İngiltərə bütün dünyada zorakılığın artmasına və nəticədə dəhşətli fəlakətlərə səbəb olacaq bir siyasi kurs yeridirlər.


islamtimes.org/az/-  Bu ilin əvvəllərində kanserdən cərrahiyyə əməliyyatı keçirtdim. Əməliyyat və onun sonrakı təsiri mənə kabus kimi gəlirdi. Dərin, qaranlıq və sonu görünməyən okeanda boğulan insan kimi idim. Ancaq hər şeyə baxmayaraq mən sağam və sağ olmağıma da çox şadam.

Ancaq şəxsi kabuslarımdan qurtarar qurtarmaz anladım ki, özündə cəhalət, lovğalıq və sarsaqlıq kimi rəzil sifətləri cəmləşdirən və özündən başqa bütün dünyaya müharibə elan edən Amerika kabusuna tutulmuşam.

Prezident Corc Buş demişdir: “Əgər bizimlə deyilsənsə, deməli bizim əleyhimizəsən.” O həmçinin demişdir: “Biz icazə verməyəcəyik ki, dünyanın ən pis silahları dünyanın ən pis rəhbərlərinin əlində olsun.” Təmamilə düz. Güzgüdə özünə bax. Bu sənsən.

Amerika hal hazırda “kütləvi qırğın silahları” sistemini inkişaf etdirməkdədir və onu istədiyi yerdə istifadə etməyə hazırdır. Bütün dünyanın silahlarını bir yerə qoysan Amerikanın silahları qədər etməz. O bialoji və kimyəvi silahlar haqda razılşmanın şərtlərini pozmuş və müfəttişlərin silah zavodlarını yoxlamaq təklifini rədd etmişdir.

Amerika üçün Nyu Yorkda həlak olmuş 3000 insan insandır, çünki onlar amerikalılardır. Ancaq başqa həlak olmuş insanlar onlar üçün qeyri realdır, abstrakdır və heç bir mənası yoxdur.

Əfqanıstanda həlak olan 3000 nəfər haqda heç söhbət belə getmir. Amerika və İngiltərənin sanksiyaları nəticəsində əsas tibbi və maddi yardımlardan məhrum olduğuna görə dünyasını dəyişən yüz minlərlə uşaq və körpədən söz belə etmirlər.

Fars Körfəz müharibəsi zamanı Amerikanın istifadə etdiyi nüvə silahından belə danışılmır. İraqda radiasiyanın səviyyəsi həddən artıq yüksəkdir. Uşaqların əksəriyyəti göz, əl, ayaq qüsuru ilə doğulur.

Amerikanın dəstəyi ilə 1975-ci ildə İndoneziya hökumətinin Şərqi Timurda qətlə yetirdiyi 200 min insandan söhbət belə getmir. Amerikanın dəstəyi ilə Quvatemala, Çili, Salvador, Nikaraqua, Argentina və Hayitidə qətlə yetirilən 500 min insanı xatırlamırlar belə.

Vetnam, Laos və Kamboccada öldürülən milyonlarla insanlardan daha söhbət belə gedə bilməz. Fələstin xalqının acı taleyi haqda fikirləşən belə yoxdur.

Bu nə cür ədalətsizlik və insanlıqdan kənar bir işdir. İnsanlar unutmurlar. Onlar yaxınlarından həlak olanları, əzab-əziyyət və alçatmaları, ədalətsizlik və zorakılığı heç vaxt unutmurlar. Onlar sadəcə unutmurlar, həmçinin öz haqq səslərini ucaldaraq etiraz edirlər.

Nyu Yorkda baş verən cinayətkarlıq əvvəlcədən gözlənilən və qaçılmaz bir hadisə idi. Bu illərcə Amerikanın sistemli şəkildə dünyanın müxtəlif yerlərində insanlara qarşı həyata keçirdiyi zorakılıq və terrorun cavabıydı.

İngiltərədə insanları baş verə biləcək terror aktlarına qarşı sayıq olmağa çağırırlar. Görəsən insanlar ictimai sayıqlığı nə cür göstərməlidir? Başlarına corab taxaraq özlərini zəhərli qazlardan qorumaqlamı?

İraqa qarşı planlaşdırılan müharibə əslində insanları diktatordan xilas etmək bəhanəsi ilə minlərlə insanları qətlə yetirməkdən başqa bir şey deyildi.

Amerika və İngiltərə bütün dünyada zorakılığın artmasına və nəticədə dəhşətli fəlakətlərə səbəb olacaq bir siyasi kurs yeridirlər.

Amerika təkcə İraqın neftini ələ keçirmək üçün ora hücum etmədi, həmçinin ona görə ki, Amerika administratiyası qana susamış vəhşi heyvan kimidir. Amerikalıların əksəriyyəti öz hökumətlərinin hərəkətlərindən təngə gəliblər, ancaq köməksiz olduqlarından heç bir şey edə bilmirlər.

Avropa özündə birlik və cəsarət taparaq Amerika hakimiyyətinə dur demiyənə və ona müqavimət göstərməyənə qədər Aleksandr Herzensin dediyi sözlərə laiq olacaq: “Biz həkim deyilik. Biz xəstəliyin özüyük.”

Harold Pinter - “The Daily Telegraph”
İslamtimesın tərcümə şöbəsi


Story Code: 148786

News Link :
https://www.islamtimes.org/az/article/148786/amerika-administratiyası-qana-susamış-vəhşi-heyvandır

Islam Times
  https://www.islamtimes.org