QR CodeQR Code

Tariximizin qəbristanlığı

Islamtimes , 17 May 2012 23:43

İslamtimes - Gəncə Mədəniyyət və Turizm İdarəsinin birgə razılığı ilə, bir neçə saat ərzində “tariximizin qəbristanlığına” gömüldü.


islamtimes.org/az/ - Son dövrlər, Azərbaycanın ideoloji, mədəni və öz qədim tarixi ilə seçilən şəhərlərindən olan, Gəncə şəhərində “abadlıq” işləri çərçivəsində onlarla tarixi əhəmiyyətə malik olan binalar yerlə-yeksan edildi.

Bir zamanlar Azərbaycanın “tarix beşiyi” hesab edilən bu şəhər, indi dağıdılmış binaların qalıqları fonunda tariximizin qəbristanlığına bənzəyir. Acınacaqlı vəziyyət o yerə çatıb ki, hətta Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, bəziləri yerli, bəziləri ölkə, habelə bir qismi dünya əhəmiyyətli tikili hesab edilərək, inventar nömrə verilən, adıçəkilən Nazirliyin nomenal siyahısında və rəsmi internet səhifəsində göstərilən bu tarixi binalar belə dağıdıldı.

Belə binalardan biri də , XVII əsrdə Cavad Xan tərəfindən inşa etdirilən, gəncəlilərin “Cavad Xanın dəftərxanası” adı ilə tanıdıqları tarıxı tikilidir.

Xatırladaq ki haqqında bəhs edilən bina, Gəncə üslubuna uyğun olub, qırmızı kərpiclə tikilmiş, müsəlman-şərq memarlıq ənənələrini özündə ehtiva etdirərək, şəhərə xüsusi bir görkəm də verirdi. Tarıxı bına tamami ilə yararlı halda olub, dağıdılana kimi hətta muzey kimi fəaliyyət göstərirdi.

Onu da, vurğulamaq yerinə düşər ki, Cavad Xanın dəftərxanası adlandırılan bu bina, yerləşdiyi ərazi baxımından da uyğun və hər bir yol və ya yol qovşaqlarına mane olmayacaq, bir güşədə yerləşirdi.

Azərbaycanın şərəfli tarixini, Cavad Xan comərdliyini ən azı gənclərə və Gəncəyə təşrif buyuran yad elli qonaqlara qahramanlıq hissləri aşılayacaq bu tarixi tikili, Gəncə şəhər İcra Hakimiyyətinin tapşırığı, Gəncə Regional Elmi Mərkəzinin və şəhər Tarix Mədəniyyət Qoruğunun, həmçinin Gəncə Mədəniyyət və Turizm İdarəsinin birgə razılığı ilə, bir neçə saat ərzində “tariximizin qəbristanlığına” gömüldü.

Rəsmi qurumlar cəmiyyətə də, bəyan etdilar ki, bu binada 19-cu əsrin sonraları, XX əsrin əvvəllərində Gürcüstanda yaşayıb-yaratmış, sonradan siyasi baxışlarına görə Gəncəyə sürgün edilmiş A.Barataşvili bu binada 2 ay yaşamış, sonunda isə, yaradıcılığına görə edam edilmişdir.

Bu cür əsaslandırılmamış sərsəm açıqlamaya cavab olaraq, nədənsə bu söküntüyə “Ləbbeyk” deyən qurumların özlərinin belə yerləşdiyi binaların, 1950-ci illərdə II Dünya Müharibəsində əsir düşmüş alman SS-lər tərəfindən inşa olunduğunu dilə gətirən olmadı...

Cavad Xanin dəftərxanası olmuş bu tarixi bina həmdə, ona görə əhəmiyyətli idi ki, o, bir gürcü şovinistinin burda yaşamasına görə dağıdılmasına baxmayaraq, bu gün də, Gürcüstanın Dövlət Arxivində saxlanılan, Cavad Xanla Sisyanovun bir-birlərinə yazdıqları tarixi məktublar uzun illər bu binada yazılaraq saxlanılmışdı...

Qeyrət mücəssəməmiz olan Cavad Xanın inşa etdirdiyi dəftərxana binası yerlə-yeksan etdirilsə də, Xanın məktubları tarixdə qalaraq, şərəflə yaşamaq hüququ qazandı, bəs onun dəftərxanasının dağıdılmasına sərəncam verənlər necə ???

İSLAMTİMES


Story Code: 162916

News Link :
https://www.islamtimes.org/az/article/162916/tariximizin-qəbristanlığı

Islam Times
  https://www.islamtimes.org