0
Monday 30 April 2012 - 07:23

Avropanı nə gözləyir

Story Code : 157510
Avropanı nə gözləyir
Avropanı nə gözləyir
Elan edirlər ki, vəziyyət yaxşılaşmaqdadır. Rəqəmlər isə başqa sözü deyir. Son aylarda iqtisadi göstəricilər 30% aşağı düşüb. Bu isə yaxşı heç nə vəd etmir.

Qənaət layihələri isə xalqı daha da narazı salır. Maaşların azaldılması, sosial təminatların aşağı endirilməsi, iş yerlərinin ixtisara düşməsi mövcud durumu gərginləşdirən amillərdəndir. Bütün bu addımlar hökumətlərə qarşı etimadsızlığı gücləndirir.

Avropa yenidən ayağa dura biləcəkmi? Bir çox mütəxəssislər buna şübhə ilə yanaşır. Amma hələ də böhranın həqiqi kökləri üzə çıxarılmır.

Avropa iqtisadiyyatı haqqında nə demək olar? Qərb iqtisadiyyatı dünyada birinci sözü deyirdi. Dünyada 64000 milyard ümumi ümumi istehsalın 23%-i Qərb, 22.5%-i Amerikaya aiddir. Bir zaman ABŞ iqtisadiyyatı öndə olub. Amma sonradan Avropa önə keçib. Avropa iqtisadiyyatının 70%-i xidmət, 30%-i sənayedən ibarətdir.

Avropa Birliyinin 1992-ci
ildəki normativ razılaşmaları iqtisadiyyatda təkan oldu. Elə avro da Mərkəzi Bank sistemində həmin vaxtlar özünü göstərdi. Birliyin məqsədi 11 ölkənin avro ilə alış-verişi idi. Bu ölkələrin sayı əvvəlcə 12 idi, sonradan Yunanıstan çevrədən çıxarıldı. Amma sonra üzvlər artdı və 17 ölkə avro zonasına daxil oldu. Daha 4 ölkənin bu zonaya qatılacağı gözlənilir. Amma bizim məqsədimiz böhranın səbəblərini araşdırmaqdır. Necə oldu ki, böyük sıçrayışla irəli gedən iqtisadiyyat tənəzzülə uğradı?

Əslində burada iki böhrandan danışmaq lazım gəlir. Bunlardan biri 2008-ci ildə başlamış pul böhranıdır. Hazırkı tənəzzül isə ikinci böhranın təsiri altındadır.

Avropa birinci böhrandan yaxa qurtara bildi. Amma üzərinə götürdüyü öhdəçilikləri yerinə yetirmək çətin idi. Birinci böhran bütün dünyadakı qlobal böhranın tərkib hissəsi idi. Həmin böhran zəiflədiyi
bir vaxtda Avropada böhran güclənir. Mütəxəssislər düşünür ki, bunun səbəbi pul kütləsinin artmasıdır. Qərb və ABŞ-da ən böyük gəlir məskən iqtisadiyyatında idi. ABŞ və Qərb bu sahəyə böyük kapital yatırtmışdı. Məskənin qiyməti daim qalxdığından heç bir nigarançılıq yox idi. Hətta kreditorlar gəlir böyük olduğudan uzun vaxt gözləyə bilərdi. Banklar burada əsas sözü deyirdi. İqtisadiyyatçıların ağlına gəlmirdi ki, məskən iqtisadiyyatında tənəzzül baş verə bilər. Böhran buradan başladı. Qərb və ABŞ-da ən etibarlı sayılan bir sahədə zəlzələ yaşandı. Banklar bir-birinin ardınca müflisləşdi. Bunun əsas səbəblərindən biri pul böhranı idi. İqtisadi böhranın başqa bir səbəbi qloballaşma oldu. Avropalılar başqa ölkələrin banklarından borc götürür və həmin ölkədə böhran yaşananda bank zərər çəkirdi.

Böhranın əsas səbəblərindən biri də dövlətlərin yanlış
siyasətidir. Qərb dövlətləri azad bazar şəraitində iqtisadiyyata nəzarəti itirdilər və Avropa Birliyindəki öhdəçiliklər havada qaldı. Əslində daxili ümumi istehsalın 60%-i borcsuz olmalı idi. Amma kimsə bu qanuna riayət etmədi. Hətta Almaniya və Fransa, çətin vəziyyətdə olan Yunanıstan bu öhdəçiliyi pozdu.

Böhranın həll yolu varmı? Avropalılar böhranın qarşısını almaq üçün banklara borc vermək yolunu seçdilər. Amma bunun nəticəsi dövlətlərin borcunu artırdı. Problem hələ də dərinləşməkdədir. Başqa iki yol da nəzərdən keçirilir. Böhrandan daha çox ziyan çəkən ölkərə yardım göstərməklə əsas amillər axtarılmır. Digər tərəfdən imkanlarını qorumuş banklara ölkələrə birbaşa yardım şəraiti yaradılır. Ümumi bir bank yaratmaq nəzərdə tutulur. Həmin bankı bir neçə ilə ləğv etmək planı vardı. Amma bütün tədbirlər uğursuzluğa düçar oldu. Sosial təminat, maaşların azaldılması
böhranın faciəli sonluğundan danışır. Borclar üzərində qurulmuş layihələrdə heç bir təzminat yoxdur. 440 milyard avro ilə yaradılan yardım fondu vəziyyəti dəyişmək iqtidarında deyil. Bu fond beynəlxalq bankdan borc götürdü ki, ağır böhran yaşayan ölkələrə dəstək verə bilsin. Fransalıların fikri budur ki, vəziyyətdən çıxmaq üçün Avropa ikiyə bölünməlidir: maliyyə mərkəzi olan Avropa və Konfederasion Avropa. Faktiki olaraq Avropa ikiyə bölünüb, Avrozonasına daxil olanlar və olmayanlar. Amma bu iki Avropa arasında uçurum dərinləşir.

İslahatlar təsirlidirmi? Əsas qanun uğursuzluğa düçar olduqdan sonra Euro Plus Pakt adlı öhdəçilik ortaya qoyuldu. Bu öhdəçiliyin maddələri çoxdur. Öhdəçiliyə əsasən böhran yaşayan ölkələr istənilən bir yolla infilyasiyanın qarşısını almalıdır. Bu isə yalnız dövlət büdcəsindən xərcləri azaltmaqla başa gələ bilərdi. Bu qanuna əsasən
işçi istənilən vaxt rəhbərlik tərəfindən işdən çıxarıla bilər. ABŞ üçün bu gediş adidir. Avropa isə bunu sakit qarşılamadı. İşsizlik Avropa üçün dözülməzdir.

Başqa bir addım təqaüd yaşının artırılması oldu. Hökumətlər bu yolla borcları azaltmağa çalışırdılar. Vergilər artırıldığı, maaşlar azaldığı bir vaxtda İrlandiya, Britaniya kimi ölkələrdə etiraz dalğası gücləndi.

Diqqət mərkəzində Yunanıstandır. Yunanıstan Avropa Birliyinin ən ağır vəziyyətdə olan ölkəsidir. Bu ölkənin iqtisadiyyatı turizm və gəmiqayırmaq üzərində qurulub. Qlobal maliyyə böhranı bu iki sahəyə ciddi zərbə vurdu. 2010-cu ilin aprel ayında Yunanıstanın acınacaqlı vəziyyəti maksimuma çatdı. Əvvəlcə düşünürdülər ki, 45 milyard dollarla vəziyyəti düzəltmək olar. Sonradan məlum oldu ki, 110 milyard dollar da bu ölkəni vəziyyətdən çıxara bilmyəcək.

Davamı var...

Məhəmməd Hüseyn Adili
Comment