0
Sunday 1 April 2012 - 19:36

İstanbul və Suriyanın düşmən ehtiyacını ödəyən “dostlar”

Story Code : 149558
İstanbul və Suriyanın düşmən ehtiyacını ödəyən “dostlar”
İstanbul və Suriyanın düşmən ehtiyacını ödəyən “dostlar”
Xəbər verilir ki, bu toplantıda yığışan ölkələr özlərini Suriyanın dostu adlandırsalar da, əslində belə dostlarla Suriyanın düşmənə ehtiyacı qalmayıb. Amma son hadisələrdən sonra müəyyən taktiki dəyişikliklər baş verdiyi, müxalifətin məğlubiyyəti ilə mövqelərin dəyişdiyi müşahidə olunur. Suriyanın dostlarının Tunis toplantısından sonra vəziyyət xeyli dəyişib. Qətər və Ərəbistan o vaxtlar qəti qələbəyə əmin
olsa da, indi yaranmış vəziyyətlə barışmaq məcburiyyətində qalıb. Qətər ümid edirdi ki, Suriyanın sərhədyanı Həməs şəhəri Dəməşqin fəthi üçün qalaya çevriləcək. Amma Suriya ordusu bir hücumla “Suriya Azadlıq Ordusu” adlanan muzdur qruplaşmanı məğlub etdi. Şəhərdə İsrail, Britaniya silahları aşkarlanıb. Ümumiyyətlə şəhər ələ keçirildikdən sonra xarici müdaxilələrlə bağlı xeyli sirr açılıb.
Olsun ki, bu səbəblərdən dərhal Kofi Annanın layihəsi ortaya atıldı və danışıqlara cəhd göstərildi.

Suriyada ən barışmaz qrup Suriya Milli Şurasıdır. İstanbul konfransına qatılan şura rəhbəri Bürhan Ğəlivən Suriyaya hərbi müdaxilə tələb edir. Hansı ki, şura hazırda nüfuzunu itirir, ona ümid edənlər şuraya arxa çevirir. Şuranın öz nüfuzlu üzvləri arasında da istefa verənlər var. Belə görünür ki,
ABŞ, Avropa Birliyi, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı İstanbul toplantısında müxalif qrupları birləşdirməyə cəhd etsələr də müvəffəq olmayıblar. Məclisin qeyri-demokratik keçirilməsini iddia edən müəyyən qruplar onu tərk edib. Bu qruplardan biri Koordinasiya Şurasıdır. Artıq müxalif qruplar bu qəbil toplantılara qatılmamağa qərar veriblər.

Suriyanın Dostları Birliyinin gələcəyi Suriyada və Qərb ölkələrində baş
verəcək hadisələrdən asılıdır. Silahlı müxalifət rejimi devirmək gücündə deyil. Yalnız hərbi çevriliş variantı mümkündür və bunun üçün xarici müdaxilə qaçılmazdır. Xarici müdaxilə o zaman baş verə bilər ki, orduda qiyam halları baş versin və rejim havadan müdafiə sistemlərinə nəzarəti itirsin. Amma bütün bunlar xəyaldır və Bəşar Əsəd orduya nəzarət edir.

Belə görünür
ki, İstanbul toplantısının son qənaəti Suriya hökumətinə siyasi təzyiqləri artırmaq olub. Bu siyasətin icraçısı Kofi Annandır. Bəşar Əsədin Həməs və Baba Ömər şəhərlərindəki görüşləri güc nümayişi idi və NATO-ya mesaj verilirdi ki, onun planları məğlubiyyətə uğrayıb. İndi əhəmiyyətli görünən Dəməşqin həqiqi islahatlar aparmasıdır.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment