QR CodeQR Code

“İsrail rəsmiləri arasında İrana xidmət edənlər var”

4 May 2012 15:37

IslamTimes - İşğalçı İsrail rejiminin hərb naziri sionist rəsmilər arasında İrana xidmət edənlərin olduğunu iddia edib.


İsraildə hazıkı hakimiyyətlə sabiq başçılar arasında İranın nüvə proqramı əsil müharibə yaradıb. İran haqqında bəzi yəhudi rəsmilərin, əsasən, hərb naziri Ehud Barakın iddiaları gündəmdədir. Sabiq başçılar bugünki rejimi bir çox mövzularda ittiham edir. Sabiq baş nazir Ehud Olmert, sabiq Mossad başçısı Meyer Daqan, sabiq təhlükəsizlik naziri Yoval Diskin öz fəaliyyətlərinə görə Ehud Barakın hədəfi olub.

Barak son müsahibəsində həmin üç nəfər haqqında təhqiramiz ifadələr işlədib: “Olmertin qruplaşması dünyanı dolanır və İrana xidmət edəcək sözlər danışır.” Barak iddia edir ki, sabiq üç rəsmi İsrailin mövqelərini zəiflədir. Barak deyib: “Olmert, Daqan və Diskin dünya boyu səfərlərində İran mövzusunu gündəmdən çıxarmaqla İsrailin mövqeyini zəiflədirlər." Barak sabiq nazir Diskini mütəxəssis olmadığı bir sahədə İrana işləyən bəyanatlarına görə təhqir edib.

Barakın ittihamları cavabsız qalmayıb. Ona ilk sərt cavab Olmertdən gəlib. Olmert bildirib ki, heç şübhəsiz yaxın zamanlarda Barak siyasi səhnəni tərk edəcək. Bütün sabiq nazirlər Olmertin bu fikrini bölüşür. Onların nəzərincə Barak İsrail üçün böyük problemlər qoyub gedəcək. Onlar bu təhlükə ilə bağlı İsrail xalqına xəbərdarlıq ediblər.

Tərəflər arasındakı qarşıdurma İsrailin siyasi səhnəsində böyük parçalanmanı göstərir. Ötən günlərdə bu parçalanma daha da artıb, seçki qabağı vəziyyət son həddə gərginləşib. Mövcud durum göstərir ki, İsrail siyasi elitasında əksəriyyət İrana hücumu İsrail üçün ölüm hesab edir. Elə bu səbəbdən də seçkilərin tezləşdirilməsinə səy göstərilir.


Story Code: 158830

News Link :
https://www.islamtimes.org/az/article/158830/israil-rəsmiləri-arasında-irana-xidmət-edənlər-var

Islam Times
  https://www.islamtimes.org