QR CodeQR Code

Ehud Barak 5+1-dən İranla danışıqlarda sərt olmağı xahiş etdi

8 Apr 2012 17:02

IslamTimes - 5+1 ilə İran arasında müzakirələr astanasında sionist rejimin hərb naziri Ehud Barak qrup üzvlərinə müraciət edib.


5+1 ilə İran arasında müzakirələr astanasında sionist rejimin hərb naziri Ehud Barak qrup üzvlərinə müraciət edib. O danışıqlarda İrana qarşı sərt olmağa çağırıb. Nəzərdə tutulur ki, bu danışıqlar aprel ayının ortalarında keçirilsin.

Ehud Barak CNN teleşəbəkəsinə müsahibəsində danışıqlara qatılacaq 6 ölkədən istəyib ki, İranın nüvə proqramı ilə bağlı məhdudiyyətləri sərtləşdirilsin. Barak deyib ki, 5+1 qrupu ən azı uranın 20% zənginləşdirilməsinin dayandırılmasına nail olmalıdır. Barakın bəyanatı elə bir dövrə təsadüf edir ki, İsrailin baş naziri Benyamin Netanyahu İranla danışıqlarda 3 meyar təyin edib. Netanyahu tələb edir ki, Qum şəhəri ətrafındakı yeraltı nüvə təsisatı ləğv edilsin, uranın zənginləşdirilməsi dayandırılsın və tibbi sahədə yararlı olmayan uran ölkədən çıxarılsın.

“New York Times” qəzeti də 5+1 ilə İran danışıqlarının yaxınlaşdığından yazır. Belə görünür ki, ABŞ və Qərb diplomatları Fordo nüvə təsisatının ləğvini və uranın zənginləşdirilməsinin dayandırılmasını müzakirə edəcək. İsrail hərb naziri bildirib ki, İran MAQATE müfəttişlərini bütün təsisatlara buraxmalıdır. Bütün bu bəyanatlar ətrafında araşdırımalarda dilə gətirən yoxdur ki, heç bir beynəlxalq təşkilat qarşısında öhdəçilik götürməyən Tel-Əvivin 400-ə yaxın nüvə başlığı var. Tel-Əviv NPT öhdəliyini də imzalamayıb. Həmin öhdəliyə əsasən, nüvə təsisatlarında təftiş aparılmalıdır.

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 151527

News Link :
https://www.islamtimes.org/az/article/151527/ehud-barak-5-1-dən-iranla-danışıqlarda-sərt-olmağı-xahiş-etdi

Islam Times
  https://www.islamtimes.org