QR CodeQR Code

Ədalətsizlər dünyası

birlik , 20 Apr 2012 22:51

İslamtimes - “Millətlçi”, “irq” , “dinlərin təhqiri”, “güclü” və “gücsüz” mövzuları indi sanki dəb halın alıb .


Mənə elə gəlir ki, biz insan həyatında o qədər də ciddi və ya vacib olmayan hadisələr barəsində fikir yürüdərkən sintez, analiz bir sözlə kompleks yanaşmanı unutmuruq. Amma tam əksinə olaraq, cəmiyyətdə və insaniyyətin yaşamında mühüm olan məsələləri zahirən fərqləndirərək tanıyır və sanki bir tərəfli və qeyri-obyektiv düşüncə və təəssüratların insan düşüncəsini necə bürüdüyünü və ya yeridildiyini görmürük. Bəs dünya ziyallıları necə…?!

“Millətlçi”, “irq” , “dinlərin təhqiri”, “güclü” və “gücsüz” mövzuları indi sanki dəb halın alıb. Məgər dünyada bütün insanlar azad və bərabər hüquqlu deyillərmi?! Deyəsən, insanlıq get-gedə mənəviyyatında cılızlaşır, bəlkə də, kimlərsə öz yırtıcı və dağıdıcı maraqlarına tabe edərək cılızlaşdırmağa çalışırlar.

Ölkələr arasında anlaşılmamazlıq olan kimi, başlayırlar “sanksiyalar tətbiqi”, “silahlı müdaxilə”, “ qoşun yeritmək” söz birləşmələrini özlərinə şüar etməyə . Siz nə edirsiniz, ey hörmətli syasətçi cənablar, yoxsa, təzə silahlar kəşf edilib, sınaq meydanı lazımdı? Bir baxın da dünyada təzə səngiyən, hələ də yaraları sağalmayan Bosniya və Hersoqavinaya, Çeçenistana, Azərbaycana, Qırğızıstana, orada şəhid olan insaların qanları hələ torpaq üzərində qurumayıb. Əfqanıstanda, Fələstində, İraqda və başqa ölkələrdə olan qanlı qarşıdurmaları dayandırmaq əvəzinə yeni hərbi müdaxilələrə can atırsınız. Hörmətli cənablar, bu müharibələrə ayırdığınız milyonlarla pulları məgər dünyada aclıq və susuzluqdan əziyyət çəkənlərə ayırmaq olmaz? Məgər elmi nailiyyətlər insan faktorunun rifahı üçün deyil?

Son vaxtların bir problemi də “İslam” sözünün “terror” və ya “terrorçu” sözləri ilə yanaşı çəkilməsidir. Müsəlmanları amansızlıqda ittiham edirlər. Dünyada nə baş verirsə versin, sanki qəsdən hər şeydən qabaq bu hadisəni İslam dininin təmsilçiləri ilə əlaqələndirmək istəyirlər. Həqiqət isə nəinki bir qiraqda qalır, hətta onu gizlətməyə də çalışırlar. Bu minvalla da İslam bir çoxlarına öz nurlu həqiqətindən kənarda qalaraq bir pislik və ya şər cəmliyi kimi tanıtdırılır.

Və onu da bilməliyik ki, məhz belə yanaşmalar insanları bir-birindən küsdürür, özgələşdirir və ən üzücüsü isə düşmən edir. Dünya ziyalıları isə belə qorxunc və bivec düşüncə sahiblərinə heç bir tənbeh və qinaq göstərmir. Əgər belədirsə, onda bu dünya ziyalıları hansı kamil demokratik, insani dəyərlərə hörmət edən cəmiyyətdən danışır?! Mən bunu anlamıram!!!

Bəhruz Salmanov/birlik


Story Code: 155072

News Link :
https://www.islamtimes.org/az/article/155072/ədalətsizlər-dünyası

Islam Times
  https://www.islamtimes.org