QR CodeQR Code

Suriya böhranının 5 cəfəng həll yolu

30 Mar 2012 23:00

IslamTimes - Qərb ölkələri daim özlərini Yaxın Şərq probleminin həll yolunu bilirmiş kimi aparır. Əslində isə onların özləri problemin bir hissəsidir.


Yaxın Şərq probleminin siyasi həll yolu var və bu istiqamətdə söz sahibi məntəqə əhalisidir.

Qərb ölkələrinə elə insanlar rəhbərlik edir ki, demokratik dəyərlərə zərrəcə bağlılıqları yoxdur. Onlar öz ölkələrinin əhalisinə qarşı da amansızdırlar. Özlərini hər şeyi bilirmiş kimi aparan Qərb başçıları öz baxışlarının problem yaratdığının fərqində deyillər. Qərb dövlətlərinin Suriyaya münasibətləri onların öz problemləri əsasında formalaşır. Az öncə Britaniya nəşri “Guardian” müharibə əleyhinə komitədən Suriya probleminin həlli üçün yollar axtarılmasını istəmişdi. Komitənin məsulu Kris Naynham qəzetə açıqlama verib. Açıqlamada Suriya probelminin 5 həll yolu göstərilir və bu yollar cəfəngiyyatdan başqa bir şey deyil:

1. Suriyaya genişmiqyaslı hücum

ABŞ və Qərbin İraqa hücumu nəticəsində 1 milyonadək insan həyatını itirdi. Bu müharibəni başlayanlar indi başqa birini planlaşdırır. NATO-nun Liviyanı bombalaması nəticəsində dinc əhali qırıldı. Liviya müvəqqəti hökumət şurası rəsmi bəyanatda bildirir ki, qarşıdurmalarda 2 min nəfərədək insan həlak olub. Bombardmandan sonra isə təlafat 10 dəfə artıb.

Tripolinin süqutundan sonra Liviyada sabitlik bərpa olmadı. Əgər Əfqanıstan və İraqa hücumun faciəli nəticələrini nəzərə alsaq Suriyaya hücum fikrinin nə qədər cəfəng olduğu aydınlaşar.

2. Sabit məntəqə, təhlükəsiz keçid

Qərb dövlətlərinin fikrincə Suriyada sabitlik və təhlükəsiz hərəkət üçün hərbi vəziyyət elan olunmalıdır. Bu layihədə məqsəd Suriyaya xarici hərbi qüvvələrin yeridilməsidir. Başqa sözlə Suriya problemini beynəlxalq müstəviyə çıxarmaq istəyirlər. Hava fəzasında uçuşların qadağan olunduğu ölkə dedikdə xarici ölkələrin hərbi hava qüvvələrinin nəzarəti nəzərdə tutulur. Bu isə heç bir səbəbsiz havadan zərbələr üçün bəhanədir.

3. Müxalifətin silahlandırılması

Adətən məntəqə ölkələrinə birbaşa hərbi müdaxilə edən dünya inperialistləri bu dəfə müxalifəti silahlandırmaq barədə düşünür. Bu isə beynəlxalq qanunlara ziddir. Bu layihə həm də ölkədə qırğınları artırır. Müxalifətə məxsus Suriya azadlıq ordusu hazırda xarici qüvvələr tərəfindən silahlandırılır. NATO-nun ən qatı diktatorları müdafiə etməsi göstərdi ki, onların bütün iddiaları puçdur. Bu dövlətlər yalnız öz mənafeləri barədə düşünürlər. Hazırda yeganə məqsəd Bəşar Əsədi hakimiyyətdən uzaqlaşdırmaq və qərbyönlü şəxsi hakimiyyətə gətirməkdir.

4. Suriya xalqı ilə dostluq

İraqa qarşı sanksiyalar sabitliyə qarşı olduğu halda bu üsul İrana qarşı tətbiq olunur. Guya sanksiyalar nəyisə dəyişə bilər. UNICEF-in hesabatlarına görə İraqa qarşı sanksiyalar nəticəsində 1990-cı illərdə 100 minlərlə körpə həlak olub. Əgər NATO-nun ötən iki on illikdə fəaliyyətlərinə baxsaq görərik ki, istər hərbi müdaxilə, istər sanksiyalar demokratiyaya yox, imperialist məqsədlərə xidmət edir.

5. Hökumətlə müxalifət arasında danışıqlar

Bu danışıqlara kim rəhbərlik edəcək? Ərəb başçılarının demokratik dəyərlərə etiqadı yoxsa, öz xalqlarına zülm edirlərsə onlardan nə gözləmək olar?! Qərb başçıları isə özlərindən razı halda həll yolunu bildiklərini düşünürlər. Əslində bu başçılar problemin əsas hissəsidir. Yaxın Şərq probleminin siyasi həll yolu var və bu istiqamətdə söz sahibi məntəqə xalqları olmalıdır. Nə üçün bu xalqlar diktatorların və ya Qərb başçılarının himayəsinə göz dikməlidir.


Story Code: 149013

News Link :
https://www.islamtimes.org/az/article/149013/suriya-böhranının-5-cəfəng-həll-yolu

Islam Times
  https://www.islamtimes.org