0
Tuesday 15 May 2012 - 19:35

Köhnəni saxlyan yenilik

Story Code : 162277
Köhnəni saxlyan yenilik
Köhnəni saxlyan yenilik
Islam times.org/az/ - Dünya may ayını daha çox ikinci dünya müharibəsinin qələbə günü ilə yadda saxlayıb və 9 may possovet məkanında olan xalqların ən əziz bayramıdır. Milli, cinsi, siyasi mənsubiyyətindən və yaş fərqindən aslı olmayaraq 9 may əziz qələbə bayramıdır, demək olar hər kəsin atası və ya babası 3-cü reyxlə müharibədə iştirak edib.

Bu il May ayı Azərbaycan üçün həm də Eurovision festivalıdı və hakimiyyət çox böyük təmtəraqla bu müsabiqəyə hazırlaşır. Elə bircə onu deyim ki, indiyə qədər keçirilən Eurovision müsabiqəsində heç bir ölkə Azərbaycan qədər pul xərcləməyib və Azərbaycan bu tədbir üçün 1 milyard avro vəsit xərclədi.

Ancaq Dünyanın diqqətini mayın ilk həftəsinin sonu Fransa və Rusiya seçkiləri nəticəsində prezident kürsüsünə yiyələnən şəxslərə yönəldi. Bu hadisələrin Azərbaycan üçün də əhəmiyyəti var. Əvvəla Fransa və Rusiya ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən ikisidir, yerigəlmişkən ABŞ-da da artıq seçki mövsümünə start verilib. Ekspertlər Fransa və Rusiya seçkilərindən doğan Azərbaycana münasibəti təhlil etməyə çalışırlar.

Məlum olduğu kimi seçkinin 1-ci turunda Milli cəbhə partiyasının lideri Jan Mari Le Penin qızı Jan Marin Le Pen 20 faiz səs tolamaqla məğlub olaraq seçkini tərk etmək məcburiyyətində qaldı, digər tərəfdən Fransa kimi bir ölkə üçün sağ millətçi, mən deyərdim irqçi bir prezidentliyə namizəd şəxsin 20 faiz səs toplaması heç proqnozlaşdırılan deyildi.

Belə deməyə əsas veirir ki, bizim öyrəşdiyimz və sosializmin vətəni olan həmin Fransadan bir azdan əsər əlamət qalmyacaq. Sosialist Partiyasının namizədi Fransua Olland Sarkozidən 1,5 faiz çox olmaqla 28 faiz toplamaqla ikinci tura çıxa bildi.

İnkinci turda da Olland seçicilərin səs çoxluğunu qazanraq Sarkozini kiçik fərqlə geridə qoyub qalib elan edildi. Bəs Fransa siysətində Ollandın prezidentliyi dövründə nələr dəyişə bilər ? Bir çoxlarının fikrincə Olland xarici siyasətdə ABŞ-la münasibətdə müstəqil kursun tərəfdaıdır, heç də ABŞ-ın və NATO-nun çaldığını oynamayacaq.

Olland İran məsələsində də fərqli baxışları nümayiş etdirirdi, o İranla məsləhətləşmələrin tərəfdarı idi və İslam Respublikasının rəsmiləri ilə müxtəlif görüşlər keçirmiş və müzakirələrə qatılmışdı.

Ancaq açığı nə dünya nə Avropa nə də Fransa əvvəlki dövrdə yaşayır, artıq De Qolun, hətta Şirakın belə dövründə olan vəziyyət mövcud deyil. Doğrdur Fransanın Avropada bir nüfuzu var, ancaq hamı görür ki, ABŞ-ın bütün Avropada bir sözünü iki etməyə sadəcə olaraq heç kim cəsarət etmir özü də Milaşeviçin başına gələnlərdən sonra. Ona görə Olland xarici siyasətdə sadəcə kosmetik dəyişikliklə kifayət
ənəcək.

Daxili siyasətdə isə Sarkozidən fərqli kursu yürüdəcəyi şübhəsizdir, sosial siyasi layihələrin inkişafına dəstəyini əsirgəməyəcəyi, pensiya islahatlarında sol mövqeyini qabardacağını gözləmək olar. Daxili siyasətində edəcəyi dəyişiliklərlə bağlı ABŞ-ın təpkisi üzləşməyəcək ancaq burda da Avropa Bankı ilə qarşı qarşıya gələ biləcəyi ehtimalı var və ola bilər bu səbəbdən də Almaniya ilə razılıq əldə etmədən kəskin addımlar atmasın.

Cənubi Qafqazla bağlı siyasətə gəldikdə isə Ollandla Sarkozi arasında elə bir dəyişiklik olmayacaq və o, da sələfi kimi Türkiyənin AB-nə daxil olmasnın qarşısında sədd kimi dayanacaq.

Ollanda ola bilər Sarkozidən daha artıq dərəcədə ermənilərə dəstək versin. Ona görə Minsk qrupunda Fransadan hər hansı bir ədalətli addım gözləməyə dəyməz, əksinə istisna deyil ki, qatı şəkildə Ermənistanın mövqeyi müdafiə olunsun.

Rusiyda isə seçki nəticəsində prezident seçilən Vladimir Putinin inaqurasiya mərasimi keçirildi. Vladimir Putin bu posta 3-cü dəfədir ki, sahib çıxır. Bu dəfə Konstitusiya dəyişikliyindən sonra artıq 4 il deyil, 6 illiyə seçilir.

Mayın 6-da Putinin inaqurasiyası günü bütün dünyanın diqqətini bu şəhər təkcə prezidentin and içmə mərasimi ilə deyil, həm də Sol Cəbhənin təşkil etdiyi yürüş mitinqi ilə özünü cəlb etdi. Müxalifət təşkil etdiyi yürüşə “марш миллионов” (millionların marşı) adını vermişdi. Açığı elə əvvəldən bir çox ekspertlər millionların yürüşdə iştrak edəcəyinə şübhə ilə yanaşmağa başlamışdılar və bu kontekstə gedən müzakirələr görən təşkilatçılardan birincisi, Sol Cəbhənin lideri Serqey Udalsov bəyan etdi ki, adı simvolik səciyyədir və burda mesaj onu çatdırmaqdır ki, Putin xalqın seçimi deyil (http://www.youtube.com/watch?v=SI0S2VKE91g&feature=related).

Əvvəlki tədbirlərdə olduğu kimi bu dəfə də Rusiya müxalifətinin sol, sağ, millətçi və digər spektrləri birlikdə idi. Müxtəlif rəqəmlər səslənsə də müstəqil mərkəzlərin verdiyi məlumata görə etirazçıların sayı yüz minə qədər var idi ki, bu da Moskva üçün kiçik rəqəm deyil.

Qarşıdurma da oldu, bir nəfər fotoreportyor kütlənin axını altında qalaraq əzilib öldü. Ancaq Putin and içdi. Ekspertlərin fikrincə Putin daxili siyasətində Olland kimi sosial kursu yürüdəcəyi gözlənilsə də xarici siyasətində köklü dəyişiklik etməyəcək. Xüsusilə Qarabağ münaqişəsində Rusiyanın mövqeyi dəyişməyəcək və status – kvo qorunub saxlanılacaq.

Açığı bütün bucaqlardan baxdıqda bütün faktorlar münaqişənin indki durumda qalması üçün işləyir. ABŞ, Avropa və Rusiya hazırkı durumdan məmnundur. Azərbaycanın prezidenti və 2013 – cü ildə 78 faiz səslə qalib gələcək prezidentliyə namizəd İlham Əliyev də müharibə ritorkasından əl çəkib və zatən müharibə edən də deyildi. Deməli bu seçkilərdən Qarabağ münaqişəsi üçün nəsə gözləmək yersizdir və bu seçkilər köhnəni saxlyan, dəyişməyən yeniliyə oxşayır.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru

Source : Islamtimes
Comment