0
Friday 4 May 2012 - 23:49

“Uğurlu” qətnamə

Story Code : 158939
“Uğurlu” qətnamə
“Uğurlu” qətnamə
Islam times.org/az/ - Aprelin 18-də Avropa Parlamentinin plenar iclasında Azərbaycan və Ermənistanla bağlı qətnamə qəbul edilib (www.europarl.europa.eu/news/hu/pressroom/content/20120418IPR43187/html/EU-deals-with-Azerbaijan-and-Armenia-should-make-the-region-safer).

Mediumların verdiyi xəbərə görə Strasburqda keçirilən sessiyada Azərbaycanla Avropa Birliyi arasında assosativ saziş üzrə danışıqların gedişinə dair qəbul edilən qətnamədə AB-nin Azərbaycan və Ermənistanla apardığı danışıqların regionun daha təhlükəsiz etməsini, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir vasitəçiliyini, həmçinin AB-nin dəstəyi ilə insan azadlığı, ifadə azadlığı, sərbəst toplaşma sahəsində demokratik islahatların həyata keçirilməsini nəzərdə tutur.

Qətnamədə Ermənistan qoşunlarının işğal altında saxladığı ərazilərdən çıxarılmasını və Azərbaycanın nəzarətinə qaytarılması qeyd edilir. İlk dəfədir ki, AvroParlament Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad etməsini, həm hərbi, həm də fiziki kontinqenti çıxarmasını Assosasiya sazişi üçün şərt kimi irəli sürür.

Ermənistan AB dair qətnamədə deyilir ki, üçüncü ölkənin ərazisinin beynəlxalq hüququn pozulmasıdır və Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və bununla da bütün şərq tərəfdaşlığı layihəsini təhlükə altıına qoyur. AB regionda hərbi güclə bağlı çağrışlar və xüsusən də Azərbaycanın yüksək hərbi xərclərinin artımı ilə bağlı narahatlıq ifadə edir.

Qeyd olunur ki, ATƏT-ə üzv ölkələrin Azərbaycan və Ermənistanın silah və hərbi ehtiyatlarla təchizini dayandırmalıdır. Bunlarla yanaşı Azərbaycan hakimiyyətinə müraciət edilir ki, erməni əsilli şəxslərin Azərbaycana girişinə əngəl yaratmasın və Ermənistana telefon zənglərinə qoyulmuş qadağa aradan qaldırılsın.

Assosativ sazişdə Azərbaycanda vətəndaşların fundamental haqları və azadlıqları, o cümlədən mülkiyyət hüquqları, vətəndaşı cəmiyyətinin inkişafı, qanunun aliliyi korrupsiyaya qarşı mübarizə, siyasi plyuralizm, media və məhkəmələrin müstəqilliyi ilə bağlı məqamlar da öz əksini tapıb.

AŞPA-nın Siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin mandatı üzrə Azərbaycana girişinə icazə verilməsi də qətnamədə qeyd edilib. Siyasi məhbusların qeyd şərtsiz azadlığa buraxılması da Azərbaycandan tələb olunur.

Ermənistana dair qətnamədə deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz fəaliyyəti sarıdan ciddi narahatlıq var. Bu fəaliyyətə xüsusilə müntəzəm hərbi manevrlər, hərbi avadanlığın və hərbi heyətin yenilənməsi aiddir.

Ermənistandan Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər çağrışına son qoyulması tələb edilir. Habelə, işğal olunmuş Dağlıq Qarabağda ermənilərin məskunlaşmasını artırmaq üçün Ermənistan hakimmiyyətinin siyasətinə dair xəbərlər araşdırılmalıdır. AB üzvləri, insan haqları müdafiəçilərinin və gənc fəalların həbslərinin çoxalan sayının narahatlıq doğurduğunu da
çıqlayıb.

Azərbaycan hakimiyyətinə çağrış edilir ki, Bakıda yeni binaların tikintisi qismən “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqələndirilir, bu davamlı tikintilər qanunvericiliyə uyğun aparılsın, əhalinin yerdəyişməsi şəffaf, hüquqi prosedurlarla həyata keçirilsin. Qətnamədə belə narahatlıq ifadə olunur ki, hökumət Eurovision müsabiqəsindən, Ölkədə demokratik və insan haqlarının yaxşılaşdırılması üçün istifadə edən insan haqları müdafiəçilərinə təzyiqləri artırır. Bəs Azərbaycan hakimiyyəti bu qətnaməni necə şərh edir ?

Mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Əli Əhmədov Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib : "Azərbaycan Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edir, “Şərq tərəfdaşlığı” çərçivəsində bu əməkdaşlıq öz bəhrəsini verir. Bu qətnamə Azərbaycanın Avropaya inteqrasiyasının daha da genişlənməsinə ciddi ehtiyac yaradacaq. Bu, həm Azərbaycanın Avropa strukturları ilə daha yaxından əməkdaşlığı, həm də Avropanın Qafqaz siyasətinin genişlənməsi üçün əhəmiyyətlidir.

Azərbaycanın etibarlı tərəfdaş kimi bu illər ərzində özünü göstərməsi bu əməkdaşlığın daha da genişlənməsinə, möhkəm və etibarlı bünövrə üzərində qurulmasına əsas yaradır. Güman edirəm ki, qəbul olunan qətnamə bu əməkdaşlığın bundan sonra da genişlənməsinə ciddi təkan verə biləcək.

Qətnamə həm Azərbaycan xarici siyasətinin daha uğurlu bir addımı və qələbəsidir. Ermənistanın işğalçı simasının belə sənəddə yer tapması, işğalçı mövqeyinə son qoyması ilə bağlı səslənən tələblər, bədxah qonşularımız haqqında Avropada aydın təsəvvürün yaranması üçün əsas ola bilər. Ancaq Azərbaycanın uğurlu xarici siyasəti bununla kifayətlənməyəcək, davamlı olaraq belə uğurlara nail olacağıq”.

Gördüyümüz kimi hakimiyyət bu qətnaməni əlində l bayraq edib uğurlardan danışır. Doğrudur bu qətnamə uğurlu bir addımdır, müsbət haldır və buna hamımız sevinməliyik. Fikir verdinizsə qətnamədə Ermənistanın Dağlıq Qarabağın ətraf rayonlrını işğal etdiyi bildirilir və bu kontekstə Ermənistan aqressor kimi qəbul edilir. Ancaq hamımız bilirik ki, Ermənistan Dağlıq Qarabğı da işğal edib, orda olan azərbaycanlıları soyqrıma məruz qoyub, etnik təmizləmə aparıb, əsrin faciəsi – Xocalı faciəsini törədib və bu gün Dağlıq Qarabğda azərbaycanlılar yaşamır.

Bundan başqa diplomatik danışıqlarda hərdən bir Ermənistan zatən DQ ətrafı 7 rayonun boşaldılmasını səsləndirir. Azərbaycan üçün isə münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həlli məqbul sayıla bilər və bundan fərqli hər hansı bir variant yolverilməzdir.

İşğala məruz qalan, ərazisinin 20 faizini itirmiş, 1 milyondan çox qaçqını olan Azərbaycanın silahlanması isə qətnamədə narahatedici faktor kimi qeyd edilir və AB ölkələrinin Azərbaycana silah verilməməsi tələb edilir. Ancaq avropalılar unudur ki, Azərbaycanın Avropadan bir tək mərmi belə almır və Azərbaycanın ən önəmli və ən böyük silah partnyoru İsraildir ki, o AB üzvü olmadığı üçün, AB sionist dövlətinə qarşı embarqo qoya bilməz. İnsan hüquqlarına gəldikdə isə bu barədə şərh vermək yerisizdir, çünki insan hüquqları ilə bağlı Azərbaycanın vəziyyəti göz qabağındadır və üstəlik bu barədə az yazılmayıb. O zaman AvroParlamentin qətnaməsini nə dərəcədə böyük uğur heab etmək olar ?

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : Islamtimes
Comment